Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4349/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil və cavabdehin vəkili-nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 05 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 manat ödənilməmiş və həmin borcun tələb edilməsi üçün çəkdiyi xərcin, yəni 300 manat vəkil haqqı, 11 manat etibarnamə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 35341 manat pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, X3, X6, X7 cavabdeh Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər X4 və X2 qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 46,0 kv.m sahəsi olan mənzilin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar Cavabdeh Yasamal rayon İcra Hakimiyyəti tərəfindən aparılmış kompensasiya ödənişi ilə bağlı hərəkətlərin qanunsuz (etibarsız) hesab edilməsi, mənzilin sökülməsi ilə əlaqədar onlara mənzilin hər kv.m üçün 1500 manatdan başlayaraq cəmi 70000 manat kompensasiya, bundan başqa əlavə olaraq 500 manat məbləğində narahatlıq üçün kompensasiya və ödəniləcək kompensasiyanın 10 % miqdarında 7000 manat çətinliklərə görə kompensasiya, ümumilikdə 77500 manat məbləğində kompensasiya ödənilməsi və ya onların 46,0 kv.metrdən az olmayaraq yaşayış üçün zəruri meyar həddində müvafiq təmirli yaşayış sahəsi ilə təmin edilmələri və həmin yaşayış sahəsi ilə təmin edilənədək (müvafiq yaşayış sahəsinə köçürülənədək) hər ay üçün 400 manat məbləğində aylıq mənzil kirayə haqqı ilə təmin edilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin üzərinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(81)-1949/2019 saylı qərarı ilə iddia qismən təmin edilmişdir. Cavabdeh hazırda İddiaçı payına düşən 35000 manat pul vəsaitini ona ödəməkdən yayınır. Cavabdehin ona olan pul borcunu qaytarmaması nəticəsində o, cavabdehin yaşadığı ünvana dəfələrlə getmiş, müxtəlif məbləğlərdə xərclər çəkmişdir. Həmin vaxtı görəcəyi hansısa faydalı işdən məhrum olmuşdur. Buna görə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona əlavə olaraq 300 manat məbləğində zərər dəymişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh 35000 manat ödənilməmiş borc və həmin borcun tələb edilməsi üçün çəkilən xərcin, yəni 300 manat vəkil haqqı, 11 manat etibarnamə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 35341 manat pul məbləğinin alınaraq ona verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə tərəflərin vəkili-nümayəndələrinin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(81)-1949/2019 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı, X3, X6, X7 cavabdeh Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər X4 və X2 qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 46,0 kv.m sahəsi olan mənzilin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar Cavabdeh Yasamal rayon İcra Hakimiyyəti tərəfindən aparılmış kompensasiya ödənişi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, mənzilin sökülməsi ilə əlaqədar onlara mənzilin hər kv.m üçün 1500 manatdan başlayaraq cəmi 70000 manat kompensasiya, bundan başqa əlavə olaraq 500 manat məbləğində narahatlıq üçün kompensasiya və ödəniləcək kompensasiyanın 10 % miqdarında 7000 manat çətinliklərə görə kompensasiya, ümumilikdə 77500 manat məbləğində kompensasiya ödənilməsi və ya onların 46,0 kv.metrdən az olmayaraq yaşayış üçün zəruri meyar həddində müvafiq təmirli yaşayış sahəsi ilə təmin edilmələri və həmin yaşayış sahəsi ilə təmin edilənədək hər ay üçün 400 manat məbləğində aylıq mənzil kirayə haqqı ilə təmin edilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsinin Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2-1(81)-1949/2019 saylı qərarının icra vəziyyəti barədə məhkəməyə məlumat verilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət edilmişdir. Mülki işin materiallarından olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 05 noyabr 2021-ci il tarixli, 3227/d №-li sorğuya cavab məktubundan müəyyən edilir ki, Yasamal rayonu, 12-ci Nərimanov döngəsi, dalan 1, ev 2 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında alğı-satqı müqaviləsi bağlanmış və müvafiq kompensasiya ödənilmişdir. Lakin həmin ünvana dair İddiaçı Eldar oğlunun hüquq müəyyənedici sənədləri olmadığından, eyni zamanda qeyd olunan ünvan sökülən zaman orada yaşamadığından, ona kompensasiya ödənilməsi mümkün deyildir. Qeyd olunan ünvana görə ödəniləcək əlavə maddi yardımla bağlı Cavabdeh ilə qardaşı İddiaçı arasında mübahisə olduğundan qarşılıqlı razılıqları əsasında Yasamal rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan əlavə maddi yardım ödəniləcəkdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2- 1(81)-1949/2019 saylı qərarı ilə iddiaçılar İddiaçı, X3, X6, X7 cavabdeh Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə və üçüncü şəxslər X4 və X2 qarşı “kompensasiya ödənişi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, kompensasiya ödənilməsi və ya yaşayış sahəsi ilə təmin edilməsi” barədə iddia tələbi qismən təmin edilmiş, iddia ərizəsində qeyd edilən tələblər üzrə məsələlərə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsinin Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Sözügedən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında alğı-satqı müqaviləsi bağlanmış və ona müvafiq kompensasiya ödənilmişdir. İddiaçı 10 ildən çox müddətə orada yaşamadığını bildirib, hazırda qardaşı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək 35000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddiaçının 15 ildən artıq müddətə orada yaşamadığını bildirərək iddianı qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli ev sökülərkən İddiaçı orada yaşamaması işin mübahisəsiz halı olduğundan onun Cavabdeh 35000 manat ödənilməmiş borc, 300 manat vəkil haqqı, 11 manat etibarnamə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 35341 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh 35000 manat ödənilməmiş borc, 300 manat vəkil haqqı, 11 manat etibarnamə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 35341 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4349/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4349/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver