Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4318/2021 03.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 03 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 manat pulun, pul dəyərdən düşdüyünə görə 1000 manat əlavə pulun, habelə ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qonşusu İddiaçı borc pul istəmiş, sonuncu isə ona 2008-ci ildə 5000 ABŞ dolları borc pul vermişdir. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən, cavabdeh pulu manat olaraq hissə-hissə iddiaçıya ödəməli idi. Sonuncu dəfə cavabdeh 2020-ci ilin fevral ayında 30 manat ödəmişdir. Hal-hazırda onun iddiaçıya 2400 manat borcu vardır. İddiaçı ona borcunu ödəməsi üçün dəfələrlə müraciət etsə də, cavabdeh hər dəfə borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında qeyd etdi ki, iddia tələbinin “2400 manat” hissəsi ilə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron rayon polis idarəsi tərəfindən verilən 09.06.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı 2008-ci ildə Cavabdeh 5000 ABŞ dolları borc pul vermişdir. Sonuncu dəfə Cavabdeh 2020-ci ilin fevral ayında 30 manat ödəniş etsə də, hazırda onun İddiaçı 2400 manat borcu vardır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh tərəflər arasında olan razılığın şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Mülki işin materialları arasında cavabdehin borcunu tamamilə ödədiyini təsdiq edən hər hansı bir sənəd yoxdur. İddiaçı cavabdehin 2400 manat borcu olduğunu bildirir və cavabdeh də bunu etiraf edir. İddiaçı hazırda həmin pulu və pul dəyərdən düşdüyünə görə 1000 manat əlavə pulun ona ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2400 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “1000 manat əlavə pul” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissəyə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2400 manat və dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4318/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4318/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver