Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4362/2020 01.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi ilə, X3 Kredit Təşkilatı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Kredit Təşkilatı «xxxx» QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X4 Təşkilatı «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 353-EKO-0101- 19 saylı kredit müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu 452.13 (dörd yüz əlli iki manat 13 qəpik) manat, faiz borcu 74.60 (yetmiş dörd manat 60 qəpik), cərimə borcu 0.00 (sıfır) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 557.13 (beş yüz əlli yeddi manat, 13 qəpik) manat borcun X3 Kredit Təşkilatı «xxxx» QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2019-cu il tarixində X4 Təşkilatı «xxxx» QSC ilə Cavabdeh1 arasında 353-EKO-0101-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh1 12 ay müddətinə 1260 (min iki yüz altmış) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx xxxx 2019-cu il tarixli, 418-TGS-0163-19 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 X4 Təşkilatı «xxxx» QSC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 zamin durmuşdur. Kredit Müqaviləsinin şərtlərinə əsasən, hal-hazırda Cavabdeh1 xx.xx.2020-ci il tarixə əsas borcu 452.13 (dörd yüz əlli iki manat 13 qəpik) manat, faiz borcu 74.60 (yetmiş dörd manat 60 qəpik), cərimə borcu 0.00 (sıfır) manat, ümumi borcu 526.73 (beş yüz iyirmi altı manat, 73 qəpik)) manat təşkil edir. Bu borcun cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Cavabdehlər öz üzərlərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmişlər. Kredit borcunun qaytarılması barədə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -X4 Təşkilatı «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 353-EKO-0101-19 nömrəli Müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 36 faiz olmaqla 1260 (bir min iki yüz altmış) manat olan kredit verilmişdir. -Müqaviləyə 1 saylı Əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixinədək, 1260.00 (min iki yüz altmış) manat əsas, 258.66 (iki yüz əlli səkkiz manat 66 qəpik) faiz borcu olmaqla cəmi 1518.66 (min beş yüz on səkkiz manat 66 qəpik) manat borc məbləğindən, hər ay banka 127.00 manat (sonuncu ay 121.66 manat) ödəməklə 12 ay müddətinə qaytarmalıdır. -X4 Təşkilatı «xxxx» QSC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 418-TGS-0163-19 saylı Zaminlik Müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 verilmiş kredit üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X4 Təşkilatı «xxxx» QSC qarşısında öhdəliklər tam yerinə yetirilənədək Cavabdeh2 zamin durmuşdur. -X4 Təşkilatı «xxxx» QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2019-cu il tarixli, 353-EKO-0101-19 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu 452.13 (dörd yüz əlli iki manat 13 qəpik) manat, faiz borcu 74.60 (yetmiş dörd manat 60 qəpik), cərimə borcu 0.00 (sıfır) manat, ümumi borcu 526.73 (beş yüz iyirmi altı manat, 73 qəpik) manat təşkil edir. -xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borcunu 3 (üç) gün müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirmişdir. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MARS şöbəsinin arayışından və Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № ******** - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 -xx.xx.1985-ci il tarixdə anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır, şəxsiyyət vsiqəsi xx.xx.2020-ci il tarixədək etibarlıdır. -Azərbaycan Respublikası Vətəndaşının Seriya AA № 10211285 - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 – xx.xx.1987-ci il tarixdə anadan olmuşdur, şəxsiyyət vsiqəsi xx.xx.2029-cu il tarixədək etibarlıdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən X4 Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti – adlı qurum, xx.xx.2012-ci il tarixdə VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydiyyata alınmış, quruma xx.xx.2020-ci il tarixli, **********180400 nömrə ilə çıxarış verilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən X4 Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə hazırkı müşahidə şürasının üzvləri göstərilməsinə dair və qanuni təmsilçi X1 olmasına dair xx.xx.2020-ci il tarixli, **********180400 nömrə ilə çıxarış verilmişdir. -Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx xxxx 2013-cü il tarixdə, 06-00479-2013 saylı X4 Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə kreditlərin verilməsi üçün verilmiş xüsusi razılıqın (lisenziya) surətindən görünür ki, X4 Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti – 30 iyul 2012-ci il tarixində, BKT-10 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 526.73 manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 655-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda, iddia ərizəsindən göründüyü kimi X4 Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 418- TGS-0163-19 saylı Zaminlik Müqaviləsinə əsasən əsas borclu Cavabdeh1 xx xxxx 2019cu il tarixli, 353-EKO-0101-19 nömrəli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərinin icrası Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və sonuncu «xxxx» MMC qarşısında əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1. maddəsindən də görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirib və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixli, 353- EKO-0101-19 nömrəli Kredit Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borcu 452.13 (dörd yüz əlli iki manat 13 qəpik) manat, faiz borcu 74.60 (yetmiş dörd manat 60 qəpik) manat, ümumi borcu 526.73 (beş yüz iyirmi altı manat, 73 qəpik) manat məbləğində kredit borcu, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,4 (otuz manat qırx qəpik) manat X4 Təşkilatı «xxxx» QSC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxx 2019-cu il tarixli, 353-EKO- 0101-19 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borcu 452.13 (dörd yüz əlli iki manat on üç qəpik) manat, faiz borcu 74.60 (yetmiş dörd manat altmış qəpik) manat, 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 557.13 (beş yüz əlli yeddi manat, on üç qəpik) manat tutulub X4 Təşkilatı «xxxx» QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4362/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4362/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver