Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4038/2021 06.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2246/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsi ilə 22.09.2013-cü il təvəllüdlü X4 və 13.08.2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 136.6 manat, cəmi 273.2 manat təyin edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh öz xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2246/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş 22.09.2013-cü il təvəllüdlü X4 və 13.08.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 136.6 manat, cəmi 273.2 manat məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin edilmiş alimentin məbləği azdır və hazırda azyaşlı uşaqların maddi ehtiyaclarını qarışlamır. Azyaşlılar iddiaçının himayəsindədirlər və onların artan tələbatlarını təkbaşına qarşılamaq çətindir. Bu səbəbdən də hesab edir ki, alimentin məbləği uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumuna uyğun təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2246/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan doğulan 22.09.2013-cü il təvəllüdlü X4 və 13.08.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 136.6 manat, cəmi 273.2 manat sabit pul məbləğində alimentin 24 fevral 2017-ci il tarixdən hesablanaraq Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 manat məbləğində müəyyən edilmişdir Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, cavabdehin maddi imkanını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2246/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsi ilə 22.09.2013cü il təvəllüdlü X4 və 13.08.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər ay hər bir uşaq üçün 136.6 manat, cəmi 273.2 manat sabit pul məbləğində aliment artırılaraq hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2246/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsi ilə 22.09.2013-cü il təvəllüdlü X4 və 13.08.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər ay hər bir uşaq üçün 136.6 manat, cəmi 273.2 manat ödənilməli olan alimentin məbləği artırılsın. Cavabdeh 22.09.2013-cü il təvəllüdlü X4 və 13.08.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı qızına verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4038/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4038/2021
06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver