Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4222/2021 22.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 22 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4529/2017 saylı, 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə 03 iyun 2012-ci il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 136.6 manat, cəmi 273.2 manat məbləğində təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh öz xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4529/2017 saylı, 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış rəsmi nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 03 iyun 2012-ci il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması və həmin azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 136.6 manat, cəmi 273.2 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin edilmiş alimentin məbləği azdır və hazırda azyaşlı uşaqların maddi ehtiyaclarını qarşılamır. Bu səbəbdən iddiaçı hesab edir ki, alimentin məbləği uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun təyin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddia tələbinə etiraz edərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4529/2017 saylı, 20 noyabr 2017-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 19 oktyabr 2010-cu ildə Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan 03 iyun 2012-ci il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X1 İddiaçı (ananın) himayəsində qalması və həmin azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 136.6 manat, cəmi 273.2 manat məbləğində alimentin 20 noyabr 2017-ci il tarixdən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədirlər və maddi ehtiyacları artmaqdadır. Məhkəmə azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4529/2017 saylı, 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə 03 iyun 2012-ci il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment məbləği dəyişdirilməli, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul dövlət nəfinə cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4529/2017 saylı, 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə 03 iyun 2012-ci il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 03 iyun 2012-ci il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4222/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4222/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver