Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4354/2021 20.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə 20 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına İddiaçı nümayəndəsi X2 gəlmiş, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə ərizə ünvanlayaraq, hazırda zərurət yarandığından iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı nümayəndəsi X1 iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4354/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4354/2021
20.10.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver