Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4358/2023 21.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 600 manat, Cavabdeh2 isə 1780 manat məbləğində pulun, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 151 (yüz əlli bir) manatın və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat, cəmi 2575 (iki min beş yüz yetmiş beş) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X5 Azərbaycan Texniki Universitetində təhsil alırdı. Təhsil aldığı müddətdə bir sıra imtahanlarda kəsiri yaranmış, kəsiri yarandığı üçün isə onun dövlət imtahanına buraxılmamaq təhlükəsi yaranmışdı. İddiaçı da valideyn kimi narahat olduğu üçün, o cümlədən kəsrlərin hansı qaydada təkrar verə biləcəyini və dövlət imtahanının hansı formada buraxalacağını aydınlaşdırmaqdan ötrü uzun müddət dostluq münasibətində olduğu Cavabdeh2 adlı şəxslə əlaqə saxlamış, o bildirmişdir ki, tanıdığı Fərid adlı şəxs onlara məsləhət və köməklik göstərə bilər. Bu danışıqlarından təxminən bir müddətdən sonra yəni 2020-ci ilin fevral ayında iddiaçı və Rasim Fəridin işlədiyi "Zəfəran" restoranında görüşmüşlər. Görüş zamanı Fərid Rasimə münasib adam olduğunu və onlara kömək edə biləcəyini bildirmişdir. Onlara bildirmişdir ki, kəsrlər düzəldikcə pullar müəllimə hissə-hissə veriləcəkdir. İlk olaraq həmin şəxsə 600 manat məbləğində pul vermişdir. Bu minvalla həmin şəxsə Rasim vasitəsi ilə sonradan əlavə olaraq 1.780 manat məbləğində pul göndərmişdir. Çünki rayonda yaşadığı üçün hər dəfə Bakı şəhərinə gələ bilməmişdir. Kəsrlərin tam şəkildə yəni 2020-ci ilin may ayına qədər müsbət həll olunacağını bildirmişdir. Çünki iyun ayında oğlu Cavid diplom almaq üçün dövlət imtahanına girməli idi. İyun ayında oğlu X5 dövlət imtahanına buraxılmamışdır. Fərid ilə əlaqə saxladıqda onlara narahat olmamağı, tezliklə məsələnin həll olunacağını bildirmişdir. Lakin aylar günlər bir-birini əvəz etsə də məsələ həllini tapmamış və bilmədən hansısa bir dələduzluğun qurbanına çevrilmişdir. Sonuncu dəfə 2021-ci ilin təxminən avqust ayında, Rasim yenidən Cavabdeh1 ilə "Zəfəran" restoranında görüşmüşlər. İddiaçıya söz vermişdir ki, bir həftə ərzində dələduzluq edərək hissə-hissə Rasim vasitəsi ilə ondan aldığı 2.380 (iki min üç yüz səksən) manat məbləğində pulu tam şəkildə qaytaracaqdır. Çünki o həmin pul məbləğini universitetin müəlliminə vermişdir. Həmin pul məbləğini müəllimdən alıb göstərdiyi müddətdə ona qaytarcaqdır. Amma həmin tarixdə də, sözünə əməl edib dələduzluq yolu ilə əldə etdiyi pul məbləğini iddiaçıya geri qaytarmamışdır. Buna görə də, iddiaçı məcbur qalıb hüquq mühafizə orqanlarına Cavabdeh1 dələduzluq əməlləri barədə şikayət etməli olmuşdur. Yasamal rayon Polis İdarəsində isə müraciətim araşdırılmadan, həmin idarənin 28 fevral 2022-ci il tarixli, HK- 281 №-li qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı həmin qərarla razılşamadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan Yasamal Rayon Prokurorluğuna şikayət vermişdir. Yasamal rayon Prokurorluğunun 10 oktyabr 2022-ci il tarixli, 2295-xid-22/2353 nömrəli məktubu ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 fevral 2022-ci il tarixli qərarı əsassız olduğundan rayon Prokurorluğunda ləğv edilərək qərar materialla birlikdə əlavə araşdırılması üçün yenidən Yasamal rayon polis İdarəsinə göndərilmişdir. Yasamal rayon Polis idarəsində isə Yasamal rayon Prokurorluğunun göstərişlərinə və qanuni tələblərinə məhəl qoyulmadan təkrarən 29 oktyabr 2022-ci il tarixində "cinayət isinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. Cavabdeh1 04 fevral 2023-ci il tarixli ərizəsi ilə tanış olan zaman ona bəlli olmuşdur ki, göndərdiyi pul tam şəkildə Fəridə verilməmişdir. O iddiaçıdan yalnız 600 manatı aldığını etiraf etmiş, yerdə qalan pulların isə Rasimdən aldığını bildirmişdir. İddiaçı oğlunun kəsrlərinin aradan qaldırılması üçün ümumilikdə 2380 manat pul vermişdir ki, onun 600 manatı üçü birlikdə görüşdüyü vaxt, yerdə qalanını yəni 1780 manatını isə Rasim vasitəsi ilə göndərmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı vəkili-nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2380 manat məbləğində pulun, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 151 (yüz əlli bir) manatın və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat, cəmi 2575 (iki min beş yüz yetmiş beş) manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi X6 izahat verərək iddia tələbinin dəqiqləşdirilməsi həcmində iddia ərizəsini müdafiə etdiyini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli məktubdan görünür ki, onun Cavabdeh1 barəsində etmiş olduğu şikayət ərizəsi əsasında toplanmış material üzrə “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərar ona göndərilməklə, qərardan şikayəti olduğu təqdirdə ona Azərbaycan Respublikası CPM-nin 122 və 282-ci maddələrinin tələbinə əsasən, Yasamal rayonu prokurorluğuna, yuxarı prokurora və ya Yasamal rayon məhkəməsinə müraciət etmək hüququnun olduğu bildirilmişdir. - Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Taleh Baxşiyevin icraatında olan vət. İddiaçı şikayət ərizəsi əsasında toplanmış HK-281 nömrəli material üzrə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarından görünür ki, Neftçala rayonu Astanlı kəndində yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2020-ci ilin fevral ayında oğlu X1 Azərbaycan Texniki universitetində imtahan kəsirlərini düzəltmək üçün hissə hissə olmaqla Cavabdeh1 cəmi 2380 manat pul verməsinə baxmayaraq həmin şəxs onun etibarından sui istifadə edərək ona qarşı dələduzluq etmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. - Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Taleh Baxiyevin icraatında olan vət. İddiaçı şikayət ərizəsi əsasında toplanmış HK-281 nömrəli material üzrə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarından görünür ki, Neftçala rayonu Astanlı kəndində yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2020-ci ilin fevral ayında oğlu X1 Azərbaycan Texniki universitetində imtahan kəsirlərini düzəltmək üçün hissə hissə olmaqla Cavabdeh1 cəmi 2380 manat pul verməsinə baxmayaraq həmin şəxs onun etibarından sui istifadə edərək ona qarşı dələduzluq etmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, material üzrə izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, Zəfəran restoranında ofisiant işəldiyindən həmin restorana gələn Azərbaycan Texniki Universitetinin müəllimləri ilə tanışlığı vardır. 2020-cilin yanvar ayında atası qayınatasının dostu olan Rasim ona müraciət edərək dostu Alikin oğlunun imtahan kəsirlərinin düzəldilməsinə kömək etməsini xahiş etmişdir. Görüş zamanı o, Cavidin hər imtahana gəlməsi şərti ilə ona kömək edəcəyini bildirmişdir. Rasim ona ilkin olaraq Alikdən götürdüyü 600 manat puldan 500 manatını müəllimə 100 manatını isə özünə vermişdir. Lakin ilk imtahan günü o Cavidə zəng etməsinə baxmayaraq Cavid yatdığından imtahana gəlməmişdir. Digər imtahanlara da Cavid gəlmədiyindən imtahan kəsirləri düzəldilməmiş və o aldığı pulu özü uçun xərcləmişdir. Cəmi olaraq Rasim ona 2380 manat deyil 1670 manat pul vermişdir. - xx.xx.2023-cü il tarixdə İddiaçı ilə Vəkil arasında bağlanmış Hüquqi yardımın göstərilməsi haqqında 72 nömrəli müqavilədən görünür ki, hüququ yardıma görə qarşılıqlı razılaşmaya əsasən 140 (yüz qırx) manat və əlavə 10 (on) manat İddiaçı tərəfindən ödənilir. - xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən verilmiş izahatdan görünür ki, Cavabdeh1 izahatı ilə tanış olmuş və bildirmişdir ki, o, İddiaçı oğlu Bağırzadə Cavidin ATU-də 12 ədəd kəsirinin həll edilməsi üçün Alikin xahiş ilə ona 8 ay ərzində 2380 manat pul vermiş, lakin o, heç bir kəsiri düzəltməmişdir. O izahatında yalan danışır. Ona 1670 manat deyil, 2380 manat cəmi pul vermişdir. O məsuliyyətdən yaxa qurtarmaq üçün belə izahat vermişdir. Ona kreditlə 899 manata mobil telefon alsa da, o, 3 ay ödəniş etdikdən sonra pulu ödəmədiyindən məcbur olub onun əvəzinə pul ödəmişdir. Ona verdiyi ilkin 600 manatın hamısını müəllimə vermək üçün ona vermişdir. Şirinlik üçün 100 manat ona pul verməmişdir. Göstərilən pul məbləğindən bir manat da olsa pul götürməmişdir. Bütün pulları Fəridə vermişdir. Hazırda hansı səbəbdən belə izahat verdiyini bilmir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı oğlu X1 Azərbaycan Texniki universitetində imtahan kəsirlərini düzəltmək üçün Cavabdeh2 vasitəsi ilə hissə-hissə olmaqla Cavabdeh1 cəmi 2380 manat pul vermişdir. Cavabdeh1 onun heç bir kəsirini düzəltməmişdir. iddiaçı bununla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin onun şikayəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin vaxt izahatı alınmış İbayev X2 Alikin oğlu Bağırzadə Cavidin ATU-də 12 ədəd kəsirinin həll edilməsi üçün Alikin xahişi ilə Cavabdeh1 ümumilikdə 2380 manat pul vermiş, lakin o, heç bir kəsiri düzəltməmişdir. Cavabdeh1 isə izahatında ilkin olaraq Alikdən götürdüyü 600 manat puldan 500 manatını müəllimə 100 manatını isə özünə verdiyini, cəmi olaraq Rasim ona 2380 manat deyil 1670 manat pul verdiyini bildirmişdi. Hazırda cavabdehlər pulu qaytarmadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkilinin izahatı, həmçinin, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları əsasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həqiqətən də, İddiaçı onun uşağının imtahanlarında kəsrlərini düzəltmək məqsədilə ümumilikdə 2380 manat pul almışlar. Bu iddiaçı tərəfin izahatının Yasamal rayon Polis İdarəsinin qərarlarında göstərilənlərlə üst-üstə düşməsi bir daha həmin məbləğin cavabdehlər tərəfindən iddiaçıdan alınmasını təsdiq edir. Bundan əlavə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlib iddiaçının iddia tələbinin əsassız olduğuna dair sübutlar təqdim etməmişlər. Bu isə cavabdehlərin iddia tələbi ilə razılaşması barədə məhkəmədə inam yaranmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, iddiaçının izahatını və Yasamal RPİ-nin qərarlarını qiymətləndirib, hesab edir ki, cavabdehlərin iddiaçıya 2380 manat məbləğində borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müşdərək qaydada 2380 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 151 (yüz əlli bir) manat cavabdehlərdən tutularaq ona ödənilməlidir. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müşdərək qaydada 2380 (iki min üç yüz səksən) manat məbləğində pul, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 151 (yüz əlli bir) manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat, cəmi 2575 (iki min beş yüz yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov