Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4236/2025 24.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Xırdalan Bələdiyyəsinə qarşı «icra sənədi üzrə icraatın dayandırılması, bələdiyyə qərarının ləğvi, əvvəlki illərə görə hesablanmış borcun silinməsi və sonrakı dövrlər üçün vergi hesablanmaması» barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, МÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İcra haqqında” AR Qanununun 17.1.4-cü və 19.1.3-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair onun tərəfindən iddia qaydasında mübahisə qaldırıldığından mübahisəyə mahiyyəti üzrə baxılanadək icra sənədi üzrə icraatın dayandırılmasını, Xırdalan bələdiyyəsinin onun barəsində əmlak vergi borcunun tutulması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, bələdiyyə tərəfindən əvvəlki illərə görə hesablanmış borcların silinməsi və bundan sonrakı dövrlər üçün də vergi hesablanmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, icra sənədi üzrə icraatın dayandırılmasının məcburi olduğu hallar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.1-17.1.10-cu maddələrində, icraatın dayandırılmasının mümkün olduğu hallar isə Azərbaycan Respublikasının Qanununun 18.1.2- 18.1.5-ci maddələrində öz təsbitini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi iddia ərizəsində istinad edilən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsində göstərilmiş hal icraatın dayandırılmasının məcburi olduğu hallardan biri olduğundan və belə olan təqdirdə icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılmalı olduğundan bu barədə icra məmuru tərəfindən müvafiq qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Həmçinin «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İV bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqandır. Ona görə də hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı sözügedən icra sənədinin icraatında olduğu icra məmuruna müraciət edilməli, iddia tələbinin digər hissəsi Abşeron Rayonu Xırdalan Bələdiyyəsinin əmlak vergi borcunun tutulması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı olduğundan iddiaçı Abşeron Rayonu Xırdalan Bələdiyyəsinin sözügedən qərarının ləğv edilməsi barədə inzibati qaydada müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Xırdalan Bələdiyyəsinə qarşı «icra sənədi üzrə icraatın dayandırılması, bələdiyyə qərarının ləğvi, əvvəlki illərə görə hesablanmış borcun silinməsi və sonrakı dövrlər üçün vergi hesablanmaması» barədə iddia ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. İddiaçıya icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı sözügedən icra sənədinin icraatında olduğu icra məmuruna, Abşeron Rayonu Xırdalan Bələdiyyəsinin əmlak vergi borcunun tutulması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə inzibati qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4236/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4236/2025
24.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver