Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4329/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 05 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, borcun etirafi bareda qəbz ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən Cavabdeh qizindan 11500 (on bir min beş yüz) manat borc pulun və ona hesablanmiş faizlərin məhkəmə qərari çixarıldiğı gün alinaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı aldadaraq 17.10.2018-ci il tarixində ondan 8500 (səkkiz min beş yüz) manat məbləğində pul alaraq 1 ay müddətində 6500 (altı min beş yüz) manatını, yerdə qalan 2000 (iki min) manatını hissə-hissə ödəyəcəyinə söz vermişdir. Lakin, götürdüyü öhdəliyə bu günə kimi əməl etməmiş, dəfələrlə müraciət etməyinə baxmayaraq müxtəlif bəhanələrlə götürdüyü borc pulu qaytarmaqdan yayınır. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada göndərilmiş bildiriş qeydiyyatda olduğu ünvan tam deyil səbəbindən məhkəməyə qaytarılmışdır.Lakin, ona məxsus telefonlara göndərilmiş SMS tərəfindən qəbul olunmuşdur.Teleqramma ilə müraciət edərək səbəbini bildirmədən məhkəmə prosesinin təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Cavabdeh tərəfindən yazılmış 17.10.2018-ci il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh İddiaçı iki min manat almışdır. 2 aydan sonra xırda-xırda verəcəkdir. Həmin tarixə olan digər qəbzdən görünür ki, Cavabdeh İddiaçı altı min beş yüz manat almışdır. 1 ay müddətinə qaytaracaqdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı 17.10.2018-ci il tarixində ondan 8500 (səkkiz min beş yüz) manat məbləğində pul alaraq 1 ay müddətində 6500 (altı min beş yüz) manatını, yerdə qalan 2000 (iki min) manatını hissə-hissə ödəyəcəyinə söz vermişdir. Lakin, götürdüyü öhdəliyə bu günə kimi əməl etməmiş, dəfələrlə müraciət etməyinə baxmayaraq müxtəlif bəhanələrlə götürdüyü borc pulu qaytarmaqdan yayınmışdır. İddiaçı hazırda Cavabdeh qizindan 11500 (on bir min beş yüz) manat borc pulun və ona hesablanmiş faizlərin məhkəmə qərari çixarıldiğı gün alinaraq ona ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı iddia tələbində cavabdehdən 11500 manat məbləğində pulun tutulmasını xahiş etsə də, cavabdeh tərəfindən yazılmış 17.10.2018-ci il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıdan cəmi 8500 manat məbləğində borc pul almış, lakin aldığı borcu qaytarmamışdır.. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, bu hissədə iddia təmin edilməlidir. Məhkəmə, həmçinin, iddia tələbinin 3000 manat maddi və mənəvi zərərin, “hesablanmış faizlərin tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən bu barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu üçün ödənilmiş 30 manatın 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8500 (səkkiz min beş yüz) manat borc pul və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul alınaraq İddiaçı verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4329/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4329/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver