Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4093/2020 19.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 266.18 manat məbləğində əsas, 5.86 manat faiz borcu, kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş faizlə hesablanmış 5.95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 277.99 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən «FİNtrend» X2 təşkilatından illik 28 faizlə 12 ay müddətinə 1500 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx xxxx 2020-ci il tarixədək Cavabdeh1 banka xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 266.18 manat məbləğində əsas, 5.86 manat faiz borcu, kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş faizlə hesablanmış 5.95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 277.99 manat borcu vardır. Bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -«xxxx» X1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 11-MZ- 2-1-0-509-19 saylı Kredit Müqaviləsindən və həmin tarixli 1 saylı əlavə - ödəniş cədvəlindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 28 faizlə 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. -«xxxx» X1 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 11-MZ- 2-1-0-509-19 (Z-1) saylı Zaminlik Müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 28 faizlə 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmiş, həmin borcun təminatı olaraq Cavabdeh2 zamin durmuşdur. -«xxxx» X1 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 11-MZ- 2-1-0-509-19 (Z-2) saylı Zaminlik Müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 28 faizlə 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmiş, həmin borcun təminatı olaraq Cavabdeh3 zamin durmuşdur. -xx xxxx 2019-cu il tarixli məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 2019-cu il tarixli, 11-MZ-2-1-0-509-19 saylı Kredit Müqaviləsinə əsasən 1500 manat məbləğində kredit verilmişdir, Qəbz imzalarla təsdiq edilmişdir. -İddiaçı ASC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2020-ci il tarixinə banka olan borcu 266.18 manat məbləğində əsas, 5.86 manat faiz borcu, 5.95 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 278.38 manat təşkil edir. -xx xxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh1 Cavabdeh3 və Cavabdeh2 banka olan borcunu 5 (beş) gün müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirmişdir. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MARS şöbəsinin arayışından görünür ki, Cavabdeh1 - Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi Duz zavodu yolu massiv 2 ev 3 mənzil 39-ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MARS şöbəsinin arayışından Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № ******** - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 – ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № 00939133 - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3– ünvan 2 mənzil 03- ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, «xxxx» X1 Açıq Səhmdar Cəmiyyəti – adlı qurum, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə xx.xx.1994-cü il tarixdə qeydiyyyata alınmışdır. Qurumun hazıkı adı -İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 266.18 manat məbləğində əsas, 5.86 manat faiz borcu, kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş faizlə hesablanmış 5.95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 277.99 manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 655-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda, iddia ərizəsindən göründüyü kimi bankla Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli Zaminlik Müqavilələrinə əsasən əsas borclu Cavabdeh1 xx xxxx 2019-cu il tarixli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərinin icrası Cavabdeh3 və Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və sonuncular Bank qarşısında əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1. maddəsindən də görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 266.18 manat məbləğində əsas, 5.86 manat faiz borcu, kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5.95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 277.99 manat məbləğində kredit borcu, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulub İddiaçı ASC nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 266.18 (iki yüz altmış altı manat on səkkiz qəpik) manat məbləğində əsas, 5.86 (beş manat səksən altı qəpik) manat faiz borcu, kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5.95 (beş manat doxsan beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 277.99 (iki yüz yetmiş yeddi manatdoxsan doqquz qəpik) manat məbləğində kredit borcu, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-4093/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4093/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver