Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4211/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3902.03 manat (2295.46 ABŞ dolları) məbləğində pulun və 60 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2016-cı il tarixli, 2(012)-1663/2016 saylı əmrinə əsasən borclu Cavabdeh və İddiaçı kreditor "xxxx" ASC-nin xeyrinə 12 089 ABŞ dolları 13 sent məbləğində əsas, 829 ABŞ dolları 0.06 sent məbləğində faiz borcu, ümumilikdə 12 918. ABŞ dolları 19 sent məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması nəzərdə tutulmuşdur. Cavabdeh "xxxx" ASC ilə xx.xx.2015-ci il tarixdə bağladığı Restukturizasiya (mikro) kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 27.21% ödəmək şərtilə 12 300 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, həmin kredit üzrə Cavabdeh zamin durmuşdur. Lakin Cavabdeh borcunu ödəmədiyinə görə məhkəmə əmri çıxmışdır. Bundan sonra da Cavabdeh imkanı olsa da, borcunu ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda da Cavabdeh borcunu ödəmir. O, 2-ci qrup əlildir. xx.xx.2023-cü il tarixdən başlayaraq onun pensiyasının 50 faizi, yəni 175.91 ABŞ dolları- 300 manat, xx.xx.2024-cü il tarixdən 195.62 ABŞ dolları - 333 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin hesabına köçürülür. Cavabdeh borcuna görə ondan xx.xx.2023-cü il tarixdən 2024-cü ilin iyul ayı da daxil olmaqla, cəmi 2913.11 ABŞ dolları, yəni 4952.03 manat məbləğində pul tutulub. Həmin məbləğdən Cavabdeh ona hissə-hissə 617.65 ABŞ dolan, yəni 1050 manat məbləğində pul qaytarıb. Axırıncı dəfə 2024-cü ilin fevral ayında ona pul verib. Hal-hazırda Cavabdeh ona 2295.46 ABŞ dolları, yəni 3902.03 manat məbləğində borcu vardır. O, dəfələrlə Cavabdeh banka olan kredit borcunu ödəməyi tələb etsə də, o müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən boyun qaçırır. Eyni zamanda ondan tutulan pulları da vaxtında ona qaytarmır. Qeyd edilənlərə əsasən hesab edir ki, onun hal-hazıra qədər ödədiyi pulları Cavabdeh tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin borcuna görə hər ay onun pensiyasından 322,55 manat pul tutulur. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. - Abşeron Rayon Məhkəməsinin 16 fevral 2016-cı il tarixli, 2(012)-1663/2016 saylı əmrinin surətindən görünür ki, xx.xx.1978-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yaşayan borclu Cavabdeh və xx.xx.1972-ci ildə Calilabad rayonu Adnalı kəndində anadan olmuş, ünvan 2i ünvanında yaşayan İddiaçı kreditor "xxxx" ASC-nin xeyrinə 12 089 ABŞ dolları 13 sent məbləğində əsas, 829 ABŞ dolları 06 sent məbləğində faiz borcu, ümumilikdə 12 918 ABŞ dolları 19 sent məbləğində borcun (ödəniş günü günü üçün Azərbaycan Rspublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. - xx.xx.2015-ci il tarixdə imzalanmış RF/92656/52/23 saylı kredit sazişindən (müqaviləsindən) görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh illik 27.21 % hesablanması şərti ilə 60 ay müddətinə 12300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin təminatçısı kimi zamin İddiaçı bu sazişi imzalamışdır. - Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2016-cı il tarixli, 2(012)-1663/2016 saylı əmrinin icrası üçrə icraata başlanılmışdır. - Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 21191/30-8 saylı arayışından görünür ki, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2016-cı il tarixli, 2(012)-1663/2016 saylı əmrinin icrası məqsədilə aprel 2023-cü il tarixdən oktyabr 2024-cü il tarixədək İddiaçı İİ qrup əlil kimi aldığı pensiyasına inkasso qoyulmaqla 5949,95 manat tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. - Sosial arayışdan görünür ki, İddiaçı əlilliyə görə 665,09 manat pensiya alır. - İddiaçı məxsus pensiya kartı üzrə ödəniş kartı üzrə xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 299,05 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 332,55 manat pul tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən Cavabdeh 12300 ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərin təminatçısı kimi zamin İddiaçı bu sazişi imzalamışdır. Borc ödənilmədiyi üçün tələbkarın ərizəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 16 fevral 2016-cı il tarixli, 2(012)-1663/2016 saylı əmrinə əsasən borcun müştərək qaydada borclulardan tutulması əmr edilmişdir. Əsas borclu əmri icra etməkdən boyun qaçırdığı üçün iddiaçının İİ qrup əlil kimi aldığı pensiyanın 50 % hissəsinə inkasso qoyulmuşdur. Cavabdeh iddiaçının pensiyasından tutulan borcdan yalnız 1050 manat pul qaytarmışdır. Hazırda iddiaçı Cavabdeh 3902.03 manat (2295.46 ABŞ dolları) məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin müqavilə və qanunvericilik əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, işin faktiki hallarından məlum olur ki, tərəflər arasında yaranan münasibətlər borclu və zamin arasında olan münasibətlərdir, borclu üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün tələb olunan borc zamindən tutulduğu üçün, 3902,03 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 60 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tam əsaslıdır. Buna görə də iddia tam təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3902,03 (üç min doqquz yüz iki manat üç qəpik) manat miqdarında pul və ödənilmiş dövlət rüsumuna görə 60 manat pul məbləği alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4211/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4211/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver