Məhkəmə qərarları › İş №2(012)-4330/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4330/2024

18.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4330/2024 18.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 909/2017 saylı, 12 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən 18 iyul 2008-ci il tarixdə doğulmuş X5, 23 noyabr 2009-cu il tarixdə doğulmuş X6 və 04 aprel 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 03 may 2017-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa 100 manat olmaqla, cəmi 300 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər uşağa 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 909/2017 saylı, 12 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, onunla Cavabdeh arasında 19 yanvar 2007-ci il tarixdə bağlanmış və Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsində 57 sayla qeydə alınmış nikahın pozulması, birgə nikahdan 18 iyul 2008-ci il tarixdə doğulmuş X5, 23 noyabr 2009-cu il tarixdə doğulmuş X6 və 04 aprel 2013-cü il tarixdə doğulmuş X1 onun himayəsində saxlanılması, 18 iyul 2008-ci il tarixdə doğulmuş X5, 23 noyabr 2009-cu il tarixdə doğulmuş X6 və 04 aprel 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 03 may 2017-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa 100 manat olmaqla cəmi 300 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. O, 3 azyaşlı övladı ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. Cavabdeh ona 3 azyaşlı övladına görə cəmi 300 manat məbləğində aliment ödəyir. Hər dəfə cavabdehə alimentin məbləğini artırmağını xahiş etdikdə, ona möhlət verilməsini xahiş etmişdir. O, 2017-ci ildən bu günə kimi cavabdehdən cəmi 300 manat məbləğində aliment alır. Həmin pul hazırki maddi təminata qəti şəkildə uyğun gəlmir. Övladlarının üçü də məktəblidir və onlar böyüdükcə məsrəfləri də böyüyür. Bunu cavabdehə dəfələrlə bildirsə də müsbət cavab ala bilməmişdir. O, cavabdehə 2017-ci ildən bu günə qədər möhlət vermişdir ki, alimentin məbləğini öz istəyi ilə artırsın, lakin hazırda düşünür ki, cavabdeh ona olan etibarlı və düşüncəli vəziyyətindən sui-istifadə edir. Məhz bu səbəbdən alimentin məbləğinin 2024-cü il üçün nəzərdə tutulmuş məbləğ ilə tələb edilməsi barədə qəti qərara gəlmişdir. Bunun üçün o, ilk əvvəl Bakı 13 saylı Mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmiş, lakin onun təklifini qəbul etməmiş və buna görə də ona xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra (İMS) prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Bildirir ki, Cavabdeh artıq 9 ildir ki, övladları ilə görüşmür. O, hazırda işləsə də qazancı uşaqların xərcini ödəməyə kifayət etmir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, övladları 18 iyul 2008-ci il təvəllüdlü X5, 23 noyabr 2009-cu il təvəllüdlü X6 və 04 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş aliment məbləğinin artırılmasına razı deyildir. Belə ki, onun rəsmi iş yeri yoxdur, Mingəçevir şəhərində yaşayır və fəhlə işləyir. Qeyd edir ki, onun İddiaçı aliment borcu vardır və anası ona aliment borcunu ödəməkdə kömək edir. Övladlarının saxlanması üçün ödədiyi aliment məbləğini artırmaq istəsə də bunun üçün onun maddi imkanı yoxdur. Bildirir ki, iddiaçı ona övladları ilə nə telefon vasitəsilə ünsiyyət qurmağa, nə də görüşməyə imkan vermir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan İsmayıllı rayon İvanovka İƏB üzrə nümayəndəsi tərəfindən verilmiş AZ-İİ № 150700 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən və AZE seriyalı, 11114916 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 18 iyul 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan İsmayıllı rayon İvanovka İƏB üzrə nümayəndəsi tərəfindən verilmiş AZ-İİ № 409809 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən və AZE seriyalı, 11114918 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 23 noyabr 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan İsmayıllı rayon İvanovka İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ № 082670 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən və AZE seriyalı, 11114917 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 04 aprel 2013-cü ildə İsmayıllı rayonu, İvanovka kəndində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-909/2017 saylı, 12 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 19 yanvar 2007-ci il tarixdə bağlanmış və Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsində 57 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından 18 iyul 2008-ci il tarixdə doğulmuş X5, 23 noyabr 2009-cu il tarixdə doğulmuş X6 və 04 aprel 2013-cü il tarixdə doğulmuş X1 anası İddiaçı himayəsində saxlanılması, 18 iyul 2008-ci il təvəllüdlü X5, 23 noyabr 2009-cu il təvəllüdlü X6 və 04 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 03 may 2017-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa 100 manat olmaqla cəmi 300 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan İsmayıllı rayon qeydiyyat şöbəsi tərəfindən 01 may 2018-ci il tarixdə verilmiş AZ-İ № 281556 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 32 № ilə qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 81.1-ci, 81.2-ci və 112.1-ci maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, alimentin tələb olunan miqdarda təmin olunması ilə bağlı sübutların olmadığı barədə diqqətə layiq halı və mütənasiblik nöqteyi–nəzərindən tərəflərin mənafeyini nəzərə alaraq, alimentin miqdarının artırılaraq birgə nikahdan doğulmuş hər bir uşaq üçün 200 manat həddində müəyyən edilməsi nəticəsinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-909/2017 saylı, 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 18 iyul 2008-ci il təvəllüdlü X2, 23 noyabr 2009cu il təvəllüdlü X3 və 04 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar