Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4256/2022 16.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" X3 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il tarixli 3- MZ2-1-0-608-14 №--li Bank hesab, kredit və zaminlik müqaviləsindən irəli gələn xx.xx.2015-ci il tarixədək hesablanmış 9679 ABŞ dolları əsas borc və 3099 ABŞ dolları faiz borcu, cəmi 12778 ABŞ dolları məbləğində borcun, həmçinin ərizə verilməsi üçün 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulub "xxxx" X1 ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 "xxxx" İKB ilə xx.xx.2014-cü il tarixli, 3-MZ2-1-0-608-14 saylı Bank, hesab, kredit və zaminlik müqaviləsinə əsasən 18 ay müddətinə, illik 28% ödəmək şərtilə 12750 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli, 3-MZ2-1-0-608-14 saylı Bank, hesab, kredit və zaminlik müqaviləsi imzalanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. Lakin borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq götürdüyü öhdəliyi lazımınca icra etməmiş, nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-6525/2015 saylı məhkəmə əmri ilə xx.xx.1986-cı ildə Beyləqan rayonunda anadan olmuş və Beyləqan rayonu, Kəbirli kəndində yaşayan borclu Cavabdeh1, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş və Abşeron rayonu, Xırdalan şəhəri 28, ev 31, mənzil 20-də yaşayan Cavabdeh2, xx.xx.1986-cı ildə Kürdəmir rayonunda anadan olmuş və Kürdəmir rayonu, Yenikənd kəndində yaşayan Cavabdeh3 kreditor ünvan 1 ünvanında yerləşən "xxxx" İKBnin xeyrinə 9679 ABŞ dolları məbləğində əsas, 3099 ABŞ dolları məbləğində faiz borcu ( ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. . Borclu Cavabdeh2 həmin məhkəmə əmrinin ləğv edilməsi üçün etirazla məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(012)-6525/2015 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli 2(012)- 6525/2015 saylı məhkəmə əmrinin ləğv edilməsi, materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı ASC Azrbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə verərək bildirmişdir ki, iş üzrə iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, cavabdehiərdən Bankın xeyrinə kredit borcunun tutulması ilə bağlı ərizə ilə xx.xx.2015ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, iş üzrə məhkəmə əmri qəbul edilmiş, lakin uzun müddət keçdikdən sonra Cavabdeh1 ərizəsinə əsasən məhkəmə əmri ləğv edilmişdir. Həmin müddət ərzində cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır və bu səbəbdən borc məbləğinin dəqiqləşdirilməsi zəruridir. Cavabdehin xx.xx.2022-ci il tarixə əsas borcu 9503.64 ABŞ dolları, faiz borcu 4493.08 ABŞ dolları, cərimə borcu 3052.82 ABŞ dolları və müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən xx.xx.2022ci il tarixədək illik 5 faizlə hesablanmış 2169.85 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumi borcu 19 219.39 ABŞ dolları təşkil edir. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 9503.64 ABŞ dolları, faiz borcu 4493.08 ABŞ dolları, cərimə borcu 3052.82 ABŞ dolları və müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən xx.xx.2022- ci il tarixədək illik 5 faizlə hesablanmış 2169.85 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumi borcu 19219.39 ABŞ dolları kredit borcu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasıda iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, başqa banka da borcunun olduğunu nəzərə alaraq cərimə məbləğinin silinməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" X3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3-MZ2-1-0-608-14 saylı Bank, hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, bank borcalana 18 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla 12750 ABŞ dolları kredit verməyi, borcalan isə həmin kredit məbləğini banka ödəməyi öhdəsinə götürmüşdür. Zaminlər Cavabdeh3 və Cavabdeh2 borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zaminlərin məsuliyyəti öz üzərilərinə götürmüşlər. -Müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2016-cı il tarixədək 12750 ABŞ dolları əsas, 3010.42 ABŞ dolları faiz olmaqla, cəmi 15760.42 ABŞ dolları borcu hissə-hissə ödəməklə banka qaytarmalıdır. İş materiallarında əlavə edilmiş xx.xx.2015-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 borcunun ödənilməsi barədə "xxxx" X3 tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 3-MZ2-1-0-608-14 saylı kredit müqaviləsi üzrə 9679 ABŞ dolları əsas borc və 3099 ABŞ dolları faiz borcu, cəmi 12778 ABŞ dolları borcu vardır. İş materiallarında olan "xxxx" X3 ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 3-MZ2-1-0-608-14 saylı Bank, hesab, kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavədən görünür ki, Bu saziş qüvvəyə mindiyi gündən etibarən: 1. Müqaviləsinin 1.2.6-cı bəndində göstərilmiş "18 ay (on səkkiz) ay” sözləri “25 ay (iyirmi beş) ay” sözləri ilə əvəz edilsin və kreditin müddəti “25 ay (iyirmi beş)” hesab edilsin. 2. Müqaviləsinin 1.2.8-ci bəndində göstərilmiş “xx.xx.2016” sözləri “xx.xx.2016” sözləri ilə əvəz edilsin və Kreditin bağlanma tarixi “xx.xx.2016” hesab edilsin. İş materiallarında olan "xxxx" X3 ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 3-MZ2-1-0-608-14 saylı Bank, hesab, kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavədən görünür ki, Bu saziş qüvvəyə mindiyi gündən etibarən: 1. Müqaviləsinin 1.2.6-cı bəndində göstərilmiş "18 ay (on səkkiz) ay” sözləri “43 ay 1 gün (qırx üç ay bir gün) ay” sözləri ilə əvəz edilsin və kreditin müddəti “43 ay 1 gün (qırx üç ay bir gün) ay” hesab edilsin. 2. Müqaviləsinin 1.2.8-ci bəndində göstərilmiş “xx.xx.2016” sözləri “xx.xx.2018” sözləri ilə əvəz edilsin və Kreditin bağlanma tarixi “xx.xx.2018” hesab edilsin. Müqavilənin 1.2.11-ci bəndində göstərilmiş “28% (iyirmi səkkiz)” sözləri “26% (iyirmi altı)” sözləri ilə əvəz edilsin və Kreditin illik faiz dərəcəsi 26 % (iyirmi altı) hesab edilsin.Müqaviləyə edilən dəyişiklik borclu Cavidab Hüseynov və zamin Cavabdeh2 tərəfindən imzalanmış, digər zamin Cavabdeh3 tərəfindən isə imzalanmamışdır. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 3-MZ2-1-0-608-14 saylı kredit müqaviləsi üzrə 27 aprel 2015-ci il tarixinə 9679 ABŞ dolları əsas borc, 543.87 ABŞ dolları faiz borcu, cəmi 10223.83 ABŞ dolları, xx.xx.2022-ci il tarixinə 9503.64 ABŞ dolları əsas borc, 4493.08 ABŞ dolları faiz borcu, 3052.82 ABŞ dolları, əsas borca hesablanmış 5%-lə 2169.85 ABŞ dolları, cəmi 19219.39 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 3052.82 ABŞ dolları cərimənin məbləği azaldılmalı və 300 ABŞ dolları olaraq müəyyən edilməlidir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" İKB ASC və Cavabdeh1 arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 18 ay müddətinə illik 28 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə "xxxx" X3 ilə borcalan Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 3-MZ2-1-0-608-14 saylı Bank, hesab, kredit və zaminlik müqaviləsinə əlavə imzalanmış və müqaviləyə dəyişiklik edilərək müqavilənin müddəti xx.xx.2016-cı ilədək müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixdə"xxxx" X3 ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, 3-MZ2-1-0-608-14 saylı Bank, hesab, kredit və zaminlik müqaviləsinə əlavə imzalanmış və müqaviləyə dəyişiklik edilərək müqavilənin müddəti xx.xx.2018-ci ilədək müəyyən edilmişdir. Cavabdeh1 müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka 27 aprel 2015-ci il tarixinə 9679,96 ABŞ dolları əsas, 543.87 ABŞ dolları faiz borcu, cəmi 10223.83 ABŞ dolları, xx.xx.2022-ci il tarixinə 9503.64 ABŞ dolları əsas, 4493.08 ABŞ dolları faiz borcu, 3052.82 ABŞ dolları cərimə və əsas borca hesablanmış 5 (beş) faizlə 2169.85 ABŞ dolları borcu yaranmışdır.Göründüyü kimi müqavilənin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılması barədə saziş zamin Cavabdeh3 tərəfindən imzalanmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli, 3-MZ2-1-0-608-14 saylı Bank, hesab, kredit və zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9503.64 ABŞ dolları əsas, 4493,08 ABŞ dolları (faiz borcunun 545,87 ABŞ dollar hissəsi Cavabdeh3 müştərək qaydada tutulmalıdır)faiz borcu, 300 ABŞ dolları cərimə borcu və 15 manat dövlət rüsumuna görə pul tutulub iddiaçıya verilməlidir. Məhkəmə əsas borca hesablanmış 5 (beş) faizlə hesablanan 2169.85 ABŞ dolları borc hissəsinə münasibətdə qeyd edir ki, borcalanın borc məbləğini əsassız olaraq özündə saxlamaqla ondan faydalanması iş materialları ilə təsdiq edilmir. Belə ki, hazırkı kredit mübahisəsi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-6525/2015 saylı məhkəmə əmri icra edilməmiş qalmış, sonradan iddia icraatına keçilmişdir. Bu əsasda iddia tələbi MM-nin 449.1 maddəsinin tələblərinə əsasən təmin edilməməlidir.Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli, 3- MZ2-1-0-608-14 saylı Bank, hesab, kredit və zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9503.64 ABŞ dolları əsas, 4493,08 ABŞ dolları (faiz borcunun 545,87 ABŞ dollar hissəsi Cavabdeh3 müştərək qaydada tutulmalıdır.)faiz borcu, 300 ABŞ dolları cərimə borcu qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 15 manat dövlət rüsumuna görə pul tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 600-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli, 3-MZ2-1-0-608-14 saylı Bank, hesab, kredit və zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9503.64 ABŞ dolları əsas, 4493,08 ABŞ dolları (faiz borcunun 545,87 ABŞ dollar hissəsi Cavabdeh3 müştərək qaydada tutulmalıdır.)faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla cəmisi 14 296,72 ABŞ dolları məbləğində pul/3+9 qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 15 manat dövlət rüsumuna görə pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4256/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4256/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver