Məhkəmə qərarları › İş №2(012)-423/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-423/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-423/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən ümumi ödədiyi 27334 manat, alqı-satqı müqaviləsinə əsasən 1779.8 manat dəbbə pulu tutaraq yerdə qalan 25554.2 manatı və ödənilmiş 30 manat dövlət rüsumunun tutlaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər qarşılıqlı razılığa gələrək barışıq sazişi bağladıqlarını bildirmiş və sadə yazılı formada bağladıqları barışıq sazişini məhkəməyə təqdim edərək onun təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişindən görünür ki, bu Barışıq Sazişi, bir tərəfdən, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və digər tərəfdən İddiaçı Zahir oğlu (AZE №********) aşağıdakılar barəsində razılığa gəldilər:

1. Cavabdeh “xxxx” MMC öhdəsinə götürür ki, xx xxx 2015-ci il tarixli LM-0094 nömrəli Mənzilin alqı-satqı müqaviləsi üzrə alınmış Abşeron rayonu, Xırdalan şəh., H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş, 3 saylı yaşayış binasının, mərtəbə 5, ümumi (tikintialtı) sahəsi 80.9 kv.m.olan 2 otaqlı, ümumi dəyəri 88.990 manat olan 36 saylı mənzilə görə ödənilmiş 27334 manat məbləğindən müqavilənin 3.4-cü bəndinə müvafiq olaraq 1779.8 manat cərimə çıxılmaqla qalıq 25554.20 (iyirmi beş min beş yüz əlli dörd, 20 qəpik) manat məbləğini İddiaçı Zahir oğluna hissə-hissə qaytaracaq;

2. İddiaçı öhdəsinə götürür və etiraz etmir ki, “xxxx” MMC tərəfindən ödəniləcək 25554.20 (iyirmi beş min beş yiiz əlli dörd, 20 qəpik) manat məbləğinin 5000 (beş min) manat məbləğini xx.xx.2021-ci tarixdə təhvil alır, qalıq 20554.20 manat məbləğini 2021-ci ilin mart ayından etibarən hər ayın sonu 2000 (iki min) manat məbləğini qəbul edir.

3. İddiaçı öhdəsinə götürür ki, qalıq 20554.20 manat məbləğini razılaşdırılmış qaydada hissə-hissə (aylıq 2000 AZN) qəbul etməklə pul tələbinin həmin hissəsindən imtina edəcək.

4. İddiaçı öhdəsinə götürür ki, xx xxx 2015-ci il tarixli LM-0094 nömrəli Mənzilin alqı-satqı müqaviləsinə dair özündə saxladığı bütün sənədlərin asillərini (nikahda olduğu təqdirdə həyat yoldaşının mənzildən imtinaya dair notarial qaydada təsdiq edilmiş razılıq ərazisini) “xxxx” MMC-nə təqdim edəcək.

5. Tərəflər təsdiq edir ki, “xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli LM-0094 nömrəli Mənzilin alqı-satqı müqaviləsi ləğv edilmiş hesab olunacaq.

6. Tərəflər təsdiq edir ki, bu Barışıq sazişinin hüquqi nəticələri onlara aydındır, bu Barışıq sazişinin təsdiq edilməsi barədə Abşeron rayon məhkəməsinin qərardadı qanuni qüvvəyə mindikdən sonra 2(012)-423/2021 saylı mülki iş üzrə icraata xitam veriləcək və bundan sonra eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmet barəsində məhkəmə mübahisəsi yolverilməzdir. İş üzrə qərara alınmış qərardad icra icraatı üçün əsas hesab olunacaq və icra etmədikləri halda qərardad icra olunması üçün yönəldiləcək.

7. Bu Barışıq sazişi Azərbaycan dilində olmaqla üç nüsxədə tərtib olunmuşdur. Bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə tərəflərdə saxlanılır. Məhkəmə, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, tərəfləri dinləyib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3. maddəsində göstərilir ki, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5. maddəsinin mənasından görünür ki, tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. Eyni zamanda, həmin Məcəllənin 191.2. maddəsinin mahiyyətindən görünür ki, işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin:

1. Cavabdeh “xxxx” MMC öhdəsinə götürür ki, xx xxx 2015-ci il tarixli LM-0094 nömrəli Mənzilin alqı-satqı müqaviləsi üzrə alınmış Abşeron rayonu, Xırdalan şəh., H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş, 3 saylı yaşayış binasının, mərtəbə 5, ümumi (tikintialtı) sahəsi 80.9 kv.m.olan 2 otaqlı, ümumi dəyəri 88.990 manat olan 36 saylı mənzilə görə ödənilmiş 27334 manat məbləğindən müqavilənin 3.4-cü bəndinə müvafiq olaraq 1779.8 manat cərimə çıxılmaqla qalıq 25554.20 (iyirmi beş min beş yüz əlli dörd, 20 qəpik) manat məbləğini İddiaçı Zahir oğluna hissə-hissə qaytaracaq;

2. İddiaçı öhdəsinə götürür və etiraz etmir ki, “xxxx” MMC tərəfindən ödəniləcək 25554.20 (iyirmi beş min beş yiiz əlli dörd, 20 qəpik) manat məbləğinin 5000 (beş min) manat məbləğini xx.xx.2021-ci tarixdə təhvil alır, qalıq 20554.20 manat məbləğini 2021-ci ilin mart ayından etibarən hər ayın sonu 2000 (iki min) manat məbləğini qəbul edir.

3. İddiaçı öhdəsinə götürür ki, qalıq 20554.20 manat məbləğini razılaşdırılmış qaydada hissə-hissə (aylıq 2000 AZN) qəbul etməklə pul tələbinin həmin hissəsindən imtina edəcək.

4. İddiaçı öhdəsinə götürür ki, xx xxx 2015-ci il tarixli LM-0094 nömrəli Mənzilin alqısatqı müqaviləsinə dair özündə saxladığı bütün sənədlərin asillərini (nikahda olduğu təqdirdə həyat yoldaşının mənzildən imtinaya dair notarial qaydada təsdiq edilmiş razılıq ərazisini) “xxxx” MMC-nə təqdim edəcək.

5. Tərəflər təsdiq edir ki, “xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli LM-0094 nömrəli Mənzilin alqı-satqı müqaviləsi ləğv edilmiş hesab olunacaq.

6. Tərəflər təsdiq edir ki, bu Barışıq sazişinin hüquqi nəticələri onlara aydındır, bu Barışıq sazişinin təsdiq edilməsi barədə Abşeron rayon məhkəməsinin qərardadı qanuni qüvvəyə mindikdən sonra 2(012)-423/2021 saylı mülki iş üzrə icraata xitam veriləcək və bundan sonra eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmet barəsində məhkəmə mübahisəsi yolverilməzdir. İş üzrə qərara alınmış qərardad icra icraatı üçün əsas hesab olunacaq və icra etmədikləri halda qərardad icra olunması üçün yönəldiləcək.

7. Bu Barışıq sazişi Azərbaycan dilində olmaqla üç nüsxədə tərtib olunmuşdur. Bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə tərəflərdə saxlanılır.

8. 2(012)-423/2021 №-li mülki iş üzrə icraata xitam verilsin.

Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar