Məhkəmə qərarları › İş №2(012)-4180/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4180/2021

23.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4180/2021 23.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-6797/2015 saylı, 25.12.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq Cavabdeh 23.07.2011-ci il tarixdə anadan olmuş X5 və X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat olmaqla, sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 6797/2015 saylı, 25.12.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 23.07.2011-ci il tarixdə anadan olmuş X5 və X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Cavabdehin ödədiyi aliment uşaqların saxlanılması üçün iddiaçını qane etmir. Təyin olunmuş aliment məbləği olduqca azdır və uşaqların minimum ehtiyaclarını ödəmir. Həmin məbləğ uşaqların məanfeləri nəzərə alınaraq məhkəmə qaydasında artırılmalıdır. Bu səbəbdən də iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı əvvəl o, X3 ilə ailə həyatı qurmuş və Xuraman Səfərova ilə birgə nikahlarından 10 yanvar 2006-cı il tarixdə X10 anadan olmuşdur. Qərib Hüseynli eyni zamanda epilepsiya xəstəsidir. X12 Hüseynlinin saxlanılması üçün aliment və müalicəsi üçün pul ödəyir. İddiaçı ilə faktiki nikahlarından olan 23 iyul 2011-ci il tarixdə anadan olmuş Həsən və Hüseyn adlı uşaqlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən 216 manat məbləğində aliment də tərəfindən ödənilir. O, "xxxx" MMC-də montajçı işləyir. Aylıq əmək haqqısı 425 manatdır. Ödədiyi aliment məbləğləri çıxıldıqdan sonra yerdə qalan əmək haqqı belə onun normal dolanması üçün kifayət etmir. İddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə imkanı yoxdur. Bu səbəbdən də aliment məbləğinin artırılmasına etiraz edir və məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 11671276 №-li və AZE seriyalı 11671280 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin müvafiq qaydada təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 23 iyul 2011-ci il təvəllüdlü X5 və 23 iyul 2011-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-6797/2015 saylı, 25 dekabr 2015-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, tərəflərin faktiki nikahlarından 23 iyul 2011-ci il tarixdə anadan olmuş X11 və X4 anaları İddiaçı himayəsində saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə görə 108 (yüz səkkiz) manat olmaqla, ümumilikdə 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 730159 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, 10 yanvar 2006-cı il təvəllüdlü X6 atası Cavabdeh, anası isə X1r. İş materiallarına əlavə olunmuş xxxxxxx000300 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-də montajçı işləyir və onun aylıq əmək haqqının məbləği 425 manatdır. İş materiallarına əlavə olunmuş 2667 nömrəli 02.12.2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən müəyyən olunur ki, 10 yanvar 2006-cı il təvəllüdlü X10 epilepsiya xəstəsidir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzlərindən görünür ki, Cavabdeh X2 hesabına müxtəlif məbləğlərdə nağd pul köçürmələri olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 manat məbləğində müəyyən edilmişdir Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 23 iyul 2011-ci il təvəllüdlü X5 və 23 iyul 2011-ci il təvəllüdlü X8 doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-6797/2015 saylı, 25 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh faktiki nikahlarından 23 iyul 2011-ci il tarixdə anadan olmuş X11 və X4 anaları İddiaçı himayəsində saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər birinə görə 108 (yüz səkkiz) manat olmaqla, ümumilikdə 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər bir uşağa görə 108 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsini0n qətnaməsinin qəbul edilməsindən 5 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşaqların analarının himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 23 iyun 2011-ci il təvəllüdlü X5 və 23 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün, hər ay hər bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin məbləğ Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 6797/2015 saylı, 25 dekabr 2015-ci il tarixli qətnaməsi ilə 23 iyun 2011-ci il təvəllüdlü X5 və 23 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh 23 iyun 2011-ci il təvəllüdlü X5 və 23 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalı, iddia digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-6797/2015 saylı, 25 dekabr 2015-ci il tarixli qətnaməsi ilə 23 iyun 2011-ci il təvəllüdlü X5 və 23 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 23 iyun 2011-ci il təvəllüdlü X5 və 23 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar