Məhkəmə qərarları › İş №2(012)-4058/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4058/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4058/2020 11.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, X2 cavabdeh Əliyoldaşov Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 cavabdeh Əliyoldaşov Cavabdeh qarşı «borcun tutulması» barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Əliyoldaşov Cavabdeh 2973 manat məbləğində əsas və 30 manat məbləğində dövlət rüsumunun X4 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 fəaliyyəti ilə məşğul olduğu mağazadan cavabdeh Əliyoldaşov Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 3220 manat dəyərində olan Galanz soyuducu satmışdır. Alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin 70 manat ödəniş etməklə, qalan məbləği hər ay üçün 175 manat ödəmək şərtilə olmaqla aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcdan bu günədək 246 manat ödəniş etmiş, qalan 2973 manat əsas borc indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmiş və qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə tərəfindən iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, X3 məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Əliyoldaşov Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X3 ilə Əliyoldaşov Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh almış olduğu Galanz soyuducunun dəyərini, cəmi 3150 manat məbləğ olmaqla 18 ay müddətinə ödəməlidir. -Alqı-satqı müqaviləsin əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Əliyoldaşov Cavabdeh alınmış malların dəyərindən ilkin 175 manat ödəniş etmiş, qalan məbləği xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək (18 aya bölərək), hər ay 175 manat olmaqla, cəmi 2975 manat ödəməyi öhdəsinə götürmüşdür. -X5 tərəfindən verilmiş arayışdan görünür ki, Əliyoldaşov Cavabdeh xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 3220 manat əsas borcundan bu günədək 246 manat ödəniş etmiş, 2973 manat əsas borcu qalmışdır. -xx.xx.2020-ci il tarixdə Əliyoldaşov Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, Əliyoldaşov Cavabdeh borcunu 3 gün müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq Əliyoldaşov Cavabdeh təqdim olunmuşdur. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MARS şöbəsinin arayışından görünür ki, Əliyoldaşov Cavabdeh- ünvan 1 - ünvanında qeydiyyatdadır. -xx.xx.2012-ci il tarixdə Yasamal RPİ tərəffindən verilmiş, xx.xx.2027-ci il tarixədək etibarlı olan Azərbaycan Respublikası Vətəndaşının AZE 09218166 nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1977-ci il tarixdə ünvan 2ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fiziki şəxsin Sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 – adlı fiziki şəxs, Qeydiyyat № VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə xx.xx.1994-cü il tarixdə qeydiyyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərəritvurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasla rnəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi, cavabdeh Əliyoldaşov Cavabdeh X3 ilə xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsinə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə Galanz soyuducu almış lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş və nəticədə 2973 (iki min doqquz yüz yetmiş üç) manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsinə əsasən, Galanz soyuducu üçün 2973 (iki min doqquz yüz yetmiş üç) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Əliyoldaşov Cavabdeh X4 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əliyoldaşov Cavabdeh xx.xx.2019-cu il tarixli Alqı-satqı müqaviləsi üzrə 2973 (iki min doqquz yüz yetmiş üç) manat məbləğində əsas borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutulub X4 xeyrinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar