Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4368/2024 24.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1063/2022 saylı qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Füzuli Rayon Məhkəməsinin 2(064)- 1063/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, uşaqların ananın yanında saxlanılması və alimentin tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Cavabdeh ona qarşı nikahın pozulması və uşaqların atatnın himayəsində saxlanılması tələbinə dair iddianın qismən təmin edilməsi, onunla Cavabdeh arasında bağlanmış 14 fevral 2016-cı il tarixində 347 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlılar - xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 ataları Cavabdeh alınaraq ona verilmələri, Cavabdeh azyaşlı övladları - xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, alimentin tutulmasının azyaşlı uşaqlarının atası Cavabdeh alınaraq ona verildiyi tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir və Şirvan Apelllyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-352/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Füzuli Rayon Məhkəməsinin 2(064)-1063/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, 3 azyaşlı övladı ilə birlikdə məcburi köçkün kimi Abşeron rayon “Stansiya Sumqayıt” 1001 ailəlik məcburi köçkün qəsəbəsində məskunlaşmışdır. Cavabdeh 3 övladını saxlamaq üçün ona cəmi 390 manat məbləğində aliment pulu ödəyir. Həmin pul isə onun 3 övladının tələbatını ödəmir və o, maddi cəhətdən çətinlik çəkir, bu səbəbdən onun alimentin artırılmasına ehtiyacı vardır. O, alimentin artırılması ilə bağlı Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün ona xx.xx.2024-cü il tarixli arayış verilmiş və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Bildirir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqların saxlanması üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Qeyd edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Bildirir ki, o, hazırda işləyir və hər ay aldığı maaş ancaq onun qaldığı evin kirayə haqqına çatır. Cavabdeh Kamaz markalı yük maşını vardır, həmin yük maşını cavabdehin adına olmasa da cavabdeh bu yük maşını vasitəsilə pul qazanır, həmçinin bildirir ki, cavabdehin əmək haqqı məbləği stabil deyildir. O, iddia ərizəsində övladlarının saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində aliment tələb etsə də cavabdehin övladları üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment ödəməsi onu qane edir. Bundan başqa bildirir ki, o, dövlət tərəfindən Cavabdeh verilmiş evdə yaşamır. Əgər cavabdeh dövlət tərəfindən verilmiş evdən çıxarsa və ev üzərində öz payından imtina edərsə, o, aliment tələbindən imtina edəcəkdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazında və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini güclə ödəyir. Belə ki, o, atasına məxsus yük maşını ilə işləyir, həmçinin xəstə olan atası və anası da onun himayəsindədir. Füzuli Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən iddiaçının ona qarşı olan əmlak tələbi təmin edilmiş və alimentdən əlavə olaraq sözügedən icra vərəqi üzrə hər ay 200 manat məbləğində pul ödəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarından göründüyü kimi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qərarda qeyd olunan mövqeyə görə minimum dolanacaq xərci olan 235 manata yaxın məbləğ aliment kimi tutula bilər. Bu demək deyil ki, aliment məbləği 235 manatdan az ola bilməz. Hesab edir ki, övladlarının saxlanması üçün aliment hər ay hər bir uşaq üçün 130 manat məbləğində müəyyən olunmalıdır. Onun aylıq qazancı yoxdur və ondan üç uşaq üçün hər ay cəmi 705 manat tutularsa, o, öz yaşayışı üçün ehtiyaclarını ödəyə bilməyəcəkdir. Hesab edir ki, aliment təyin edilərkən onun maddi vəziyyətinin nəzərə alınmaması çox böyük ədalətsizlikdir. Dövlət tərəfindən ona üçotaqlı ev verilmişdir və həmin evi iddiaçıya verməsinə baxmayaraq iddiaçı hazırda orada yaşamır. Bildirir ki, o, övladları ilə görüşür və uşaqlara onların istəyinə uyğun olaraq əşya alır. Həmçinin qeyd edir ki, o, məhkəmə tərəfindən təyin edilmiş 390 manat məbləğində alimenti müəyyən olunmuş məbləğdən artıq miqdarda, yəni hər ay 400 manat məbləğində ödəməklə yanaşı, qızılla əlaqədar olaraq 200 manat məbləğində ödəniş edir. Bundan əlavə iddiaçı məcburi köçkün olduğu üçün dövlət tərəfindən iddiaçıya hər ay 120 manat məbləğində təqaüd verilir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan AA5453447 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından olan X4 24 mart 2016-cı ildə doğulmuşdur. İş materiallarında olan AA5619578 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından olan X5 28 aprel 2017-ci ildə doğulmuşdur. İş materiallarında olan AA5399060 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından olan X6 01 yanvar 2021-ci ildə doğulmuşdur. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 2(064)-1063/2022 saylı, 17 oktyabr 2022ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, uşaqların ananın yanında saxlanılması və alimentin tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaqların atatnın himayəsində saxlanılması tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2016-cı il tarixində 347 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlılar - xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 ataları Cavabdeh alınaraq anaları İddiaçı verilmələri, Cavabdeh azyaşlı uşaqlar - xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının azyaşlı uşaqların atası Cavabdeh alınaraq anaları İddiaçı verildiyi tarixdən hesablanması, iddia tələblərinin digər hissələrdə rədd olunması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 352/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Füzuli Rayon Məhkəməsinin 2(064)-1063/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, alimentin miqdarının artırılaraq birgə nikahdan doğulmuş hər bir uşaq üçün 200 manat həddində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərək hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 45,2 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-1063/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 24 mart 2016-cı il təvəllüdlü X1, 28 aprel 2017-ci il təvəllüdlü X2 və 01 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 45,2 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4368/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4368/2024
24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver