Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4027/2020 02.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, X1 oğlunun katibliyi, İddiaçıt Hümmət oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçıt Hümmət oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. Hazırki halda məhkəməyə daxil olmuş iddia ərizəsində Cavabdeh Qobustan rayonu Qurbançı kəndində yaşadığı qeyd olunmuşdur. Lakin, iş materiallarını araşdırarkən məlum olmuşdur ki, Cavabdeh Abşeron rayonu ərazisində qeydiyyatda olması barədə heç bir sənəd yoxdur. Azərbaycan Respublikası MPM-in35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda bu işə Abşeron Rayon Məhkəməsində deyil, aiddiyyəti üzrə baxılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 89.1 və 89.3-cü maddələrinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işguzar yazışmalar və sair sənəd və materiallar sayılır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməlidir. Həmin Məcəllənin149.2.5, 150.0 və 150.0.5-ci maddələrinin məzmununa əsasən ərizəyə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, yəni qeyd edildiyi kimi onların əsilləri və ya qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Lakin iş materiallarını nəzərdən keçirərkən iddia ərizəsinə əlavə edilmiş sənədlərin qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surətlərinin əlavə edilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Hazırki halda məhkəmə hesab edir ki,İddiaçıt Hümmət oğlunun Cavabdeh qarşı pul tələbinə dairiddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AzərbaycanRespublikası MPM-in 35.1.,152,263, 264, 267 və 268-ci maddələrinirəhbər tutaraq,məhkəmə Q Ə R A R A A L D İ: İddiaçıt Hümmət oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-4027/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4027/2020
02.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver