Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4286/2023 06.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə 3000 manat borcun, 50 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Eyvazov X1 Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 56 nömrəli Yanğından mühafizə hissəsinin, yanğınsöndürən vəzifəsində işləyir. X4 həmin hissəsinin növbə rəisi vəzifəsində işləyir. 2022-ci ilin yanvar-fevral ayı ərzində Cavabdeh övladının xəstə olduğunu, təcili pula ehtiyacı olduğunu bildirərək iddiaçıdan pul istəmişdir. İlkin olaraq 1000 manat sonra isə hisə-hissə 2000 manat pul vermişdir. İddiaçıya bir ay müddətində həmin 3000 manatı geri qaytaracağını bildirmişdir. Sonradan pul qaytarmasını tələb etdikdə isə watsapp vasitəsi ilə ona tez bir zamanda pulu verəcəyini vəd etmişdir. Dəfələrlə iddiaçıdan aldığı pul vəsaitini qaytarmasını tələb etsə də cavabdeh məqsədli şəkildə pulu ödəməkdən yayınır. Cavabdeh barəsində Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinə yazılı qaydada şikayət ərizəsi ilə müraciət etmişdir. İlkin şirkəyət ərizəsi əsasında Cavabdeh ona borc aldığı pul vəsaitini qaytarmadığı üçün şiddətli töhmət verilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, məhkəmə baxışında iştirak edə bilməyəcəkdir. Ona görə də məhkəmə baxışını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsini tam qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin qismən etirafını, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən verilmiş 19.092022-ci il tarixli 1351/Ş nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 56 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin rəisi daxili xidmət mayoru Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 30 dekabr 2007-cı il tarixli 140 nömrəli əmri ilə təsdiq olunmuş "Fövqəladə hallar orqanının işçilərinin etik davranış qaydaları”nın 5-ci bəndinin tələblərini pozaraq, həmçinin qanunvericiliyin tələblərinə riayət etməyərək, həmin hissənin yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu Eyvazov .Bəxtiyar Lütvəli oğlundan 2022-ci ilin yanvar ayında aldığı borcu bu günə kimi qaytarmamışdır. Aparılan xidməti araşdırma zamanı fakt öz təsdiqini tapmışdır Həmçinin daxili xidmət mayoru Cavabdeh üzərində hazırda qüvvədə olan intizam tənbehinin mövcud olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, habelə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1, 10,0.10. 31.1.3-cü maddələrinə uyğun olaraq və Fövqəladə Hallar Nazirliyinin 5 iyun 2015cı il tarixli 055 nömrəli əmrini rəhbər tutaraq, Etik davranış qaydalarını pozduğuna və qanunvericiliyin tələblərinə riayət etmədiyinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Azərbaycan. Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 56 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin rəisi daxili xidmət mayoru Cavabdeh şiddətli töhmət verilməsi əmr edilmişdir. - Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, onun Nazirliyin X3 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 56 nömrəli Yanğından mühafizə Hissəsinin yanğınsöndürmə növbəsinin rəisi, daxili xidmət mayoru Cavabdeh tərəfindən borc pulunu qaytarmaması barədə müraciətinə (qeydiyyat nömrəsi: 3-18/1-E-3362-42/23, xx.xx.2023) cavab olaraq qeyd olunan məsələnin araşdırılması məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğu bildirilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Lütfəli oğlu 2022-ci ilin yanvar-fevral ayı ərzində Cavabdeh ilkin olaraq 1000 manat sonra isə hisə-hissə 2000 manat pul vermişdir. Cavabdeh bir ay müddətində həmin 3000 manatı geri qaytaracağını bildirmişdir. İddiaçı dəfələrlə aldığı pul vəsaitini qaytarmasını tələb etsə də cavabdeh məqsədli şəkildə pulu ödəməkdən yayınır. İddiaçı cavabdeh barəsində Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinə yazılı qaydada şikayət ərizəsi ilə müraciət etmişdir. İlkin şirkəyət ərizəsi əsasında Cavabdeh ona borc aldığı pul vəsaitini qaytarmadığı üçün şiddətli töhmət verilmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini tam qəbul etdiyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən, iddiaçı qeyd olunan məbləğdə pul vəsaitini borc şəklində cavabdehə verməklə öhdəliklərini yerinə yetirsə də, cavabdeh həmin borcu vaxtında qaytarmamaqla öhdəliklərinin icrasından yayınmışdır. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya 3000 manat borcunun qalmasına dair cavabdehin yazılı etirafını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh 3000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli, 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236cı maddələrinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumuna görə 50 (əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov