Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4232/2020 19.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Bağırzadə Qadir Yasəf oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh 1377.2 (min üç yüz yetmiş yeddi manat iyirmi qəpik) manat əsas borc, 108.17 (yüz səkkiz manat on yeddi qəpik) manat faiz borcunun, cəmi 1485.37 (min dörd yüz səksən beş manat otuz yeddi qəpik) manatın, həmçinin ərizəyə görə ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2100 (iki min yüz) manat məbləğində kredit verilmiş və bununla bağlı «Azər - Türk Bank» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixinə olan əsas borcu 1377.2 (min üç yüz yetmiş yeddi manat iyirmi qəpik) manat, 108.17 (yüz səkkiz manat on yeddi qəpik) manat faiz borcu, cəmi 1485.37 (min dörd yüz səksən beş manat otuz yeddi qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Bununla da cavabdeh, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin, Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 1485.37 (min dörd yüz səksən beş manat otuz yeddi qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qadir Bağırzadə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin); 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı ASC-nin «Bakı» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsindən görünür ki, iddiaçı cavabdehə şəxsi məqsədlər üçün 24 ay müddətinə 2100 (iki min yüz) manat məbləğində kredit vermişdir. -İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ödəniş qrafikinə əsasən aldığı kredit üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdə hər ay 109.98 (sonuncu ay 110.11) manat ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixli, ******* saylı Kredit Müqaviləsinə əsasən, 2100 (iki min yüz) manat məbləğində kredit verilmişdir. -xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 1377.2 (min üç yüz yetmiş yeddi manat iyirmi qəpik) manat əsas borc, 108.17 (yüz səkkiz manat on yeddi qəpik) manat faiz borcu, cəmi 1485.37 (min dörd yüz səksən beş manat otuz yeddi qəpik) manat təşkil edir. -İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Pretenziyadan görünür ki, Cavabdeh 5 (beş) iş günü ərzində öhdəliyini yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından, tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri olmaqla 1377.2 (min üç yüz yetmiş yeddi manat iyirmi qəpik) manat əsas borc, 108.17 (yüz səkkiz manat on yeddi qəpik) manat faiz borcu, cəmi 1485.37 (min dörd yüz səksən beş manat otuz yeddi qəpik) manat təşkil etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsindən görünür ki, müqavilənin vaxtı bitməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən borcun ödənilməsi barədə vaxtından əvvəl tələbetmə hüququ yarandığından Kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi müqavilənin şərtlərinə uyğundur. İş materiallarına əlavə edilmiş rüsumun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 20.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1377.2 (min üç yüz yetmiş yeddi manat iyirmi qəpik) manat əsas borc, 108.17 (yüz səkkiz manat on yeddi qəpik) manat faiz borcu, cəmi 1485.37 (min dörd yüz səksən beş manat otuz yeddi qəpik) manat borc məbləği tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1377.2 (min üç yüz yetmiş yeddi manat iyirmi qəpik) manat əsas borc, 108.17 (yüz səkkiz manat on yeddi qəpik) manat faiz borcu, cəmi 1485.37 (min dörd yüz səksən beş manat otuz yeddi qəpik) manat borc məbləği və 20.40 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4232/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4232/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver