Məhkəmə qərarları › İş №2(012)-4287/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4287/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4287/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X1 «xxxx» ASC-nin xeyrinə 288,56 manat əsas borc, 16,90 manat faiz borcu,339,51 manat cərimə və Azərbaycan Rsepublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenium qərarına əsasən hesablanmış 40,84 manat faiz borcu olmaqla cəmi 685,81 manat və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 120.LN.2102.231014.0001 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 32 % ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 1 saylı razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 120.LN.2102.231014.00001 saylı kredit müqaviləsinə uyğun ayrılmış kredit (kredit xətti) Kreditor tərəfindən Borcalana 1117.88 (bir min bir yüz on yeddi manat 88 qəpik) manat məbləğində krediti restrukturizasiya edir və 76.34 (yetmiş altı manat 34 qəpik) manat məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunur, bununla ümumi kredit məbləği 1194.22 (bir min bir yüz doxsan dörd manat, 22 qəpik) manat təşkil edir. 25.01,2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 120.LN.2102.231014.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 3 saylı Əlavəyə uyğun olaraq aparılır, bu şərtlə ki, birinci ödəniş xx xxxxxx 2016-cı il, sonuncu ödəniş isə xx xxxxx 2016-cı il tarixdən gec olmayaraq, xx.xx.2016-cı il tarixli 3 saylı razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 120.LN.2102.231014.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 4 saylı Əlavəyə uyğun olaraq aparılır, bu şərtlə ki, birinci ödəniş xx xxx 2016-cı il, sonuncu ödəniş isə xx xxxxxxx 2017-ci il tarixdən gec olmayaraq həyata keçirilməlidir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdeh X3 ilə həmin tarixdə 120.CL.231014.00001/b və 120.CL.231014.00001/d saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin X4 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 120.LN.2102.231014.0001 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə «xxxx» ASC arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən «xxxx» ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 32 % ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 120.CL.231014.0001/b saylı zaminlik müqaviləsindən görünür ki, «xxxx» ASC bundan sonra zamin adlandırılacaq X4 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında xx.xx.2014cü il tarixdə bağlanmış 120.LN.2102.231014.0001 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 120.LN.2102.231014.0001 saylı kredit müqaviləsinə əsasən «xxxx» ASC-yə xx xxxxxx 2020-ci il tarixinə 288,56 manat əsas borc, 16,90 manat faiz borcu,339,51 manat cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 40,84 manat faiz borcu olmaqla cəmi 685,81 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 120.LN.2102.231014.0001 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı «xxxx» ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan X1 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Şıxıyev Şıxı Ağaşıx oğlundan «xxxx» ASC-nin xeyrinə 288,56 manat əsas borc, 16,90 manat faiz borcu,339,51 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanan 40,84 manat faiz borcu olmaqla cəmi 685,81 manat və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsait tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar