Məhkəmə qərarları › İş №2(012)-4300/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4300/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4300/2021 22.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 və cavabdeh Məmmədov Pərvin Müzəffər oğlunun, onun vəkili –nümayəndəsi İldırımzadə Rəşad Baris oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə 22 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 4500 manat, Cavabdeh2 9600 manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ilin yay aylarında özü üçün Saray qəsəbəsində torpaq sahəsi almaq qərarına gələrək, bu barədə tanışı Pərvinə bildirdikdə, Pərvin ona Saray qəsəbəsində 0,03 ha torpaq sahəsi olduğunu demişdir. Bundan sonra Pərvinlə birlikdə gedib həmin torpaq sahəsinə baxmışdır. Torpaq sahəsinə baxan zaman Ataş (yəni Cavabdeh2) adlı şəxs də onlara yaxınlaşıb Pərvinin torpaq sahəsinə bitişik 0,02 ha torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini satmaq istədiyini demişdir. Buna görə razılaşmışlar ki, 0,03 torpaq sahəsinə görə Pərvinə 15000 manat, Ataşa isə 0,02 torpaq sahəsi üçün 16000 manat pul verəcək, həmin şəxslər isə torpaq sahəsini onun adına rəsmiləşdirəcəklər. 2015-ci il ərzində Pərvinə hissə-hissə 7500 manat, Ataşa isə 9600 manat pul vermişdir. Lakin Pərvin və Ataş torpaq sahəsini onun adına rəsmiləşdirməmişlər və torpaq sahəsini başqa şəxsə satmışlar. Bundan sonra pulunu geri tələb etsə də Pərvin ondan aldığı pulun 3000 manatını geri qaytarmış, qalan pulu isə qaytarmamışdır. Həmçinin Ataş (yəni Cavabdeh2) adlı şəxs də aldığı 9600 manat pulu geri qaytarmamışdır. Baş verən hadisələrdən sonra 04 fevral 2017-ci il tarixdə Abşeron RPİ-ə ərizə ilə müraciət edərək, 2015-ci ildə Abşeron rayonu Saray qəsəbəsində 5 sot torpaq sahəsi almaq üçün tanıdığı Pərvin və Ataş adlı şəxslərə hissə-hissə olmaqla ümumilikdə 17100 manat pul verdiyini, lakin həmin şəxslərin onu aldadaraq, torpaq sahəsini ona verməyərək, verdiyi pulun 3000 manatını geri qaytarıb, 14100 manatını isə qaytarmadıqlarını bildirərək, bu barədə tədbir görülməsini xahiş etmişədir. Abşeron RPİ-də müraciəti üzrə iş araşdırılaraq, 14 fevral 2017-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmış, mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Abşeron RPİ-də Cavabdeh1 4500 manat, həmçinin Cavabdeh2 ona 9600 manat borclu olduqlarını öz izahatlarında etiraf etmişlər. Sonradan o Cavabdeh2 pulu tələb etdikdə o, 9600 manat borcunu guya ona çatdırılması üçün Pərvinə verdiyini bildirmişdir. Lakin həmin vaxtdan keçməsinə baxmayaraq, bu günədək cavabdehlər pulu qaytarmaqdan yayınırlar. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq etməklə, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə iddiaçının qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Çünki həmin məbləğlərin onunla heç bir əlaqəsi olmamışdır. Bundan başqa, iddiaçı hazırki mübahisə ilə bağlı Abşeron rayon Polis İdarəsinə 04 fevral 2017-ci il tarixdə müraciət etmiş, 14 fevral 2017-ci il tarixdə isə cinayət işinin rədd olunması barədə qərar qəbul etmiş və onun məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Buna baxmayaraq, iddiaçı həmin qərardan təxminən 3 il 5 aydan sonra, yəni 2020-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Müqavilə həm yazılı, həm də şifahi bağlana bilər. Qeyd etdiklərinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron rayon polis idarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X1 14.02.2017-ci il tarixli qərarından müəyyən edilir ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan göstərilmişdir ki: İzahatı alınmış Cavabdeh1 bildirmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində 0,03 ha torpaq sahəsi vardır 2015-ci il tarixdə həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Həmin ərəfədə İddiaçı ona yaxınlaşıb torpaq almaq istədiyini dediyi üçün Namiqlə torpaq sahəsinə baxmış və razılaşmışlar ki, həmin 0,03 ha torpaq sahəsini Namiq 15000 manata ondan alacaq. Torpaq sahəsində olan zaman qonşu torpaq sahəsinin sahibi hamının Ataş kimi tanıdığı Cavabdeh2 onlara yaxınlaşmış və Namiqə 0,02 ha torpaq sahəsini 16000 manata satmaq istədiyini bildirdiyi üçün Namiq həmin torpaq sahəsində almaq istədiyini demişdir. Razılaşmışlar ki, Namiq qısa müddət ərzində pulu ödəyəcək və torpaq sahəsini onun adına sənədləşdirəcəklər. Buna baxmayaraq sonradan Namiq maddi vəziyyətinin yaxşı olmadığını deyərək, hissə-hissə ümumilikdə ona 7500 manat, Ataşa isə 9600 manat pul vermiş, qalan pulu isə yaxın vaxtlarda verə bilməyəcəyini demişdir. Bir qədər keçdikdən sonra isə Namiqdən pulu tam olaraq ödəyib, torpaq sahəsini adına keçirməsini bildirsələrdə, Namiq əvvəlcə torpaq sahəsinin onun adına keçirilməsini tələb edərək, gələcəkdə pulu ödəyəcəyini dediyi üçün Namiqlə sövdələşmələrinin baş tutmayacağını zənn edib ondan aldığı puldan 3000 manatı geri qaytarmış, qalan pulu da qaytaracağını demişdir. Namiqə satdıqları torpaq sahəsini başqa hər hansı şəxsə satmadıqlarını, Namiqi aldatmadıqlarını, Namiqin torpaq sahəsinin pulunu tam olaraq ödəməməsi səbəbindən torpaqla bağlı alqı-satqının ləngidiyini bildirmişdir. İzahatı alınmış Cavabdeh2 izahatında iddia ərizəsində qeyd edilənləri etiraf etmişdir. Mülki işin materiallarında olan Abşeron rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18.08.2021-ci il tarixli məktubdan görünür ki, onun 18.06.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə etdiyi müraciəti əsasında Abşeron Rayon Polis İdarəsində araşdırma aparılmışdır. Müraciətdə göstərilən məsələnin mülki xarakterli olması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə çatdırır ki, hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğundan, tərəflərin üzərinə ayrı-ayrılıqda istinad etdikləri halları sübutetmə yükü düşmüşdür. Məhkəmə Tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı 2015ci ilin yay aylarında özü üçün Saray qəsəbəsində torpaq sahəsi almasını tanışı Pərvinə bildirdikdə, Pərvin ona Saray qəsəbəsində 0,03 ha torpaq sahəsi olduğunu demişdir. Bundan sonra, Pərvinlə birlikdə gedib həmin torpaq sahəsinə baxmışdır. Torpaq sahəsinə baxan zaman Ataş (yəni Cavabdeh2) adlı şəxs də onlara yaxınlaşıb Pərvinin torpaq sahəsinə bitişik 0,02 ha torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini satmaq istədiyini demişdir. Buna görə razılaşmışlar ki, 0,03 torpaq sahəsinə görə Pərvinə 15000 manat, Ataşa isə 0,02 torpaq sahəsi üçün 16000 manat pul verəcək, həmin şəxslər isə torpaq sahəsini onun adına rəsmiləşdirəcəklər. 2015-ci il ərzində Pərvinə hissə-hissə 7500 manat, Ataşa isə 9600 manat pul vermişdir. Lakin, Pərvin və Ataş torpaq sahəsini onun adına rəsmiləşdirməmişlər və torpaq sahəsini başqa şəxsə satmışlar. Bundan sonra, pulunu geri tələb etsə də, Pərvin ondan aldığı pulun 3000 manatını geri qaytarmış, qalan pulu isə qaytarmamışdır. Həmçinin, Ataş (yəni Cavabdeh2) adlı şəxs də aldığı 9600 manat pulu geri qaytarmamışdır. Baş verən hadisələrdən sonra 04 fevral 2017-ci il tarixdə Abşeron RPİ-ə ərizə ilə müraciət edərək, 2015-ci ildə Abşeron rayonu Saray qəsəbəsində 5 sot torpaq sahəsi almaq üçün tanıdığı Pərvin və Ataş adlı şəxslərə hissə-hissə olmaqla ümumilikdə 17100 manat pul verdiyini, lakin həmin şəxslərin onu aldadaraq, torpaq sahəsini ona verməyərək, verdiyi pulun 3000 manatını geri qaytarıb, 14100 manatını isə qaytarmadıqlarını bildirərək, bu barədə tədbir görülməsini xahiş etmişədir. Abşeron RPİ-də müraciəti üzrə iş araşdırılaraq, 14 fevral 2017-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Qeyd edilənlərdən göründüyü kimi Cavabdeh1 4500 (dörd min beş yüz) manat, Cavabdeh2 9600 (doqquz min altı yüz) manat məbləğində İddiaçı borclu olması onların iş materiallarında olan yazılı etirafları ilə təsdiq olunduğundan Cavabdeh1 4500 (dörd min beş yüz) manat, Cavabdeh2 9600 (doqquz min altı yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə iş üzrə cavabdeh Pərvin Məmmədovun iş üzrə iddia müddətinin tətbiqi barədə vəsatətinə münasibətdə qeyd edir ki, göründüyü kimi tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə əlaqəadr iddiaçı cavabdehlərə ayrı-ayrılıqda qeyd olunan məbləğlərdə pul vəsaiti vermiş,torpaq sahəsinin alqı sat-qısı barədə razılaşma baş tutmadığından iddiaçı 2017-ci il 04 fevral tarixdə cavabdehlərin hərəkətlərindən Pİ-ə müraciət etmişdir.05 iyul 2021-ci il tarixdə isə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd ediənlərdən göründüyü kimi tərəflər arasındakı münasibətlər daşınmaz əmlakın alqı-satqısından yarandığından iddia müddəti həmin tələblər üzrə altı ildir.İddiaçı tərəfindən işə hazırkı iddia qanunla müəyyən edilən müddətdə qaldırıldığından cavabdehin iddia müddətinin tətbiqi barədə vəsatəti əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 4500 (dörd min beş yüz) manat və Cavabdeh2 9600 (doqquz min altı yüz) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar