Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4148/2020 17.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair sadələşdirilmiş iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli 6072tkADJ/14 saylı bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh kreditorun xeyrinə 744,12 manat əsas, 120,04 manat faiz, 2,16 manat cərimə cəmi 866,32 manat borcun və 30 manat dövlət rüsumuna görə ödənmiş pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” KB ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 6072tkADJ/14 saylı bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30% ödəmək şərtilə 1050 manat məbləğində kredit verilmişdir. “xxxx” KB ASC xx.xx.2014-cü il tarixli 6552tkSUM/14 saylı müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh götürdüyü kredit məbləğini müəyyən edilmiş müddət ərzində faizi ilə birlikdə qaytarmaq barədə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2020-ci il tarixinə xx.xx.2014-cü il tarixli 6072tkADJ/14 saylı kredit müqaviləsi üzrə 744,12 manat əsas, 120,04 manat faiz, 2,16 manat cərimə cəmi 866,32 manat borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi Anar Tağızadənin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizəyə görə Cavabdeh öldüyündən və onun vərəsələrinin müəyyən edilməsi zərurəti yarandığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əslinin banka təqdim edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 259.0.11 maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlanılır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “xxxx” KB ASC məhkəməyə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, cavabdeh tərəfindən işin mahiyyəti üzrə həll olunması barədə vəsatəti məhkəməyə daxil olmadığından ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4148/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4148/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver