Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-437/2023 10.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əmlaka dəymiş maddi ziyana görə 11074.13 manat və 130 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünə məxsus idarə etdiyi “Opel” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə saat təxminən 02:00 radələrində ünvan 1 ilə hərəkətdə olduğu zaman idarəetməni itirərək yolun sağ kənarında dayanmış “Subaru Forester” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq maddi ziyan vurmuşdur. Həmin hadisə ilə bağlı Sumqayıt şəhər DYPB tərəfindən araşdırma aparılmış və “Opel” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsiri üzündən baş verdiyindən həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.4-cü maddələri ilə xx.xx.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən cavabdeh təqsirli bilinərək qanuni tədbir görülməsi üçün xx.xx.2022-ci il tarixli qərardadına əsasən, Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Bununla da, Cavabdeh yolnəqliyyat hadisəsinə görə təqsiri sübuta yetirilmiş və o, inzibati məsuliyyətə cəlb olunmuşdur. Avtomobilin əzilməsi nəticəsində dəymiş maddi ziyan "xxxx" MMC tərəfindən 11074.13 manat dəyərində qiymətləndirilmiş və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunaraq möhürlə təsdiq edilmişdir. Cavabdeh dəymiş ziyanı hal-hazıra kimi ödəməmiş və ziyanın ödənilməsindən yayınmışdır. Dəfələrlə cavabdehdən zərərin əvəzinin ödənilməsi tələb edilsə də, həmin şəxs bundan yayınmış, daha sonra isə imtina etmişdir. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də gösatərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında mülki iş üzrə məhkəməyə daxil olmuş ekspert rəyi ilə razı olduğunu göstərmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AB № 292332 saylı xx.xx.2008-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2008-ci il buraxılışlı “Subaru Forester” minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. -xx.xx.2011-ci il tarixli ƏN-İİİ № 394891 saylı etibarnamənin surətindən görünür ki, X3 mülkiyyətində olan “Subaru Forester” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı xx.xx.2061-ci il tarixədək etibar etmişdir. -xx.xx.2022-ci il tarixli ƏN-Vİ № 038285 saylı etibarnamənin surətindən görünür ki, X1 mülkiyyətində olan “Opel” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh xx.xx.2022-ci il tarixədək 3 ay müddətinə etibar etmişdir. -Cavabdeh Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat təxminən 02:00 radələrində etibarnamə ilə idarə etdiyi “Opel” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ilə hərəkətdə olduğu zaman idarəetməni itirərək yolun sağ kənarında dayanmış “Subaru Forester” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş, YPXC əməkdaşları sürücüləri tibbi müayinədən keçirmişlər. -xx.xx.2022-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində ünvan 1 ünvanında Cavabdeh idarə etdiyi “Opel” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun sağında dayanan “Subaru Forester” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş və yoxlama zamanı İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, məlum olmuşdur ki, sürücünün sürücülük hüququ xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məhdudlaşdırılmışdır. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı məxsus “Subaru Forester” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11074.13 manat maddi ziyan vurulmuşdur. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7962 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Subaro Forester” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6965 manat müəyyən edilir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Quba rayonu, Xucbala ərazi dairəsi, Xucbala kəndində, Cavabdeh isə Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində ünvan 1 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı etibarnamə əsasında idarə etdiyi “Subaru Forester” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunmuş “Opel” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində avtomobilə ziyan dəymişdir. Baş vermiş hadisə nəticəsində cavabdehin sürücülük vəsiqəsinin məhdudlaşdırılması müəyyən olunmuş və hazırda, iddiaçı onun avtomobilinə dəymiş ziyanın məhkəmə qaydasında cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokola əsasən, baş vermiş yol-nəqliyyat hadisəsində “Opel” markalı **- KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi və təqsirinin sübuta yetirilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7962 saylı rəyinə əsasən, “Toyota Corolla” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6965 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib, iddiaçının ekspert rəyi ilə razılığını nəzərə alıb rəyi əsas sübut növü kimi qiymətləndirir və iddiaçının avtomobilinə 6965 manat maddi ziyanın vurulması qənaətinə gəlir. On görə də iddia tələbləri əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 130 manat dövlət rüsumunun 82 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, qalan 48 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməli, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pul vəsaitinin 31 manat hissəsi cavabdehdən, qalan 19 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət nəfinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 6965 (altı min doqquz yüz altmış beş) manat və ödənilmiş dövlət rüsumuna görə 82 (səksən iki) manat olmaqla, ümumilikdə, cəmi 7047 (yeddi min qırx yeddi) manat pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitində 31 (otuz bir) manat pul vəsaiti Cavabdeh, 19 (on doqquz) manat pul vəsaiti isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov