Məhkəmə qərarları › İş №2(012)-4042/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4042/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4042/2020 13.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı «borc pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC cavabdehlər Cavabdeh və Zamin qarşı «borc pul» tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********92913 olan Nokia C3-01 üçün ondan 134 (yüz otuz dörd) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat (0.43 manat x 120 gün), dəbbəborcu olmaqla , ümumilikdə 185 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 205 manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh, «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2011-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92913 olan Nokia C3-01 almış və nəticədə 185 (yüz səksən beş) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə aiqı-satqs qiyməti 299 (iki yüz doxsan doqquz) manat (6 ay x 43 manat + 41 ilkin ödəniş) İMEİ kodu **********92913 olan Nokia C3-Ü1 üçün ümumilikdə 185 (yüz səksən beş) manat olmaqla, ondan, 134 (yüz otuz dörd) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat dəbbə pulu (0.43 manat x 120 gün), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında dəbbə pulu) borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 165 manat təşkil edir. Cavabdehin sonuncu ödənişi xx.xx.2016-cı ildə olmuşdur. Həmçinin müqavilənin 7-ci bəndinə əsasən Zamin “xxxxxxxxxxx” MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludu. Müqavilənin 4.4-cü bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 3%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, -İddiaçı «xxxxxxxxxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən, 6 aya 43 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ kodu **********92913 olan Nokia C3-01 almışdır. -Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, nəticədə onun xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən aldığı İMEİ kodu **********92913 olan Nokia C3-01 telefona görə cavabdeh halhazıra qədər 165 manat ödəniş etmiş, alqı-satqı qiyməti 299 manat olan İMEİ kodu **********92913 olan Nokia C3-01 telefon üçün cəmi 185 (yüz səksən beş) manat borc olmaqla, ondan 134 (yüz otuz dörd) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat (0.43 manat x 120 gün) dəbbə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 3 % miqdarında dəbbə pulu) borc təşkil etmişdir. -“xxxxxxxxxxx” MMC xx.xx.2016-cı il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh 10 manat kassaya mədaxil etmişdir. -Azərbaycan Respublikası DİN-nin BRQMİ-nin MARS şöbəsi Arayışlarından görünür ki, Cavabdeh - ünvan 1 ünvanında, Zamin - ünvan 1 ünvanında qeydiyyatdadırlar. -İddiaçı «xxxxxxxxxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə həmin tarixli Əlavə 1-dən görünür ki, müştəri Cavabdeh anası Zamin əlavə kontakt olaraq verdiyi bütün məlumatların həqiqətə uyğun olduğunu təsdiqləmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixdə verilmiş Çıxarışın surətindən görünür ki, «xxxxxxxxxxx» MMC xx.xx.2006-ci il tarixdən Bakı şəhəri X1 hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərəritvurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasla rnəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC ilə xx.xx.2011-ci il tarixli müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ kodu **********92913 olan Nokia C3-01 telefon almış lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə onun 185 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (dəbbə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə 134 (yüz otuz dörd) manat məbləğində ödənilməmiş hissə üzrə hesablanmış 51 (əlli bir) manat məbləğində dəbbəni azaldılaraq 5 (beş) manat saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İMEİ kodu **********92913 olan Nokia C3-01 telefon üçün 134 (yüz otuz dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, (0.43 manat x 120 gün) (hər gün üçün ödənilməmiş məbləğin 3 % miqdarında dəbbə pulu) manat borc olmaqla, cəmi 139 (yüz otuz doqquz) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxxxxxxxxx» MMC ilə xx.xx.2011-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92913 olan Nokia C3-01 telefon üçün 134 (yüz otuz dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu olmaqla, cəmi 139 (yüz otuz doqquz) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar