Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4035/2020 16.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4637/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün təyin edilmiş 160 manat məbləğində alimentin artırılaraq 170 manat müəyyən edilməsi və Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin xx xxxx 2015-ci il tarixdə rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahdan xx xxx 2017-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)- 206/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaq iddiaçının himayəsinə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4637/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarında dəyişiklik edilmiş, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 160 manat miqdarında alimentin tutulması qət edilmişdir. Buna baxmayaraq cavabdeh artırılmış aliment miqdarını bugünədə ödəməmişdir. Uşağın ehtiyacları artmaqda davam edir və iddiaçı təkbaşına onun minimal ehtiyaclarını belə ödəməkdə çətinlik çəkir. İddiaçı hesab edir ki, əvvəlki məbləğ hazırda övladının saxlanması üçün kifayət etmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı qızı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4637/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat təşkil edir. Məhkəmə, azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Abşeron rayon Məhkəməsinin 2(012)-4637/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün 160 manat sabit pul məbləğində aliment artırılaraq hər ay üçün 170 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı qızına verilməli və alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 20 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-4637/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay təyin edilmiş 160 manat alimentin məbləği artırılsın. xx xxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. Cavabdeh 20 manat dövlət rüsumuna görə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4035/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4035/2020
16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver