Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-43/2024 05.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı və onun vəkili, nümayəndəsi X1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park“ yaşayış massivindəki, A kompleksində yerləşən 11 saylı ev ünvanındakı İddiaçı məxsus 2 saylı mənzilin naturada ümümi sahəsi 74 kv m olduğu halda, hüquqmüəyyənedici və texniki sənədlərdə ümumi sahə səhvən 90 kv m olaraq göstərilməklə mövcud olmayan 16 kvm x 550 manat = 8800 manat izafi dəyər olmaqla hesablanaraq ödənc kimi alındığı və həmin mənzilin 2 ədəd eyvanı, biri 12 kv m, digəri 18 kv m olmaqla plastik pəncərə sistemi ilə yerinə quraşdırılmamış 30 kv m-lik plastik pəncərə sistemi üçün ödənilmiş 3300 manat izafi dəyəri olmaqla hesablanaraq ödənc kimi mənzilin yekun dəyərinin üzərinə hesablanmaqla ödənc kimi İddiaçı alınmış cəmi 12100 manat izafi pul məbləğinin cavabdeh “AAAF-İnşaat“ Məhdud Məsuliyyətli Cəmiyyətdən alırnb İddiaçı ödənilməsinin müəyyən edlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, cavabdeh “AAAF-İnşaat“ Məhdud Məsuliyyətli Cəmiyyət ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli İB-A (b) /004 saylı, torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, mülkiyyətindəki “AAAF-Park“ yaşayış komplektindəki “A“ kompleksindəki inşa edilmiş 11 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv metr olan 2 otaqdan ibarət 2 saylı mənzilini qiyətləndirdiyi 49555 manat dəyərindən ilkin 7555 manat nəğd şəkilində özü ödəməklə, hazırkı digər cavabdeh “Azərbaycan Beynəlxalq Bankı“ ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 09Mİ/14 nömrəli “vakala borc müqaviləsi“ nə əsasən əvəzindən 42000 manat kredit məbləği sözügedən mənzilə görə ödənilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq öhdəliklərin yerinə yetirilməsinə görə bank ilə “AAAF-İnşaat“ MMC ilə arasında xx.xx.2014cü il tarixli, 09Mİ/14 saylı zaminlik müqaviləsi bağlanmış və əvəzindən cavabdehik daşımağı öhdəsinə götürmüşdür. 120 ay müddətinə aylığı 12 % dərəcəsi ilə verilmiş krediti, tərəfindən 6 il müddətində, yəni 2020-ci ilin iyun ayınadək aylıq 602,58 manat ödənişi banka qaytarıb ödəmişdir. Xüsusi karantin rejimi səbəbindən müstəqil işləyə və qazanc əldə edə bilmədiyinə görə, 1 ildən artıq müddətdə banka borcumu ödəmədiyi səbəbindən “Azərbaycan Beynəlxalq Bankı“ ASC-i “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinə“ dair ona qarşı Abşeron rayon Məhkəməsində iddia qaldırıb və həmin iş hazırda icraatdadır. Bu mülki işlə bağlı etiraz verib göstərmişdir ki, cavabdeh ”AAAF-Park“ yaşayış massivinin onun mülkiyyətinə verdiyi mənzilin naturadakı ümumi sahəsi ilə hüquqmüəyyənedici sənəddə göstərilmiş ümumi sahə arasında əhəmiyyətli dərəcədə fərq var və həmin fərq üzrə ödənilmiş xeyli miqdarda məbləğ həmin hüquqi şəxsdən geri tələb edilməlidir. Həmin iş üzrə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı“ ASC-i əvəzindən izafi ödənilmiş xeyli miqdardakı pulun “AAAF-Park“ yaşayış massivindən tələb etmədiyi üçün hazırda özü həmin ödənilmiş izafi pul məbləğini tələb etməkdə haqlıdır. Belə ki, sözügedən fərdi mənzilinin naturada ümümi sahəsi 74 kv.m olduğu halda, hüquqmüəyyənedici və texniki sənədlərdə ümumi sahə səhvən 90 kv m olaraq göstərilib və mövcud olmayan 16 kvm x 550 manat = 8800 manat izafi dəyər hesablanaraq ödənc kimi onlardan alınmışdır. Digər tərəfdən mənzilinin 2 ədəd eyvanı, biri 12 kv m , digəri 18 kv m olmaqla plastik pəncərə sistemi ilə yerinə quraşdırılmadığı və həmin eyvanlardan öz mülahizəmə uyğun olmaqla 8 ildir ki, istifadə edə bilmədiyinə rəğmən, “AAAF-Park“ yaşayış massivi qanunsuz olaraq həmin eyvanların ümumi sahəsinin cəmi olan 30 kv m üçün 3300 manat izafi dəyər mənzilin yekun qiymətinin üzərinə hesablanmaqla ödənc kimi onlardan alınmışdır. Bildirir ki, mənzilin təmiri 2019-cu ildə başa çatmışdır və həmin ildə mənzili təmir etdirərkən ona məlum olmuşdur ki, mənzilin sahə ölçüsü müqavilədə nəzərdə tutulandan azdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X3 iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. İlk öncə qeyd edir ki, iddiaçı məhkəməyə mqürqciət etmək üçün iddia müddətini ötürmüşdür. Bundan əlavə İB-A(b)/004 nömrəli 13 mart 2014cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin 4.7ci bəndində mənzilin təhvil veriləcəyi tarix qrafası boşdur və tarix qeyd edilməmişdir. Sözügedən mənzil 2014-cü ildə iddiaçıya təhvil verilmişdir. Mənzillərdə eyvanın bağlanması şirkət tərəfindən həyata keçirilmir, eyvanda olan qapı və pəncərələrin qoyulması şirkət tərəfindən həyata keçirilir. Həmçinin binanın görünüşünə xələl gətirməmək üçün bu şirkət tərəfindən edilmir. Həmçinin iddiaçı tərəfindən mənzilə görə ilkin ödəniş edilməsi barədə hər hansı bir qəbz yoxdur. Bundan əlavə xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8729 nömrəli ekspert rəyinin tədqiqat hissəsində (3-cü səhifə) mübahisəli mənzilin "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəsində otaqların sayı 6 olduğu halda faktiki baxış zamanı 9 otağa düzəldilməsi (səhifə 4) müəyyən edilmişdir. Bu bir daha iddiaçı Rəhimovun mübahisəli mənzilin otaqlarında dəyişiklik edilməsini təsdiq edir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış İB-A(b)/004 nömrəli, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndə əsasən “satıcı” "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki A saylı küçəsində inşa edilən (inşa edilmiş), 11 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.metr olan, 2 otaqdan ibarət 2 saylı mənzili alıcıya satmağı, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən satıcı mənzili tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, alıcı isə mənzilin dəyərini birdəfəlik ödəniş şəklində və ya 120 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 49555 manat müəyyən edilmişdir. -“Azərbaycan Beynəlxalq Bankı“ ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09Mİ/14 nömrəli “vakala borc müqaviləsi“ ndən görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, mülkiyyətindəki “AAAF-Park“ yaşayış komplektindəki “A“ kompleksindəki inşa edilmiş 11 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv metr olan 2 otaqdan ibarət 2 saylı mənzilinin 49555 manat dəyərindən 42000 manat kredit məbləği İddiaçı əvəzindən “Azərbaycan Beynəlxalq Bankı“ ASC tərəfindən ödənilmişdir. -“Azərbaycan Beynəlxalq Bankı“ ASC ilə “AAAF-İNŞAAT“ MMC və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09Mİ/14 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 09Mİ/14 nömrəli “vakala borc müqaviləsi“ nin təminatı olaraq öhdəliklərin yerinə yetirilməsinə görə “AAAF-İNŞAAT“ MMC İddiaçı əvəzindən bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Rəhimov X4 rayonu, Komanlı Ə/D, Şıxlar kəndi ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış İB-A(b)/004 nömrəli 13 mart 2014-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsinə əsasən "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki A saylı küçəsində inşa edilən (inşa edilmiş), 11 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.metr müəyyən edilmiş, cavabdeh müqaviləyə imza edərək həmin ölçüdə mənzili qəbul etmişdir. “Azərbaycan Beynəlxalq Bankı“ ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09Mİ/14 nömrəli “vakala borc müqaviləsi“ nə əsasən, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, mülkiyyətindəki “AAAF-Park“ yaşayış komplektindəki “A“ kompleksindəki inşa edilmiş 11 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90,1 kv metr olan 2 otaqdan ibarət 2 saylı mənzilinin 49555 manat dəyərindən 42000 manat kredit məbləği İddiaçı əvəzindən “Azərbaycan Beynəlxalq Bankı“ ASC tərəfindən ödənilmişdir. “Azərbaycan Beynəlxalq Bankı“ ASC ilə “AAAF-İNŞAAT“ MMC və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09Mİ/14 saylı zaminlik müqaviləsindən göründüyü kimi xx.xx.2014-cü il tarixli, 09Mİ/14 nömrəli “vakala borc müqaviləsi“ nin təminatı olaraq öhdəliklərin yerinə yetirilməsinə görə “AAAF-İNŞAAT“ MMC İddiaçı əvəzindən bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı məhkəmədə iddia qaldırmış, cavabdeh şirkətin ona mənzilləri verərkən əskik sahədə təhvil verdiyini qeyd edərək 8800 manat izafi dəyər olmaqla hesablanaraq ödənc kimi alındığı və həmin mənzilin 2 ədəd eyvanı, biri 12 kv m, digəri 18 kv m olmaqla plastik pəncərə sistemi ilə yerinə quraşdırılmamış 30 kv m-lik plastik pəncərə sistemi üçün ödənilmiş 3300 manat izafi dəyəri olmaqla hesablanaraq ödənc kimi mənzilin yekun dəyərinin üzərinə hesablanmaqla ödənc kimi İddiaçı alınmış cəmi 12100 manat izafi pul məbləğinin, əlavə ödədiyi artıq pulların, cəmi 12100 manat qaytarılmasını xahiş etmişdir. Mübahisənin obyektiv həlli üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/8729 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti A kompleksində inşa edilmiş 11 saylı 6 mərtəbəli yaşayış binasında tikilmiş 2 saylı mənzilin faktiki sahəsi 76,5 kv.m., eskiz layihədə göstərilərə əsasən sahəsi 81.95 kv.m. təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin faktiki sahəsi eskiz layihəsində göstərilən sahəyə ilə uyğunluq təşkil etmədiyi müəyyən olunmuşdur. Eyni zamanda tədqiq olunan binanın 2-ci mərətəbəsində yerləşən mənzilin oxdan-oxa olan ölçüləri həmin layihə sənədlərinə uyğun olduğu, lakin mənzilin daxili arakəsmələri layihə-plan sxemə əsasən sökülərək otaqların ölçüləri və quruluşu dəyişdirilməsi müəyyən edilir. Müqavilələrin 2014-cü ildə bağlandığı bağlandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsində nəzərdə tutulurdu ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, müqavilə tərəflərin könüllü razılığı ilə bağlanır və onların iradə ifadəsi kimi çıxış edir. "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış İB-A(b)/004 nömrəli 13 mart 2014-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləsində sözügedən mənzilin sahəsi 90,10 kv.m göstərilmiş və iddiaçı həmin müqaviləni imzalayaraq şərtlərini və bənddə yazılanları qəbul edərək razılaşmışdır. Lakin müqavilədə mənzilin sahəsi 90,1 kv.m göstərilsə də, mənzilin layihəsində, naturada və ekspert rəyində mənzilin sahəsi 81,95 kv.m olduğundan, məhkəmə hesab edir ki, mənzilin sahəsi 81,95 kv.m müəyyən edilməlidir. Odur ki, mübahisənin düzgün həlli yalnız iddiaçı tərəfindən ödənilmiş artıq vəsaitin cavabdehdən alınaraq iddiaçıya qaytarılması yolu ilə mümkün və daha ədalətli olar, bu baxımdan iddia həmin hissədə əsaslı hesab olunaraq təmin edilməli, iddiaçının (90,1-81,95=8,15) 8,15 kv.m sahəyə hər kvadrat metr üçün 550 (49555:90.1= 550) manat olmaqla (8,15,550=8,645) artıq ödədiyi cəmi 4482,50 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan əlavə iddiaçı mənzilin naturada ümümi sahəsinin 74 kv.m olduğunu, hüquqmüəyyənedici və texniki sənədlərdə ümumi sahənin səhvən 90 kv.m olaraq göstərildiyini qeyd etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №-li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin ötürülməsi ilə bağlı ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından müəyyən olunduğu kimi iddiaçı ona məxsus mənzilin sahəsinin artıq hesablanması ilə bağlı hüquqlarının pozulması 2019-cu ildə mənzilini təmir edərkən ona məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllsinin 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Odur ki, məhkəmə hesab edir k, iddia müddəti hazırkı iddia tələbinə tədbiq edilə bilməz Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulub Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki A saylı küçəsində inşa edilən (inşa edilmiş), 11 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 90.1 kv.metr olan, 2 otaqdan ibarət 2 saylı mənzilə görə əlavə ödənilmiş 4482.5 manat (dörd min dörd yüz səksən iki manat əlli qəpik) məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-43/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-43/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver