Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4131/2024 15.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı Məhəmməd oğlunun iştirakı ilə, İddiaçı Məhəmməd oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhəmməd oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 4500 (dörd min beş yüz) ABŞ dolları pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi şəkildə turizm işi ilə məşğul olur. İlahə xanımı təxminən 7 il olar ki, tanıyır. Aralarında ailəvi dostluq münasibətləri yaranmışdır. İlahə özünə məxsus obyektin sənədlərini düzəltmək üçün ona pul lazım olduğunu demiş və ondan 15 000 manat pul istəmişdir, həmin vaxt o İlahə xanıma, o qədər pulu olmadığını, ona 1000 və ya 2000 manat pul verə biləcəyini demişdir, İlahə xanım israrla xahiş edərək kimnənsə götürüb ona pul verməsini istəmişdir. o, İlahə xanıma 4 500 ABŞ dollaı pul verə bilcəyini demişdir. İlahə xanım da həmin pulu ona 20 günə qaytaracağına söz verib və Fərid adlı tanışını göndərəcəyini, pulu ona verməyini xahiş etmişdir. xx.xx.2021-ci ildə, saat 14 radələrində İçəri şəhərin yaxınlığında o, 4 500 ABŞ dolları pulu İlahə xanımın göndərdiyi Fərid adlı şəxsə vermişdir. 20 gün keçmiş, lakin İlahə xanım onun pulunu qaytarmamışdır, o, da İlahə xanımdan pulunu istədikdə İlahə pulunu qaytaracağına söz versə də sözünə əməl etməmiş və hazırkı vaxta qədər onun pulunu qaytarmamışdır. İndi başa düşmüşdür ki, İlahə xanım onu dostluğundan sui-istifadə edərək fikri onu aldadıb pulunu ələ keçirmək olmuşdur. İlahə xanım onun etibarından suiistifadə edərək ona qarşı dələduzluq etmişdir. Həmin xanımın adının İlahə, soyadının İbadova olmasını, müğənni olmasını bilir, başqa məlumatları yoxdur. İlahə xanım əvvəllər ondan 1000, 2000 manat pul götürmüş və sonra qaytarmışdır. İndi başa düşmüşdür ki, İlahə xanım onun etibarını qazanıb sonra da həmin etibardan sui-istifadə edib aldığı pulu qaytarmamışdır. İlahə xanım pulu qaytarmadığı üçün məcburiyyət qarşısında qalaraq Səbail rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etməli olmuşdur. Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nabil Abdullayevə izahat verərkən bildirmişdir ki, 4500 ABŞ dollar həqiqətən ondan qeyri-rəsmi yaşadığı Fərid üçün almışdır. Səbail RPİ-nin İstintaq Şöbəsinin 06 noyabr 2023-cü il tarixli qərarı ilə cinayət tərkibi olmadığı üçün onun ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd olunması qərara alınmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Məhəmməd oğlu iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. - Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığı üçün İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, fərdi şəkildə müğənnilik fəaliyyəti ilə məşğuldur. İddiaçı təxminən 7 ildir ki, tanıyır, aralarında ailəvi dostluq münasibətləri vardır, 2021-ci ilin sentyabr ayında obyekt sənədləri düzəltmək üçün pul lazım oduqda İddiaçı 15 000 manat pul istəmişdir, həmin vaxt Hidayət müəllim, onda o qədər pul olmadığını, 1000, 2000 manat pul verə bləcəyini demişdir. O Hidaytdən çox xahiş edərək kimdən olursa, olsun onun üçün pul tapıb köməklik etməsini xahiş etmiş və Hidayət müəllim ona 4 500 ABŞ dolları pul tapıb ona verəcəyinə söz vermişdir, o Hidayətə həmin pulu 20 günə tapıb verəcəyinə söz vermişdir və pulu ondan götürməyə qeyri-rəsmi ər-arvad kimi birgə yaşadığı Fərid adlı şəxsi göndərmişdir. 19 sentyabr 2021-ci ildə, saat 14 radələrində İçəri şəhərin yaxınlığında Fərid həmin 4 500 manat pulu Hidayətdən almışdır. Fəridlə ailə kimi birgə yaşadıqlarından həmin pulu Fəridə yardım kimi Hidayətdən almışdır, Fərid həmin 4 500 ABŞ dollarını Hidayətdən aldıqdan sonra özü üçün həmin pulu hara istifadə etməsini bilmir. 20 gün keçdikdən sonra o Fəridə bildirmişdir ki, Hidayətin pulu verilməlidir, pulu ver aparım verim, ya da özünə apar ver. Həmin vaxt Fərid ona demişdir ki, 5-10 gün gözləsin, aparıb verəcək. Fərid müxtəlif bəhanələr gətirərək bu günə kimi Hidayətin pulunu verməmişdir. Hidayətdən əvvəllər də bir neçə dəfə pul alıb qaytarmışdır, Hidayəti aldatmaq niyyəti olmamışdır. Fərid onu aldadaraq Hidayətdən pul aldırmış və sonra müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmır, Fərid onun etibarından sui-istiladə edərək ona qarşı dələduzluq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Məhəmməd oğlu ilə Cavabdeh arasında şifahi razılaşmaya əsasən İddiaçı Cavabdeh 4500 ABŞ dolları borc pul vermişdir. Cavabdeh borc məbləğini üzərindən uzun müddət keçməsinə baxmayaraq qaytara bilməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh iddiaçıdan 4500 ABŞ dolları borc aldığını istintaq şöbəsində etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin müqavilə əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yanadığı zaman qüvvədə olan maddi hüquq norması) 740.2-ci maddəsinə görə Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (mülki məcəllənin mübahisəli hüquq münasibətinin yanadığı zaman qüvvədə olan maddi hüquq norması) Beləliklə, işin faktiki hallarından məlum olur ki, tərəflər arasında yaranan münasibtlər borc verilməsi ilə bağlıdır, ona görə də, 4500 ABŞ dolları pul Cavabdeh tutularaq İddiaçı Məhəmməd oğluna qaytarılmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4500 ABŞ dolları məbləğində pul Cavabdeh alınaraq İddiaçı Məhəmməd oğluna verilməlidir. Borcun bu məbləğdə olması cavabdehin polis orqanlarında verdiyi izahatı ilə tamamilə təsdiq olunur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə alınaraq İddiaçı Məhəmməd oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4131/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4131/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver