Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-428/2022 16.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh Kərimova (Əliyeva) Türkan Asəf qızının iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Kərimova (Əliyeva) Türkan Asəf qızına qarşı «kredit müqaviləsinin ləğvi və borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 İddiaçı ASC-nin xeyrinə 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsi üzrə 32285,73 manat əsas borc, 15814,17 manat faiz borcu, 4553,12 manat cərimə olmaqla, cəmi 52653,02 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Kərimova (Əliyeva) Türkan Asəf qızından İddiaçı ASC-nin xeyrinə 03 iyun 2014cü il tarixli, 14/096 saylı kredit müqaviləsi üzrə 32285,73 manat əsas borc, 15814,17 manat faiz borcu, 4553,12 manat cərimə olmaqla, cəmi 52653,02 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh Kərimova (Əliyeva) Türkan Asəf qızından İddiaçı ASC-nin xeyrinə 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsi üzrə 32285,73 manat əsas borc, 18646,79 manat faiz borcu, 7311,16 manat cərimə olmaqla, cəmi 58243,68 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Kərimova (Əliyeva) Türkan Asəf qızı 03 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "Texnikabank” Açıq Səhmdar Cəmiyyətindən illik 13 faizlə 100 ay müddətinə 42000 manat məbləğində kredit götürmüşdür. "xxxx" ASC ilə İddiaçı ("xxxx" İKB) ASC arasında bağlanmış tələbin güzəşti barədə 29 yanvar 2016-ci il tarixli müqaviləyə əsasən Kərimova (Əliyeva) Türkan Asəf qızı ilə "xxxx" ASC arasında bağlanmış 03 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcun tələb etmək hüququ İddiaçı ("xxxx" İKB) ASC-yə ötürülmüşdür. xx.xx.2016-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixinə Kərimova (Əliyeva) Türkan Asəf qızının banka 03 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 32285,73 manat əsas borc, 18646,79 manat faiz borcu, 7311,16 manat cərimə olmaqla, cəmi 58243,68 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Kərimova (Əliyeva) Türkan Asəf qızı məhkəmə iclasında izahatında bildirdi ki, o, gənc alimdir. AR Prezidentinin Sərəncamına əsasən, kredit verilərkən banklar tərəfindən gənc alimlər nəzərə alınmalıdır. O, 2014-cü ildə "Texnikabank” Açıq Səhmdar Cəmiyyətindən illik 13 faizlə 100 ay müddətinə 42000 manat məbləğində kredit götürmüşdür. 2016-cı ildə isə onunla "xxxx" ASC arasında bağlanmış 03 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcun tələb etmək hüququ İddiaçı ("xxxx" İKB) ASC-yə ötürülmüşdür və müqavilənin tarixi xx.xx.2024-cü il tarixədək uzadılmışdır. O, 2014-cü ildə mənzil almışdır. Lakin həmin mənzilin çıxarışı yoxdur. 2014-2017-ci illərdə isə o, mütəmadi olaraq banka ödəniş etmişdir. Sonuncu dəfə 2021-ci ildə 200 manat ödəniş etmişdir. O, borcdan yayınmır. Lakin pandemiya ilə əlaqədar ödəniş edə bilməmişdir. Hazırda isə ölkədən kənarda ödənişli əsaslarla təhsil alır. Odur ki, o, borcu hissə- hissə ödəyə bilər İş materiallarında olan 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsindən görünür ki, Kərimova (Əliyeva) Türkan Asəf qızı "Texnikabank” Açıq Səhmdar Cəmiyyətindən illik 13 faizlə 100 ay müddətinə 42000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan Texnikabank” ASC ilə İddiaçı ("xxxx" İKB) ASC arasında bağlanmış tələbin güzəşti barədə 29 yanvar 2016-ci il tarixli müqavilədən görünür ki, Kərimova (Əliyeva) Türkan Asəf qızı ilə "xxxx" ASC arasında bağlanmış 03 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcun tələb etmək hüququ İddiaçı ("xxxx" İKB) ASC-yə ötürülmüşdür. xx.xx.2016-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsinə əsasən Kərimova (Əliyeva) Türkan Asəf qızının 32285,73 manat əsas borc, 18646,79 manat faiz borcu, 7311,16 manat cərimə olmaqla, cəmi 58243,68 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2022-ci il tarixli, 9/2344 saylı ekspert rəyindən görünür ki, 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə cavabdeh Kərimova (Əliyeva) Türkan Asəf qızının İddiaçı ASC-yə olan əsas borcu 32645,90 manat, faiz borcu isə 12389,56 manat təşkil edir. Məhkəmə iddiaçı bankın nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı bankın nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-428/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2022-ci il tarixli, 9/2344 saylı ekspert rəyindən məlum olur ki, 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə cavabdeh Kərimova (Əliyeva) Türkan Asəf qızının İddiaçı ASC-yə olan əsas borcu 32645,90 manat, faiz borcu isə 12389,56 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsi üzrə cavabdeh (borcalan) Kərimova (Əliyeva) Türkan Asəf qızı üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Kərimova (Əliyeva) Türkan Asəf qızının bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə hesablanmış 7311,16 manat məbləğində dəbbə pulunun azaldılaraq 100 manat məbləğində saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, İddiaçı ASC iddia ərizəsində 32285,73 manat əsas borc tələb etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2022-ci il tarixli, 9/2344 saylı rəyinə əsasən isə əsas borcu 32645,90 manat müəyyən edilmişdir. Lakin İddiaçı ASC tərəfindən əsas borcun artırılmasına dair ərizə təqdim edilmədiyindən, xx.xx.2021-ci il tarixə Kərimova (Əliyeva) Türkan Asəf qızından 32285,73 manat əsas borc, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2022-ci il tarixli, 9/2344 saylı rəyini nəzərə alaraq, 12389,56 manat faiz,100 manat cərimə,olmaqla, cəmi 44775,29 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə tərəflər arasında bağlanmış 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 13 may 2022-ci il tarixli, 9/2344 saylı mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 77 manat cavabdeh Kərimova (Əliyeva) Türkan Asəf qızından, 23 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod- 210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Kərimova (Əliyeva) Türkan Asəf qızından 03 iyun 2014-cü il tarixli, 14/096 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 32285,73 manat əsas borc, 12389,56 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 44775,29 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 13 may 2022-ci il tarixli, 9/2344 saylı mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 77 manat cavabdeh Kərimova (Əliyeva) Türkan Asəf qızından, 23 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod- 210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-428/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-428/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver