Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4338/2021 23.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-anası X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli 2(012)-6265/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və 30.06.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli 2(012)-6265/2017 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan 30.06.2017-ci il təvəllüdlü X7 ananın yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136,60 manat və 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda həmin qətnamə ilə müəyyən edilən aliment məbləği uşağın ehtiyaclarının qarşılanması üçün kifayət etmədiyindən məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-anası X2 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli 2(012)-6265/2017 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan 30.06.2017-ci il təvəllüdlü X7 ananın yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136,60 manat və 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh fəhlə olaraq çalışırdı. Hazırda səhhəti ilə əlaqədar işsizdir. Cavabdehin ikinci nikahdan da iki övladı vardır. Ona görə də, hazırki iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-İİİ seriyalı № 983971 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 30.06.2017-ci il təvəllüdlü X7 anası X8, atası Cavabdehdur. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.10.2018-ci il tarixli AZ-İ seriyalı № 375032 saylı nikahın pozulması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş görünür ki, Cavabdeh ilə X4 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 266 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Ərəbxanlı soyadı verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli 2(012)-6265/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X8 ilə Cavabdeh arasında nikahın pozulması, tərəflərin birgə nikahından doğulan 30.06.2017-ci il təvəllüdlü X7 ananın yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136,60 manat və 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı № 384969 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh və X9 arasında 11.03.2020-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmış, nikahın akt qeydləri kitabında 576 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı № 377850 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01.11.2019-cu il təvəllüdlü X5 anası X9, atası Cavabdehdur. İş materiallarında olan AZ-İV seriyalı № 586285 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01.05.2021-ci il təvəllüdlü X3 anası X9, atası Cavabdehdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşaqların valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanması üçün aliment tutulan uşağın yaşı və tələbatı, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2021-ci il üçün uşaqların saxlanılmasına görə yaşayış minimumu kimi qanunla müəyyən edilmiş yaşayış minimumu həddi nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hazırki halda Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli 2(012)-6265/2017 saylı qətnaməsi ilə müəyyən edilən 136,60 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən uşağa görə hər ay 175 manat sabit pul məbləğində aliment tələb etdiyini bildirsə də, məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4338/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4338/2021
23.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver