Məhkəmə qərarları › İş №2(012)-4054/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4054/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4054/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4550(dörd min beş yüz əlli) manat borc pulun və dövlət rüsumu üçün ödənilmiş 67(qırx bir) manat, cəmi 4617(dörd min altı yüz on yeddi) manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh Xırdalan şəhərində tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixindən onun yanına gələrək ondan 4550(dörd min beş yüz əlli) manat borc pul istəmişdir. O, Cavabdeh tanıdığı və yaxın dostluq münasibəti yarandığı üçün ona borc olaraq 4550(dörd min beş yüz əlli) manat məbləğində pul vermiş və o rəsmi olaraq qəbz yazaraq söz verdi ki, aldığı 4550(dörd min beş yüz əlli) manat borc pulu həmin ayın 10-na kimi 1000 (min) manat və digər qalan borcunu isə qısa müddətə qaytaracaqdır. Lakin Cavabdeh ondan borca aldığı 4550 (dörd min beş yüz əlli) manat pulu qaytarmamışdır. Cavabdeh borclu olduğu 4550(dörd min beş yüz əlli) manat pulunu qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi və hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək aldadır. Dəfələrlə borca verdiyi pulu tələb etsə də, o hər dəfə ona tezliklə borca aldığı pulu qaytaracağını bildirsə də, borcunu qaytarmamışdır. Cavabdeh hazırda işləyir və ona olan borcunu qaytarmaq imkanı vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iş üzrə yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, iddiaçıdan yalnız 3500 manat borc almışdır. Hissə-hissə ödəyəcəyinə dair söz versə də, ailə vəziyyəti və maddi imkanı yaxşı olmadığı üçün borcunu qaytara bilməmişdir. İş materiallarında olan qəbzi o yazıb imzalasa da, o yalnız 3500 manat pul almışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh X1 4550 manat borcdan ayın onuna kimi 1000 manat verəcəyinə dair öhdəlik götürmüşdür. İşdə olan İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Cavabdeh iddiaçıya olan borcundan 100 manat qaytarmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında əvvəlcə borc münasibəti yaranmış, sonradan cavabdeh borcunu qaytara bilmədiyi üçün öz borcunu etiraf edərək iradə ifadəsini yazılı sənəddə ifadə etmişdir. Əzizov X2 Hüseyn Sədi oğluna qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4550 manat pulun və 67 manat ödənilmiş dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında cavabdeh borcundan 100 manat ödəniş etmişdir. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, pul verilməsi barədə iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə görə borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşdən görünür ki, tərəflər arasında olan şifahi borc müqaviləsinə görə Cavabdeh iddiaçıya hazırda 4550 manat borcu vardır. Bu fakt onun imzaladığı qəbzdən də görünür. Borcdan qaytarılmış 100 manat məbləği nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 4450 manat pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 67 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4450 manat və ödənilmiş dövlət rüsumu üçün 67 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar