Məhkəmə qərarları › İş №2(012)-4037/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4037/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4037/2020 22.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə 22 oktyabr tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 16040-0120/411058 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh iddiaçının xeyrinə 64101.03 manat əsas kredit borcu,9920.64 manat faiz borcunun, 1819.24 manat cərimə borcunun və 30 manat dövlət rüsumuna görə pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etmədi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili iddianı qəbul etmədi, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli İcra Qeydini və icra qeydi əsasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətini təqdim edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki,Cavabdeh nümayəndəsi və vəkili X2 tərəfindən məhkəməyə təqdim edilmiş “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli İcra Qeydindən görünür ki, Bakı şəhəri 12 saylı Notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinə əsasən, xx.xx.2016-cı il tarixli, 3M-1042 reyestr nömrəli ipoteka müqaviləsinə və 3M-189 reyestr nömrəli xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavəsi üzrə ipoteka saxlayan İddiaçı ASC-nin tələbi ilə ipoteka qoyan Cavabdeh məxsus ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0275 ha torpaq sahəsi və üzərində yerlşən ümumi sahəsi 132.5 kv.m olan fərdi yaşayış evinə Öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 75 840,91 manat (yetmiş beş min səkkiz yüz qırx manat 91 qəpik) manat borc üçün tutma yönəldilməsi qərara alınmışdır. Eləcə də, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli İcra Qeydi əsasında tələb edilən borcla bağlı icraata başlanılmışdır. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi artıq icra qeydi ilə iddia olunan pul məbləğinin təmin edilməsi üçün tələb ipoteka predmetinə yönəldilmişdir və bu barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraatında icra işi vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. Həmin qanunun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: Həmin qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinədair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar