Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-404/2022 25.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2200 manat miqdarında pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun X11 ilə aralarında 2003-cü ildən qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Həmin münasibətlərdən onların bir qız övladı - 24.01.2004-cü il təvəllüdlü X16 anadan olmuşdur. Beləliklə, onun X11 ilə arasında olan ailə münasibətləri pozulmuş və birgə təsərrüfat idarə etməmişlər. X3 dəfə Cavabdeh1 ilə nikaha daxil olmuş və onların həmin rəsmi nikah münasibətlərindən iki övladı - 10.11.2014-cü il təvəllüdlü X12 və 04.05.2017-ci il təvəllüdlü X17 anadan olmuşdur. Belə ki, onun keçmiş yoldaşı X3 Qarabağ müharibəsi iştirakçısı olmuş və 05.11.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. Bu barədə X11 barəsində Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə də verilmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin 24.05.2021-ci il tarixli 68 saylı məktubuna əsasən 2ci Qarabağ müharibəsi şəhidi X6 ölümü ilə əlaqədar “Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 11000 manat sığorta ödənişi Cavabdeh1, Cavabdeh2, X17 və X12 arasında bölünmüşdür. Lakin qızı X16 mərhumun birinci dərəcəli vərəsəsi olduğu halda onun vərəsəliyi nəzərə alınmamışdır. Halbuki, 11000 manat pul vəsaiti 4 nəfər arasında deyil, 5 nəfər arasında bölünməli idi. 11000 manat pul vəsaitinin 2200 manat hissəsi şəhid X6 qızı X13 verilməlidir. Ona görə də o, qızına düşən 2200 manat pulun verilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.04.2004-cü il tarixli AZ-İ № 028303 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 24.01.2004-cü il tarixdə İddiaçı doğulmuş X10 atası hesab edilmiş və bu barədə atalığın müəyyən olunması haqqında akt qeydləri kitabında 29.04.2004-cü il tarixdə 102 nömrə ilə qeydiyyat aparılmışdır. -Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.04.2004-cü il tarixli AZ-İ № 424773 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 24.01.2004-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 310 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X11, anası İddiaçıdır. -Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.08.2021-ci il tarixli 05/69-638 saylı arayışdan görünür ki, X11 05.11.2020-ci il tarixdə hərbi əməliyyatlar zamanı odlu silahla zədələnmə nəticəsində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.01.2021-ci il tarixdə 29 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli 1160 saylı arayışdan görünür ki, X10 mərhum atası 30.05.1979-cu il təvəllüdlü X11 05.11.2020-ci il tarixdə Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatı zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 05.11.2020-ci il tarixdə X11 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir. Əsas: AZ-İİ № 142775 saylı ölüm haqqında şəhadətnamə olmuşdur. -Elektron Notariat İnformasiya Sistemindən çıxarışdan görünür ki, Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən 24.05.2021-ci il tarixdə 105 reyestr nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən, ölmüş-miras qoyan şəxs - 30.05.1979-cu il təvəllüdlü X6 qanun üzrə vərəsələri xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1953-cü il təvəllüdlü Cavabdeh2, 04.05.2017-ci il təvəllüdlü X17 və 10.11.2014-cü il təvəllüdlü X12 olmuş, şəhadətnamə verilən miras əmlak Dövlət Sığorta Kommersiya Şirkətinin 24.05.2021-ci il tarixli 68 saylı məktubuna əsasən, 2-ci Qarabağ müharibəsi şəhidi X6 ölümü ilə əlaqədar “Hərbi Qulluqçuların Dövlət İcbari şəxsi Sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 11000 manat sığorta ödənişindən ibarətdir. -Dövlət Sığorta Kommersiya Şirkətinin 06.01.2022-ci il tarixli 02/11 saylı məktubundan görünür ki, Şirkətin elektron informasiya sistemində olan məlumata əsasən sığorta hadisəsi ilə əlaqədar şəhid X6 vərəsələri Cavabdeh1 8250 manat, Cavabdeh2 2750 manat olmaqla cəmi 11000 manat sığorta məbləği 25 may 2021-ci il tarixində Şirkət tərəfindən ödənilmişdir. Lakin sığorta məbləği mərhumun adıçəkilən vərəsələrinə bank hesabı açılmadan ödənildiyindən sığorta məbləğinin ödənilməsi ilə əlaqədar ödəniş tapşırığının təqdim edilməsi qeyri-mümkündür. -Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası üzrə 25.05.2021-ci il tarixli ********* saylı sərəncamından görünür ki, baş leytenant MN N nömrəli hərbi hissənin hərbi qulluqçusu X6 05.11.2020-ci il tarixdə şəhid olması ilə əlaqədar olaraq 86 saylı vərəsəlik sənədi əsasında sığorta ödənişini alan Cavabdeh1 8250 manat, Cavabdeh2 2750 manat olmaqla cəmi 11000 manat sığorta ödənişi verilmişdir. -Beyləqan RPŞ tərəfindən verilmiş 15.02.2012-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərova X21 rayonu Bolqulu qəsəbəsində qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 22.09.2021-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh2, X17 və X2 rayonu Mehdiabad qəsəbəsi H.Arif küçəsi 31 saylı evdə qeydiyyatdadırlar. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh1 Abşeron rayonu Mehdiabad qəsəbəsi H.Arif küçəsi 31 saylı evdə qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 24.01.2004-cü il təvəllüdlü X16 Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə ilkin olaraq İddiaçı iddia irəli sürməyə subyektiv hüququnun olubolmamasına münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq):
43. maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.3. maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.
48. maddəsinə əsasən, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. İddiaçının izahatından və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı X11 ilə faktiki nikah münasibətinə daxil olmuş və onların həmin münasibətlərindən 24.01.2004-cü il təvəllüdlü X16 anadan olmuşdur. Faktiki nikah münasibətindən doğulmuş azyaşlıya münasibətdə mərhumun atalığının müəyyən olunması barədə Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən 24.04.2004-cü il tarixli AZ-İ № 028303 saylı şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən, X11 24.01.2004-cü il tarixdə İddiaçı doğulmuş X10 atası hesab edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. X11 05.11.2020-ci il tarixdə şəhid olmuş, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, mərhum şəxsin vərəsələrinə 11000 manat sığorta ödənişi verilmişdir. X1 faktiki nikah münasibətlərindən anadan olmuş X16 iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman, yəni 24.09.2021-ci il tarixdə yetkinlik yaşına çatmadığından, həmin zaman onun qanuni nümayəndəsi qismində çıxış edən anası, yəni İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququn elementi olan, yəni tələbetmə hüququ yaranmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.5. maddəsinə əsasən, sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsidir. 4.1. maddəsinə əsasən, sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 6.1. maddəsinə əsasən, sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, 44 günlük Vətən Müharibəsində iştirak edərək 05.11.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmış mərhum hərbi qulluqçu X4 miras əmlak olaraq qanunun tələblərinə əsasən, 11000 manat sığorta ödənişi qalmış və həmin pul vəsaiti mərhumun birinci növbəli vərəsələri olan anası Cavabdeh2, həyat yoldaşı Cavabdeh1 və mərhumun yetkinlik yaşına çatmamış uşaqları – 04.05.2017-ci il təvəllüdlü X14 və 10.11.2004-cü il təvəllüdlü X8 bərabər məbləğdə olaraq verilmişdir. Mülki iş materiallarında olan Elektron Notariat İnformasiya Sistemindən çıxarışdan və Dövlət Sığorta Kommersiya Şirkətinin 06.01.2022-ci il tarixli 02/11 saylı məktubundan göründüyü kimi, mərhumun birinci növbəli vərəsələri qismində sonuncunun anası və mərhumun rəsmi nikah münasibətinə daxil olduğu həyat yoldaşı və həmin münasibətdən dünyaya gəlmiş uşaqları nəzərə alınmış, lakin X6 faktiki nikah münasibətindən anadan olmuş 24.01.2004-cü il təvəllüdlü X16 vərəsə kimi nəzərə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 1136-cı maddəsinə əsasən, nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Qanunun tələblərindən görünür ki, faktiki nikah münasibətlərindən doğulmuş 24.01.2004-cü il təvəllüdlü X13 münasibətdə qanunla müəyyən edilmiş qaydada X1 atalığı tanınmış, beləliklə də, X10 da mərhumun birinci növbəli vərəsə olmaq hüququ yarandığı halda, notariat qurumu tərəfindən bu hal nəzərə alınmayaraq, sonuncuya çatası olan miras əmlak olan pul vəsaiti X13 münasibətdə vərəsəlik şəhadətnaməsində vərəsə kimi nəzərə alınmamışdır. Mülki Məcəllənin: 1159.1. maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1 maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255. maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, 04.11.2020-ci il tarixdə vəfat etmiş mərhum X4 miras əmlak olaraq qalmış 11000 manat sığorta ödənişi bərabər şəkildə mərhumun anası, onun həyat yoldaşı və yetkinlik yaşına çatmayan uşaqlarına münasibətdə hər birinə 2750 manat (11000 / 4 = 2750) olmaqla verilmiş, lakin Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həmin pul vəsaiti 2750 manat olmaqla Cavabdeh2 oğluna, mərhumun rəsmi nikah münasibətindən doğulmuş uşaqlar yetkinlik yaşına çatmadığından, hər iki uşağın payı hər biri 2750 manat olmaqla (2750 x 2 = 5500 manat) 5500 manat həmin uşaqların qanuni nümayəndəsi, yəni hazırki iş üzrə Cavabdeh1, onun öz payı olan 2750 manat da əlavə olunmaqla cəmi 8250 manat ödənilmişdir ki, bu, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim olunmuş 25.05.2021-ci il tarixli ********* saylı sərəncamdan da öz təsdiqini tapmışdır. Lakin məhkəmə mərhumun faktiki nikah münasibətindən dünyaya gəlmiş 24.01.2004-cü il təvəllüdlü X13 münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında, mərhumun həmin uşağa münasibətdə atalığı müəyyən edildiyindən, X10 da mərhumun birinci növbəli vərəsə olmaq hüququ öz təsdiqini tapdığından, mərhum X4 miras əmlak olaraq qalmış 11000 manat pul vəsaitinə münasibətdə də pay almaq hüququna malikdir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qiymətləndirərək qeyd edir ki, məhkəmə araşdırması zamanı İddiaçı B.B.Allahverdiyev ilə faktiki nikah münasibətindən doğulmuş 24.01.2004-cü il təvəllüdlü X10 X1 birinci növbəli vərəsəsi olmaq hüququ öz təsdiqini tapdığından, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2200 manat pul vəsaiti tutularaq mərhumun birinci növbəli vərəsəsi olan X9 anası iddiaçı X7 xeyrinə tutulmalıdır. Məhkəmə pulu tələb etmək hüququna malik olan şəxs – yəni İddiaçı barəsində xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, məhkəməyə müraciət edən zaman mərhumun vərəsəsi olan qızı yetkinlik yaşına çatmadığından, məhkəmə irəli sürülən tələblər həcmində iddia tələbinə baxdığından cavabdehlərdən tutulmalı olan pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə tutulmalı olan pul vəsaiti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mərhum şəxsdən miras əmlak olaraq qalmış 11000 manat pul vəsaitinin verilməli olduğu vərəsələrinin sayının beş olması (X16, Cavabdeh2, Cavabdeh1, 04.05.2017-ci il təvəllüdlü X17 və 10.11.2014-cü il təvəllüdlü X12) olmaqla hər biri 2200 manat (11000/5 = 2200) pul vəsaiti almalı idilər. X5 vərəsə kimi nəzərə alınmadığından qalan şəxslərə hər birinə 2750 manat pul vəsaiti ödənilmişdir. Uşaqlar yetkinlik yaşına çatmadığından onların da hər birinin payı 2750 manat, ananın öz payı 2750 manat olmaqla cəmi 8250 manat pul vəsaiti Cavabdeh1 ödənilmişdir. Bu səbəbdən də məhkəmə qeyd edir ki, X13 verilməli olan 2200 manat pul vəsaiti Cavabdeh2 ödənilmiş 2750 manat pul vəsaitindən 550 manat (2750- 2200=550), Cavabdeh1 ödənilmiş 8250 manat pul vəsaitindən isə (550 x 3 = 1650 (üç nəfərin payı)) 1650 manat olmaqla ödənilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib mülki iş materiallarını cəmləşdirərək qeyd edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh2 550 manat, Cavabdeh1 isə 1650 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh2 550 (beş yüz əlli) manat, Cavabdeh1 isə 1650 (min altı yüz əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov