Məhkəmə qərarları › İş №2(012)-4323/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4323/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4323/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ 2(012)-4323/2021 saylı iş Azərbaycan Respublikası adından QƏTNAMƏ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə 19 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.800 (on min səkkiz yüz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07.12.2020-ci il tarixdə 101 baş xırda buynuzlu heyvanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.000 (on dörd min) manata satmağa razılaşmışdır. .Bununla əlaqədar aralarında Müqavilə tərtib etmişlər. Həmin gün iddiaçı 101 baş xırda buynuzlu heyvanı cavabdehlərə təhvil vermiş və cavabdehlər 1000 (min) manat pulu ona vermişlər. Aralarında tərtib olunmuş Müqaviləyə əsasən cavabdehlər 20.12.2020-ci il tarixə kimi 5000 (beş min) manat, 31.05.2021-ci il tarixə kimi isə 8000 (səkkiz min) manat pulu ona verməli idilər. Lakin onlar heyvanları iddiaçıdan alsalar da, üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ondan satın aldıqları heyvanların pulunu ona tam ödəməmişdirlər. Cavabdehlər iddiaçıya olan 14000 (on dörd min) manat borclarından 2 dəfə 1000 (min) manat olmaqla, cəmi 2000 (iki min) manat və hərəsini 600 (altı yüz) manat qiymətləndirməklə cəmi qiyməti 1200 manat olan 2 ədəd dana vermişlər. Cavabdehlərin hazırda iddiaçıya 10.800 (on min səkkiz yüz) manat borcları qalmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdehlər borclarını iddiaçıya könüllü qaytarmaqdan imtina edirlər. Belə olan halda da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etdi ki, digər Cavabdeh1 heyvanları almışdır. O, yalnız vasitəçilik etmiş, heç bir gəlir əldə etməmişdir. Müqavilədəki imza onlara məxsusdur.Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan 07 dekabr 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqaviləsinə əsasən aşağıdakılar barədə razılığa gəlmişlər: ”1. X5 öhdəsinə götürür: Mənə məxsus olan 101 baş xırda-buynuzlu heyvanı Cavabdeh2 və X2 14.000 (on dörd min) manata satmağa razılaşdım və ilkin olaraq 1.000 (bir min) manat pulu onlardan qobu! etdim və 101 baş xırda buynuzlu heyvanı onlara təhvil verdim. Qalan məbləğdən 5.000 (beş min) manat pulu onlardan 20 dekabr 2020-ci il, tarixədək, 8.000 (səkkiz min) manat pulu isə 31 may 2021-ci il tarixədək alacağam.

2. Cavabdeh2 və X3 öhdəsinə götürürlər: X1 məxsus 101 baş xırda-buynuzlu heyvanı 14.000 (on dörd min) manata almağa razılaşaraq ona hazırda 1.000 (bır min) manat pul verdik və heyvanları ondan təhvil aldıq. Qalan məbləğdən 5.000 (beş min) manat pulu 20 dekabr 2020-ci il tarixədək. 8.000 (səkkiz min) manat pulu isə 31 may 2021-ci il tarixədək ödəyəcəyik. Tərəflərin cavabdehliyi: biz tərəflər üzərimizə götürdüyümüz öhdəliyə görə Azərbaycan Respublikası qanunvericiliyi əsasında məsuliyyət daşıyacağımız barədə xəbərdarlıq edildik” İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər tərəflər arasında imzalanan müqavilənin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanan 07 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən iddiaçıya ödənilməli olan 10800 (on min səkkiz yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. 07 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən 323cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10800 (on min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar