Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4077/2021 09.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 09 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4420/2018 saylı, 11.10.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq 02.05.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin hər ay Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X3 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4420/2018 saylı, 11.10.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 154 manat aliment məbləğinin artırılaraq 02.05.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4420/2018 saylı, 11.10.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş 02.05.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat, habelə azyaşlının üç yaşına çatanadək saxlanması xərcləri üçün 100 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin edilmiş alimentin məbləği azdır və hazırda azyaşlı uşağın maddi ehtiyaclarını qarşılamır. Cavabdeh X7 Xidmətinin 1-ci ərazi X7 İdarəsinin mühəndis inspektoru işləyir, lakin onun aylıq əmək haqqı haqda məlumatı yoxdur. Bu səbəbdən iddiaçı təyin edilmiş aliment miqdarının artırılaraq cavabdehin qazancının və (və ya) onun başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, əvvəlki məhkəmə iclasında cavabdeh işdən azad edildiyini qeyd etdiyindən iddiaçı iddia tələbini dəqiqləşdirərək 02.05.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat məbləğində təyin edilmiş aliment miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, bu ildən FHN-dəki işinə xitam verilib və hazırda işləmir. 02.05.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat məbləğində təyin edilmiş aliment miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsinə etirazı yoxdur. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4420/2018 saylı, 11.10.2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı arasında bağlanmış və Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 08.08.2017-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 161 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 02.05.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat, uşaq üç yaşına çatanadək ananın saxlanması üçün 100 manat, cəmi 254 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəlinin 25.07.2018-ci il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 manat məbləğində müəyyən edilmişdir Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Cavabdeh hazırda işləməsə də, alimentin hər ay 175 manat olaraq müəyyən edilməsinə etiraz etmir. Məhkəmə azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmamasının onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4420/2018 saylı, 11.10.2018-ci il tarixli qətnaməsi ilə 02.05.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər ay 154 manat sabit pul məbləğində aliment artırılaraq hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul dövlət nəfinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4420/2018 saylı, 11.10.2018-ci il tarixli qətnaməsi ilə 02.05.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər ay 154 manat ödənilməli olan alimentin məbləği artırılsın. Cavabdeh 02.05.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4077/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4077/2021
09.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver