Məhkəmə qərarları › İş №2(012)-423/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-423/2024

06.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-423/2024 06.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən istifadə olunmasına yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmənin iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən istifadə olunmasına yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən 0,1022 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına maneə yaradılmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında ona məxsus 0,1022 ha torpaq sahəsi vardır. Bu torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsində xx.xx.2023-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeyd olunmuş və onun adına **********48-10301 saylı çıxarış verilmişdir. Ona məxsus olan torpaq sahəsində hasar tikməyə qərar vermiş, lakin Cavabdeh bu torpaq sahəsinin ona məxsus olduğunun bildirmiş, orada tikinti işlərinin aparmaqda maneə törətmişdir. 26 sentyabr 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsində araşdırılma aparılmış və bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki ölçülər arasında fərq mövcuddur. Mövcud texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin eni 21 metr göstərildiyi halda, faktiki olaraq 20 metrdir. İki qonşu arasında inşa edilmiş ortaq divar mübahisə predmetidir. Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2, habelə iştirak etdiyi məhkəmə iclasında Nümayəndə1 iddianı qəbul etmədilər və onun təmin edilməməsini xahiş etdilər. Onlar bildirdilər ki, iddiaçı tərəfindən tikinti işləri ara məsafəsi gözlənilmədən aparıldığından, cavabdeh tərəfindən bu tikilinin aparılmasına maneə yaradılır. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mikayıl Müşfiq küçəsindəki 20 saylı evin yerləşdiyi 0,1022 ha torpaq sahəsi İddiaçı məxsusdur. Fərdi yaşayış evinə dair onun adına xx.xx.2023-cü il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2-01891/24 nömrəli mütəxəssis rəyindən görünür ki, **********48-10301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi uyğundur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mübahisə predmeti olan daş hasar tikilisi **********48-10301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşir. **********48-10301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində cavabdehlərə məxsus tikili mövcud deyildir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1838 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2-01891/24 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********48-10301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi uyğundur. Həmin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mübahisə predmeti olan daş hasar tikilisi **********48-10301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşir. Qeyd edilən mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********48-10301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində cavabdehlərə məxsus tikili mövcud deyildir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən 0,1022 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına maneə yaradılmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış tərtib edilmişdir. Bu hüquq müəyyənedici sənəd hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. İşin obyektiv araşdırılması məqsədilə iş üzrə müvafiq ekspertiza təyin edilmiş və müəyyən edilmişdir ki, **********48-10301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi uyğundur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mübahisə predmeti olan daş hasar tikilisi **********48-10301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşir. **********48-10301 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində cavabdehə məxsus tikili mövcud deyildir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının öz mülkiyyətində olan 0,1022 ha torpaq sahəsində mütəxəssis rəyində göstərilmiş sxemdəki hissədə hasar çəkməsinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Cavabdehin mübahisəli daşınmaz əmlaka müdaxiləsi, onun nümayəndələrinin izahatları, iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0,1022 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına maneə yaradılması cavabdehə qadağan olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,1022 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına maneə yaradılması cavabdehə qadağan edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehdən tutularaq İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar