Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4072/2023 26.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.580 (iyirmi min beş yüz səksən) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh İddiaçı keçmiş qaynıdır. Cavabdeh qardaşı İlqar Məmmədovla 5 il 11 ay rəsmi olaraq evli olmuşlar. Cavabdeh 2020-ci ildə Abşeron rayonu Xırdalan şəhərində yeni tikilmiş binada hissə-hissə ödəmək şərti ev almışdır. Evi alarkən 2021 -ci ilin sonlarında onun 20000 manat da ödənməli idi. Cavabdeh borcunu ödəyə bilmədiyi üçün evdən çıxarılmaq təhlükəsi var idi. Rüstəm və arvadı Səkinə Məmmədova iddiaçıdan xahiş etmişlər ki, onun əmək haqqının yüksək olduğundan "xxxx"dan kredit götürüb onlara borc versin, pulu banka ödəyəcəyi faizi ilə birlikdə ona qaytaracaqlar. İddiaçı da, cavabdehin səmimiliyinə inanaraq xx.xx.2021 -ci il tarixdə bankdan 13200 manat məbləğində krediti aylıq 343 manat ödənişlə 60 ay müddətinə götürüb Cavabdeh borc vermis,cavabdeh isə pulun faizi ilə birlikdə qaytaravcağına söz vermişdir. Söz vermişdi ki, aylıq 1000 manatdan pulu ödəyəcək, faiz də çox hesablanmayacaq. İlk ayın ödəniş vaxtı Rüstəm hələ imkanı olmadığını söyləmiş, iddiaçıda məcbur olub qohumundan 1000 manat pul alaraq krediti ödəmişdir. Növbəti 3 ay ərzində də Rüstəm pulu ödəmədiyindən, iddiaçı,məcbur olub növbəti 3 ayıda borc alaraq hər ay 1000 manat ödəniş etmişdir.İddiaçının cavabdehin qardaşı İlqar Məmmədovla 2022-ci ilin mart ayında münasibətləri pozulmuş, onlar faktiki olaraq həmin tarixdən ayılmış, xx.xx.2022-ci il tarixdə rəsmi olaraq nikahları pozulmuşdur. Münasibətlərinin pozulmasından uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir.İddiaçı kreditin aylığını ödəməyə çətinlik çəkir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh faizləri ilə birlikdə iddiaçıya 20.580 (iyirmi min beş yüz səksən manat) məbləğində borcu vardır. Həmin pulu vaxtında ödənməsə faizi daha çox olacaq. İddiaçı cavabdehin əməlləri barədə Ağsu RPŞ-nə ərizə ilə müraciət etmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı onun qardaşı arvadı olmuş, 2022-ci ildə qardaşı iddiaçı ilə boşanmışdır.2020-ci ildə Abşeron rayonu Xırdalan şəhərindən ipoteka ilə mənzil almış,ilkin ödəniş aparmaq üçün qardaşı İlqar Məmmədovdan ona köməklik etməsini bildirmiş,qardaşı İlqar Məmmədov arvadı Fatimənin adına 2021-ci ilin dekabr ayında “Kapitalbankdan” 13200 manat kredit götürüb ona vermişdir. Onlara bildirmişdir ki, həmin pulu vaxtlı vaxtında ödəyəcək, buna görə heç bir narahatçılıq yoxdur.Fatiməyə olan borcunu hissə hissə ödəməyə razıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında bildirdi ki, İddiaçı onun keçmiş həyat yoldaşıdır. İddiaçı ilə 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş,2022- ci ildə isə nikahları pozulmuşdur.Cavabdeh onun qardaşıdır.Qardaşının xahişi ilə arvadı Fatimənin adına "xxxx" ASC – dən 13200 manat kredit götürmuşlər,əvvəl pulu ödəsələr də,sonradan ödəmələri dayandırmışlar.Hazırda işləyir və borcu hissə-hissə ödəyəcəklər. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 961 nömrəli arayışından görünür ki, İddiaçı adına olan GTKR4544965Aİ 54 saylı kredit müqaviləsi üzrə 4945 manat ödəniş etmiş və cari tarixə qalıq borcu 12008,66 (on iki min səkkiz,altmış altı qəpik) manatdır. İş materiallarında olan Ağsu RPŞ-ı tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı qardaşı arvadıdır. 2022-ci ildə qardaşı iddiaçı ilə boşanmışdır. 2020-ci ildə Abşeron rayonu Xırdalan şəhərindən ipoteka ilə mənzil almış, MTK- ya 11000 manat ilkin ödəniş aparması üçün ailə üzvlərindən eləcəd qardaşı İlqar Məmmədovdan köməklik istəmiş, İlqar Məmmədov arvadı Fatimənin adına 2021-ci ilin dekabr ayında “Kapitalbankdan” 13200 manat kredit götürüb ona vermişdir. Fatimə və ailə üzvüləri dəfələrlə ona xəbər göndərmişdirlər ki, həmin pulu qısa müddət ərzində ödəsin. Onlara bildirmişdir ki, həmin pulu vaxtlı vaxtında ödəyəcək, buna görə heç bır narahatçılıq yoxdur. Hal-hazıra kimi Fatimə Hacağa qızının adına olan kredit ailə üzvüləri tərəfindən ödənilir, İddiaçı adına olan kredit borcunda heç bır gecikmə yoxdur. Əlavə suallara cavab olaraq bildirmişdir ki, İddiaçı adına olan kredit borcu onun ailə üzvüləri tərəfindən ödəniləcəkdir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı 16.12. 2021-ci il tarixdə "xxxx" ASC-dən 13200 manat məbləğində kredit götürmüş,həmin kredit müqaviləsinə əsasən İddiaçı illk 19 faiz olmaqla 60 ay müddətinə,aylıq ödənişi faizlərlə birlikdə 342.42 manat, sonuncu ayı 349.45 manat olmaqla,ümumilkdə 20552.23 manat "xxxx"a ödəməyi öhdəsinə götürmüşdür.Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən fktiki halları ilə müəyyən edilir ki, İddiaçı "xxxx" ASC-dən kreditə götürdüyü13200 manat pulu hazırki iş üzrə Cavabdeh vermiş, Cavabdeh sözügdən kredit müqaviləsi üzrə Kapital Bank” qarşısındə öhdəliyi yerinə yetirəcəyinə iddiaçını əmin etmiş, lakin öhdəliyi yerinə yetirməməklə, 16.12. 2021-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin sonunadək cavabdehin iddiaçıya 20552.23 manat ödəmək öhdəliyi yaranmış,cavabdeh pulun bir hissəsinin onun ailə üzvləri tərəfindən ödənildiyini bildirsədə,həmin xüsusat mötəbər sübutlarla təstiqini tapmadığından,məhkəmə cavabdehin izahatına tənqidi yanaşmışdır. İddia ərizəsində iddiaçı 20580 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş etsə də, iş materiallarında olan ödəniş cədvəli ilə 13200+7352,23 = 20552,23 manat müəyyən edildiyindən, həmin məbləğ cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə işini müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında faktiki öhdəlik və borc münasibətləri yaranmış və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 385 və 739-cu maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 20552,23 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4072/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4072/2023
26.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver