Məhkəmə qərarları › İş №2(012)-4359/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4359/2024

29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4359/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon Məhkəməsinin sonuncu 2(002)-2559/2018 saylı 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanımaları üçün hər ay hər uşağa 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, X2 təvəllüdü xx.xx.2008-ci il əvəzinə, səhvən xx.xx.2018-ci il kimi göstərildiyindən,bunun nənərə alınmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu Məhkəməsinin 2(002)-2559/2018 saylı 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Nikah pozularkən cavabdeh birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün 320 manat sabit pul məbləğində alimentin ödənilməsinə barədə qətnamə qəbul edilmişdir. Hal-hazırda X2 15, X3 12 yaşı var. Qaradağ rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş məbləğ uşaqların heç bir tələbatının ödənilməsinə çatmır. Uşaqlar orta məktəbdə təhsil alır, repetiror yanına hazırlığa gedirlər. Buna görə də uşaqların məsrəfləri yetərincə artmışdır. Cavabdeh şəxsi biznesi olduğu halda uşaqların yetkinlik yaşna çatmasının və bununla əlaqədar əvvəlki təminat səviyyəsinin mümkün qədər çətinliyini nəzərə alaraq aliment məbləğinin hər uşağa 300 manata qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, əvvəllər imkanının yaxşı olmasına baxmayaraq hal-hazırda maddi vəziyyəti yaxşı deyildir.Onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Belə bir hal olmadığına görə iddiaçı alimentin artırılmasını tələb edə bilməz. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri, Qaradağ rayonu Məhkəməsinin 2(002)-2559/2018 saylı 21 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki,tərəflərin aralarındakı nikah pozulmuş,nikah pozularkən cavabdeh birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün 20 iyun 2018-ci il tarixdən başlayaraq hər uşağa, hər ay 160 manat olmaqla,cəmi 320 manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. İş materiallarında olan AA5591226 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2008-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA4559201 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.2012-ci ildə anadan olmuşdur Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2023-cü il üçün uşaqların yaşayış minumumunu nəzərə almaqla, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 38 (otuz səkkiz ) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qaradağ rayon Məhkəməsinin sonuncu 2(002)-2559/2018 saylı 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa 235 manat olmaqla,cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar