Məhkəmə qərarları › İş №2(012)-4097/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4097/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4097/2020 19.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı «xxxx» MMC-nin xeyrinə Cavabdeh, xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********4174201 Samsung J3 markalı telefon, Modem TP-LİNK üçün 374 (üç yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə, cəmi 411 (dörd yüz on bir) manat; xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********23172 HOFFMANN X PLAY markalı telefon üçün 86 (səksən altı) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, cəmi 94 (doxsan dörd) manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********34886 Samsung Galaxu A3 markalı telefon üçün 777 (yeddi yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat cərimə, cəmi 854 (səkkiz yüz əlli dörd) manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********48256 Samsung J2 markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, cəmi 475 (dörd yüz yetmiş beş) manat; ümumilikdə 1834 (min səkkiz yüz otuz dörd) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə cəmi 1864 (min səkkiz yüz altmış dörd) manat Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, «xxxx» MMC ilə xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********4174201 Samsung J3 markalı telefon, Modem TP-LİNK, İMEİ Kodu **********23172 HOFFMANN X PLAY markalı telefon, İMEİ Kodu **********34886 Samsung Galaxu A3 markalı telefon və İMEİ Kodu **********48256 Samsung J2 markalı telefon almış və nəticədə 1834 (min səkkiz yüz otuz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2017-ciil tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 819 (səkkiz yüz on doqquz) manat (yəni 24 ay x 34 manat +3 manat ilkin ödəniş) olan, İMEİ Kodu **********4174201 Samsung J3 markalı telefon, Modem TP-LİNK üçün cəmi 411 (dörd yüz on bir) manat borc olmaqla, ondan 374 (üç yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə borcu; xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 402 (dörd yüz iki) manat (yəni 12 ay x 7 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ Kodu **********23172 HOFFMANN X PLAY markalı telefon üçün cəmi 94 (doxsan dörd) manat borc olmaqla, ondan 86 (səksən altı) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə borcu: xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 888 (səkkiz yüz səksən səkkiz) manat (yəni 24 ay x 37 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ Kodu **********34886 Samsung Galaxu A3 markalı telefon üçün cəmi 854 (səkkiz yüz əlli dörd) manat borc olmaqla, ondan 777 (yeddi yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat cərimə borcu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat (yəni 19 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ Kodu **********48256 Samsung J2 markalı telefon üçün cəmi 475 (dörd yüz yetmiş beş) manat borc olmaqla, ondan 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 896 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olundu ğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı «xxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 226811 saylı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən, 24 aya 34 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ Kodu **********4174201 Samsung J3 markalı telefon, Modem TP-LİNK almışdır. -xx.xx.2017-ciil tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********4174201 Samsung J3 markalı telefon, Modem TP-LİNK tam qüsursuz halda təhvil almışdır. -İddiaçı «xxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 260627 saylı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən, 18 aya 21 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ Kodu **********23172 HOFFMANN X PLAY markalı telefon almışdır. -xx.xx.2017-ciil tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********23172 HOFFMANN X PLAY markalı telefonu tam qüsursuz halda təhvil almışdır. -İddiaçı «xxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00181974 saylı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən, 24 aya 37 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ Kodu **********34886 Samsung Galaxu A3 markalı telefon almışdır. -xx.xx.2018-ci il tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********34886 Samsung Galaxu A3 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. -İddiaçı «xxxx» MMC-ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00269277 saylı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən, 19 aya 24 manat aylıq icarə haqqı ödəmək şərti ilə İMEİ Kodu **********48256 Samsung J2 markalı telefon almışdır. - xx.xx.2018-ci il tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kodu **********48256 Samsung J2 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, nəticədə onun aldığı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 445 manat ödəniş etmiş, nəticədə onun aldığı alqısatqı qiyməti 819 (səkkiz yüz on doqquz) manat olan İMEİ Kodu **********4174201 Samsung J3 markalı telefon, Modem TP-LİNK üçün cəmi 411 (dörd yüz on bir) manat borc olmaqla, ondan 374 (üç yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə borcu; xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 316 manat ödəniş etmiş, nəticədə onun aldığı 402 (dörd yüz iki) manat olan İMEİ Kodu **********23172 HOFFMANN X PLAY markalı telefon üçün cəmi 94 (doxsan dörd) manat borc olmaqla, ondan 86 (səksən altı) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə borcu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 111 manat ödəniş etmiş, nəticədə onun aldığı alqı-satqı qiyməti 888 (səkkiz yüz səksən səkkiz) manat olan İMEİ Kodu **********34886 Samsung Galaxu A3 markalı telefon üçün cəmi 854 (səkkiz yüz əlli dörd) manat borc olmaqla, ondan 777 (yeddi yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat cərimə borcu və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 24 manat ödəniş etmiş, nəticədə onun aldığı alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat olan, İMEİ Kodu **********48256 Samsung J2 markalı telefon üçün cəmi 475 (dörd yüz yetmiş beş) manat borc olmaqla, ondan 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə borcu olmaqla, ümumilikdə 1834 (bir min səkkiz yüz otuz dörd) manat borc təşkil etmişdir. -“xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh qısa bir zamanda öhdəliyini yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilib. - Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında sənədin surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti – adlı Kommersiya qurumuna, VÖEN **********, qanuni təmsilçi X1 olmasına dair və xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmasına dair çıxarış, son dəfə xx.xx.2020-ci il tarixdə verilmişdir. -Azərbaycan Respublikası DİN-nin BRQMİ-nin MARS şöbəsi Arayışından və Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № 17692870 - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh - ünvan 1 - ünvanında qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində ümumilikdə cəmi 1834 (bir min səkkiz yüz otuz dörd) manat borc məbləği yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 655-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə edilmiş rüsumun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********4174201 Samsung J3 markalı telefon, Modem TP-LİNK üçün 374 (üç yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə, cəmi 411 (dörd yüz on bir) manat; xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********23172 HOFFMANN X PLAY markalı telefon üçün 86 (səksən altı) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, cəmi 94 (doxsan dörd) manat; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********34886 Samsung Galaxu A3 markalı telefon üçün 777 (yeddi yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat cərimə, cəmi 854 (səkkiz yüz əlli dörd) manat və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********48256 Samsung J2 markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, cəmi 475 (dörd yüz yetmiş beş) manat; ümumilikdə 1834 (min səkkiz yüz otuz dörd) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə cəmi 1864 (min səkkiz yüz altmış dörd) manat borc məbləği tutulub «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********4174201 Samsung J3 markalı telefon, Modem TP-LİNK üçün 374 (üç yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə, cəmi 411 (dörd yüz on bir) manat; xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********23172 HOFFMANN X PLAY markalı telefon üçün 86 (səksən altı) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, cəmi 94 (doxsan dörd) manat; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********34886 Samsung Galaxu A3 markalı telefon üçün 777 (yeddi yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat cərimə, cəmi 854 (səkkiz yüz əlli dörd) manat və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********48256 Samsung J2 markalı telefon üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, cəmi 475 (dörd yüz yetmiş beş) manat; ümumilikdə 1834 (min səkkiz yüz otuz dörd) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə cəmi 1864 (min səkkiz yüz altmış dörd) manat borc məbləği tutulub «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar