Məhkəmə qərarları › İş №2(012)-4333/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4333/2021

19.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4333/2021 19.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəmil Qeysər oğlundan 14 noyabr 2015-ci il tarixdə anadan olmuş X5 və 20 fevral 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarının artırılaraq hər uşağa hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh el adəti ilə ailə həyatı quraraq 2015-ci il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Rəsmi nikahdan 14 noyabr 2015-ci il tarixdə X5 və 20 fevral 2018-ci il tarixdə X1 anadan olmuşdur. Hal-hazırda ayrı yaşayırlar. Uşaqları iddiaçının himayəsindədir. Abşeron Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 14 noyabr 2015-ci il tarixdə anadan olmuş X5 və 20 fevral 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qət edilmişdir. Uşaqlar azyaşlı olduğuna görə iddiaçı heç bir yerdə işləmir. İddiaçının maddi durumu aşağıdır. Hər uşağa görə 160 manat aliment almasına baxmayaraq, uşaqlarının bütün tələbatları və ehtiyacları iddiaçının atası tərəfindən qarşılanır. Uşaqlara da iddiaçının valideynləri baxır. Cavabdeh 2-ci qrup Qarabağ müharibəsi əlili olmaqla Prezident təqaüdü və əlillik təqaüdü ilə birlikdə 500 manat təqaüd alır. Həmçinin, cavabdeh əlavə olaraq 2 uşağa görə 30 manat uşaq pulu və məcburi köçkün statusu olduğuna görə 60 manat yemək xərci alır. Eyni zamanda, cavabdeh taksi fəaliyyəti də göstərərək qazanc əldə edir. Bu səbəbdən də aliment miqdarının artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi X3 məhkəməyə teleqram ünvanlayaraq, ailə vəziyyəti və maddi durumunun nəzərə alınıb məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinə hüquqi qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materialları ilə birgə tədqiq edərək işdə olan sübutlara qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 996061 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı arasında nikah Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində 01 iyun 2015-ci il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 151 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan 653852 №-li və 046041 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, 14 noyabr 2015-ci il təvəllüdlü X5 və 20 fevral 2018-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AA0600403 №-li və AA0600405 №-li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X5 14 noyabr 2015-ci il tarixdə və X4 20 fevral 2018-ci il tarixdə anadan olmuşlar. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(012)-2142/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməsi, Cavabdeh 14.11.2015-ci il təvəllüdlü X2 və 20.02.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, tərəflər 01 iyun 2015-ci il tarixdə nikah münasibətlərinə daxil olmuşlar, onların birgə nikahlarından 14 noyabr 2015-ci il təvəllüdlü X5 və 20 fevral 2018-ci il təvəllüdlü X4 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 14 noyabr 2015-ci il təvəllüdlü X2 və 20 fevral 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda 14 noyabr 2015-ci il təvəllüdlü X5 və 20 fevral 2018-ci il təvəllüdlü X4 anaları Cavabdeh himayəsindədir. İddiaçı izahatında bildirmişdir ki, azyaşlıların tələbatları artmaqdadır və aliment artırılmalıdır. Lakin iddiaçı cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olması barədə iş materiallarında da hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunandan sonra cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olması sübut olunmadığından İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız hesab edilməli və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar