Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4285/2023 20.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, razılaşmaya görə təhvil verilməli olan 6 ədəd stul və 1 ədəd masanın hazırlanıb təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, bu mümkün olmadıqda isə razılaşmaya əsasən ödədiyi 250 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi, eyni zamanda dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, razılaşmaya görə təhvil verilməli olan 6 ədəd stul və 1 ədəd masanın dəyəri olaraq ödədiyi 250 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi, eyni zamanda dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı həyət üçün stol-stul hazırlaması məqsədilə bu işlə məşğul olan Cavabdeh müraciət etmişdir. Razılaşmaya görə, ödəmənin bir hissəsini, yəni 150 manat pulu mallar təhvil verilmədən öncə, qalan hissə olan 100 manat pulu isə təhvil aldıqdan sonra verməli idi. Bir müddət sonra cavabdeh razılaşmada müəyyən edilən malları qüsurlu və yarımçıq şəkildə (2-si qüsurlu olmaqla 6 ədəd stul və 1 ədəd qüsurlu masa) gətirmiş, buna etiraz etdiyində isə yanlışlıq olduğunu, bir sonrakı gün tam şəkildə malları təhvil verəcəyini bildirmişdir. Cavabdeh qüsurun aradan qaldırılması üçün fəhlə pulunu çatdıra bilmədiyini və onun ödənilməsi məqsədilə, sifariş tam hazır olduqdan sonra verilməsi razılaşdırılan 100 manat pulu da istədiyindən, iddiaçı onun səmimiyyətinə inananraq pulu tam hissədə cavabdehin kart hesabına göndərmişdir. Sifarişi düzgün formada gətirəcəyini bildirdikdən bir həftə sonra sifarişləri hazırladığı iş yerinə getdikdə, oradan köçdüyünü görmüşdür. Ödəməni tam şəkildə almasına və telefon vasitəsilə dəfələrlə sifarişin təhvil verilməsini tələb etməyinə baxmayaraq, cavabdeh bugünə qədər öhdəliyini yerinə yetirməmişdir. Bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirdikdə “istədiyin yerə müraciət et, heç kimdən qorxmuram” deyərək məsuliyyətdən boyun qaçırmışdır. Cavabdehin razılaşdırılan malları təhvil verməməsi müqavilə öhdəliyinin icra edilməməsidir və həm icradan boyun qaçırması, həm də etikadan kənar danışığı qanunvericiliklə müəyyən edilən hüquqlarını pozmuşdur. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Qəbzlərin surətlərindən və whatsapp yazışmalarından görünür ki, İddiaçı tərəfindən ona məxsus kartdan “stol stul ustası kimi qeyd etdiyi” Cavabdeh tərəfindən göndərilmiş karta (kart nömrəsi: 4169 7388 6589 5699) xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022ci il tarixdə 100 manat pul köçürmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən özünəməxsus kartdan “stol stul ustası kimi qeyd etdiyi” Cavabdeh məxsus karta (kart nömrəsi: 4169 7388 6589 5699) stol-stul hazırlaması məqsədilə xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, cəmi 250 manat məbləğində pul vəsaiti köçürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, razılaşmaya görə təhvil verilməli olan 6 ədəd stul və 1 ədəd masanın dəyəri olaraq ödədiyi 250 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi, eyni zamanda dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə məhkəmə gedişatının nəticəsinə əsaslanaraq, belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı ilə cavabdeh arasında razılaşmaya görə təhvil verilməli olan 6 ədəd stul və 1 ədəd masanın dəyəri olaraq iddiaçı tərəfindən ödənilmiş 250 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödəsnilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov