Məhkəmə qərarları › İş №2(012)-4243/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4243/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4243/2020 18.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdehnun iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borc pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı «borc pul»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********77292 olan Samsung Galaxy A40 markalı telefon üçün 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 165 (yüz altmış beş) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı Paltaryuyan, HOFFMANN markalı Mikrodalğalı soba, Bosch markalı Aspirator üçün 1338 (min üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 312 (üç yüz on iki) manat dəbbə pulu, ümumilikdə 2475 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2505 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********77292 olan Samsung Galaxy A40 markalı telefon, Samsung markalı Paltaryuyan, HOFFMANN markalı Mikrodalğalı soba, Bosch markalı Aspirator almış və nəticədə 2475 (iki min dörd yüz yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 660 (altı yüz altmış) manat (12 ay x 55 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********77292 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə, 825 (səkkiz yüz iyirmi beş) manat olmaqla ondan, 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 165 (yüz altmış beş) manat dəbbə Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1799 (min yeddi yüz doxsan doqquz) manat (12 ay x 149 manat + 11 manat ilkin ödəniş) Samsung markalı Paltaryuyan, HOFFMANN markalı Mikrodalğalı soba, Bosch markalı Aspirator üçün ümumilikdə 1650 (min altı yüz əlli) manat olmaqla ondan, 1338 (min üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 312 (üç yüz on iki) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 461 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanıbsa, Müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər.Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə iddiaçı tərəfindən edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -“xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01013324 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən İMEİ Kodu **********77292 olan Samsung Galaxy A40 markalı telefon almışdır. -“xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01027251 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən Samsung markalı Paltaryuyan, HOFFMANN markalı Mikrodalğalı soba, Bosch markalı Aspirator almışdır. -xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 01013324 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********77292 olan Samsung Galaxy A40 markalı telefonu “xxxxxxxxxxx” MMC-dən tam qüsursuz halda təhvil almışdır. -xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 01027251 nömrəli müqaviləyə əsasən Samsung markalı Paltaryuyan, HOFFMANN markalı Mikrodalğalı soba, Bosch markalı Aspiratoru “xxxxxxxxxxx” MMC-dən tam qüsursuz halda təhvil almışdır. -xx xxxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, sonuncu hal-hazıra qədər 461 manat ödəniş etmiş, nəticədə onun aldığı İMEİ Kodu **********77292 olan Samsung Galaxy A40 markalı telefon üçün 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 165 (yüz altmış beş) manat dəbbə pulu, Samsung markalı Paltaryuyan, HOFFMANN markalı Mikrodalğalı soba, Bosch markalı Aspirator üçün 1338 (min üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 312 (üç yüz on iki) manat dəbbə pulu olmaqla, iddiaçıya olan borcu cəmi 2475 (iki min dörd yüz yetmiş beş) manat təşkil etmişdir. -Azərbaycan Respublikası DİN-nin BRQMİ-nin MAPS şöbəsi Arayışından və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh - ünvan 1 ünvanında qeydiyyatdadır. -İddiaçı «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərini qısa bir zamanda «xxxxxxxxxxx» MMCyə ödəməsi, əks təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qurumuna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumlarının Dövlət Reyestri haqqında məlumatların surətindən görünür ki, «xxxxxxxxxxx» MMC adlı qurum xx.xx.2006-ci il tarixdə Bakı şəhəri X1 hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-dən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********77292 olan Samsung Galaxy A40 markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı Paltaryuyan, HOFFMANN markalı Mikrodalğalı soba, Bosch markalı Aspirator almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş və nəticədə onun ümumilikdə 2475 (iki min dörd yüz yetmiş beş) manat borcu yaranmışdı. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2019-cu il tarixli 01013324 nömrəli müqavilə üzrə 660 (altı yüz altmış) manat ödənilməmiş hissə üzrə hesablanmış 165 (yüz altmış beş) manat məbləğində cərimənin azaldılaraq 10 (on) manat məbləğində, xx.xx.2019-cu il tarixli 01027251 nömrəli müqavilə üzrə 1338 (min üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə üzrə hesablanmış 312 (üç yüz on iki) manat məbləğində cərimənin azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İMEİ Kodu **********77292 olan Samsung Galaxy A40 markalı telefon üçün 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, Samsung markalı Paltaryuyan, HOFFMANN markalı Mikrodalğalı soba, Bosch markalı Aspirator üçün 1338 (min üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu olmaqla cəmi 2018 (iki min on səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********77292 olan Samsung Galaxy A40 markalı telefon üçün 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı Paltaryuyan, HOFFMANN markalı Mikrodalğalı soba, Bosch markalı Aspirator üçün 1338 (min üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, cəmi 2018 (iki min on səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 2048 (iki min qırx səkkiz) manat məbləğində borc Cavabdeh “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar