Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4378/2023 30.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh üzərinə İddiaçı1 30000 (otuz min) litr AK-15 markalı avtomobil yağına görə aldığı pul vəsaitindən razılaşdırılmış 37500 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi öhdəliyinin qoyulması, Cavabdeh mülki işin məhkəmədə baxılması üçün vəkillə müqavilə üçün ödədiyi 321 manat və dövlət rüsumu üçün ödənilmiş 204 manat pul vəsaitinin, ümumilikdə 525 manat pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi, həmçinin iki il müddətində ona aid olan cavabdehlə qaytarılması razılaşdırılmış 37500 (otuz yeddi min beş yüz) manat pul vəsaitini özündə saxlamaqla ondan yararlandığına görə, həmin pul vəsaitinin illik 5%-i miqdarında 1875 manat, iki il üçün 3750 manat pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iyul 2021-ci il tarixdə iddiaçı X1 atası İddiaçı2 müəllim Cavabdeh zəng edərək 15000 (on beş min) litr AK-15 markalı avtomobil yağı lazım olduğunu bildirmişdir. Cavabdeh 15000 litr AK-15 markalı keyfiyyətli avtomobil yağının gətirilməsi üçün 20800 (iyirmi min səkkiz yüz) manat alacağını bildirmişdir. Tərəflər arasında razılıq əldə olunmuşdur. Həmçinin, iddiaçının atası İddiaçı2 öz yaxınları Tovuz rayon sakini Mikayıl adlı şəxslə də, 15000(on beş min) litr AK-15 markalı avtomobil yağının alınması üçün 18700 (on səkkiz min yeddi yüz) manat pul vəsaitinin ödənilməsi razılığına gəlmişdir. Cavabdeh “DAF” markalı **-GU-*** dövlət qeydiyyat nömrəli qoşqulu yanacaq daşıyan maşını olduğu üçün İddiaçı1 və atası İddiaçı2 avtomobil yağının Cavabdeh qeyd olunan ünvana gətirilməsinə 600 (altı yüz) manat yol haqqı ödənilməsinə razılıq vermişlər. xx.xx.2021-ci il tarixdə Mikayıl adlı şəxs iddiaçının atası İddiaçı2 zəng edərək AK-15 markalı avtomobil yağının Bakı şəhərində hazır olduğunu bildirmişdir. Mikayıl təşkil etdiyi AK-15 markalı avtomobil yağının fotoşəklini mobil telefon vasitəsilə iddiaçının atası İddiaçı2 çəkib göndərmişdir. İddiaçı1 atası İddiaçı2 Cavabdeh zəng edərək Mikayılın təşkil etdiyi AK-15 markalı avtomobil yağına baxmasını, yaxşı olacağı təqdirdə təhvil alıb gətirməsini xahiş etmişdir. Cavabdeh Əliyev X5 adlı şəxsin təşkil etdiyi yağa baxıb markasına uyğun olduğunu, yağda problem olmadığını iddiaçılara bildirmişdir. Razılaşmalarına əsasən Cavabdeh özünə məxsus “DAF” markalı avtomobillə həm Mikayılın təşkil etdiyi, həm də özünün təşkil etdiyi yağı ayrı-ayrı çənlərə yüklədərək yanacaq doldurma məntəqəsinə gətirməli olmuşdur. Cavabdeh İddiaçı1 və onun atası İddiaçı2lə neçə illərdir ki, birgə işləmiş və onlar arasında xatir-hörmət olmuşdur. Cavabdeh 30000 (otuz min) litr AK-15 markalı avtomobil yağının Bakı şəhərindən Tovuz rayonunun Dönük Qırıqlı kəndinə özünə məxsus “DAF” markalı avtomobili ilə aparılmasına görə əlavə olaraq 600 (altı yüz) manat pul vəsaiti alacağını bildirmişdir. Tərəflər arasında razılıq əldə olunmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə Mikayılın təşkil etdiyi 15000 litr AK-15 markalı avtomobil yağını qoşquda ayrı çənə və özünün təşkil etdiyi 15000 litr AK-15 markalı yağı digər çənə vuraraq yağla birlikdə Tovuz rayonu, Dönük Qırıqlı kəndində İddiaçı1 təhvil verərkən, iddiaçı Həsənov X2 təşkil etdiyi yağın rənginin yaxşı olduğunu, Cavabdeh aldığı yağın isə rənginin fərqli olduğunu bildirmişdir. İddiaçı1 cavabdehin özünün təşkil etdiyi yağın başqa çənə boşaldılmasını məsləhət görsə də, Cavabdeh yağların hər ikisini eyni çənə boşaltmışdır. Yağlar çənə boşaldıqdan 5 dəqiqə sonra İddiaçı2 yanacaq doldurma məntəqəsinə gələrək yağa baxmış, yağın keyfiyyətsiz olduğunu, AK-15 markalı yağın rəngində olmadığını bildirmişdir. Ona görə də, İddiaçı1 zəng edərək Cavabdeh yağ boşaldılan çənin yanına çağırmışdır. Cavabdeh öz boşaltdığı yağa baxaraq onun gətirdiyi yağ olmadığını bildirmişdir. Hansı ki, yanacaq doldurma məntəqəsində Cavabdeh gətirdiyi yağdan əlavə yağ yox idi. İddiaçı1 Cavabdeh gətirdiyi yağın yükləyib geriyə aparmasını, aldığı pul vəsaitlərinin qaytarılmasını tələb etsə də, cavabdeh özünü həyasızlığa qoyaraq qışqır-bağır salmış, özünün gətirdiyi yağı aparacağını, Mikayıldan aldığı yağı geri aparmayacağını bildirmişdir. Axı, yağ boşaldılarkən İddiaçı1 Cavabdeh boşaldılan yağların ayrı-ayrı çənlərə boşaldılmasını desə də, məhz özünün gətirdiyi yağın keyfiyyətsiz olduğunu bilərək yağları qəsdən eyni (bir) çənə boşaltmışdır. Həmin vaxt cavabdeh yağları necə ayıra bilərdi? Cavabdeh etibardan sui-istifadə edərək bilə-bilə İddiaçı1 aldadaraq iki ayrı-ayrı çəndə olan yağları bilərəkdən bir çənə boşaltmışdır ki, iddiaçı sonradan onun təşkil etdiyi yağı ayıra bilməsin. Cavabdeh gətirdiyi yağı geri qaytarmaqdan və aldığı pul vəsitini sahibinə verməkdən imtina etdikdən sonra iddiaçı cavabdehə məxsus “DAF” markalı, **-GU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının yanacaq doldurma məntəqəsində saxlanılaraq Tovuz rayon RPŞ-nə müraciət etməsini bildirsə də, cavabdeh güclə aradan çıxmaq istəmiş, lakin maşının açarları onun əlindən alınaraq, Tovuz rayon RPŞ-yə məlumat verilmişdir. Tovuz rayon RPŞ-də araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, Cavabdeh İddiaçı1 və onun atası İddiaçı2 etibarından sui-istifadə edərək keyfiyyətsiz yağ gətirməsi nəticəsində İddiaçı1 39500 (otuz doqquz min beş yüz) manat maddi zərər vurmuşdur. Lakin onlarla cavabdehin arasındakı münasibətlərə görə razılaşmışlar ki, Cavabdeh vurduğu 39500 (otuz doqquz min beş yüz) manat maddi zərərin 2000 (iki min) manatını və əlavə olaraq yağın gətirilməsinə görə aldığı 600 manat pul vəsaitini Cavabdeh güzəştə getmişlər. Zərərçəkmiş şəxslərə dəymiş 39500 (otuz doqquz min beş yüz) manat pul vəsaitinin 2000 (iki min) manatını cavabdeh Hüseynə güzəştə getdikdən sonra tərəflər razılaşmışlar ki, Cavabdeh gətirdiyi 30000 litr AK-15 markalı avtomobil yağını özü ilə yükləyib aparmaqla razılaşdıqları 37500 manat pul vəsaitinin yarısını, yəni 18750 (on yeddi min beş yüz) manatını 10 gün müddətinə, yarısını isə 30 gün müddətinə ödəyəcəyinə söz vermişdir. Həmin gündən etibarən Cavabdeh özünə məxsus “DAF” markalı, **-GU-*** dövlət nömrə nişanlı yanacaq daşıyan avtomobili ilə iddiaçıya gətirdiyi 30000 (otuz min) litr AK-15 markalı avtomobil yağını və əvəzində İddiaçı1 gətirdiyi 30000 (otuz min) litr AK-15 markalı avtomobil yağına görə aldığı 39500 (otuz doqquz min beş yüz) manat pul vəsaitini özü ilə apararaq 10 gün müddətinə 18750 manatın, 30 gün müddətinə isə razılaşdıqları pulun qalıq hissəsinin-yəni 18750 manatının İddiaçı1 qaytaracağına Tovuz RPŞ- də söz versə də, hazırki vaxtadək sözünə əməl etməmiş, bu vaxtadək dələduzluq etdiyi pul vəsaitindən bir hissə olsa belə İddiaçı1 geri qaytarmamışdır. Cavabdeh dələduzluq yolu ilə əldə etdiyi pul vəsaitinin İddiaçı1 qaytaracağına Tovuz RPŞ-də söz vermişdir. Buna görə də Tovuz RPŞ-də tərəflər arasında yaranmış münaqişə alqı-satqı münasibətlərindən irəli gəldiyinə görə başlanmış cinayət işi rədd edilmiş, mülki xarakterli olduğuna görə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Artıq hadisədən iki ilə yaxın müddət keçir, cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmamış, aldığı pula görə gətirdiyi 30000 (otuz min) litr AK-15 markalı avtomobil yağını da özü ilə aparıb bəhrələnmişdir. Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı cənab Elşən Məsimovun araşdırmalarına əsasən, Cavabdeh ilə İddiaçı1 arasında yaranan mübahisə alqı-satqı münasibətlərindən irəli gəldiyinə görə mülki xarakterli olduğundan və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona aid olan pul vəsaitini əldə etməklə ondan yararlanan Cavabdeh 2 (iki) il müddətinə qaytarılması razılaşdırılmış 37500 (otuz yeddi min beş yüz) manat pul vəsaitini saxlamaqla ondan yararlandığına görə ən azı həmin pul vəsaitinin 5%-i miqdarında əlavə haqq verməlidir. Yəni, 2 il müddətinə 37500 manat pul vəsaitini qanunsuz saxlamaqla yararlandığına görə Azərbaycan Respublikası MM-nin 439-cu maddəsinə əsasən, həmin pul vəsaitinin ildə beş faizi miqdarında ona əlavə haqq verməlidir. Həmin pulun illik 5%-i 1875 manat, 2 illik ödəmə 3750 manat təşkil edir. Bundan əlavə, vəkillə bağlanmış 321 (üç yüz iyirmi bir) manatlıq müqavilə haqqının və 204 (iki yüz dörd) manat dövlət rüsumunun, ümumiyyətlə 525 (beş yüz iyirmi beş) manat pul vəsaiti Cavabdeh alınıb ona verilməlidir. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə İddiaçı1 və İddiaçı2 30000 (otuz min) litr AK-15 markalı avtomobil yağına görə aldığı pul vəsaitindən razılaşdırılmış 37500 manat pul vəsaitinin Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi öhdəliyinin qoyulması, Cavabdeh mülki işin məhkəmədə baxılması üçün vəkillə müqavilə üçün ödədikləri 321 manat və 225 manat pul vəsaitlərinin və dövlət rüsumu üçün ödənilmiş 204 manat pul vəsaitinin, ümumilikdə 750 (yeddi yüz əlli) manat pul vəsaitinin Cavabdeh alınaraq onlara verilməsi, həmçinin iki il müddətində onlara aid olan cavabdehlə qaytarılması razılaşdırılmış 37500 (otuz yeddi min beş yüz) manat pul vəsaitini özündə saxlamaqla ondan yararlandığına görə, həmin pul vəsaitinin illik 5%-i miqdarında 1875 manat, iki il üçün 3750 manat pul vəsaitinin Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, iyul 2021-ci il tarixdə iddiaçı X1 atası İddiaçı2 müəllim Cavabdeh zəng edərək 15000 (on beş min) litr AK-15 markalı avtomobil yağı lazım olduğunu bildirmişdir. Cavabdeh 15000 litr AK-15 markalı keyfiyyətli avtomobil yağının gətirilməsi üçün 20800 (iyirmi min səkkiz yüz) manat alacağını bildirmişdir. Tərəflər arasında razılıq əldə olunmuşdur. Həmçinin, iddiaçının atası İddiaçı2 öz yaxınları Tovuz rayon sakini Mikayıl adlı şəxslə də, 15000(on beş min) litr AK-15 markalı avtomobil yağının alınması üçün 18700 (on səkkiz min yeddi yüz) manat pul vəsaitinin ödənilməsi razılığına gəlmişdir. Cavabdeh “DAF” markalı **-GU-*** dövlət qeydiyyat nömrəli qoşqulu yanacaq daşıyan maşını olduğu üçün İddiaçı1 və atası İddiaçı2 avtomobil yağının Cavabdeh qeyd olunan ünvana gətirilməsinə 600 (altı yüz) manat yol haqqı ödənilməsinə razılıq vermişlər. xx.xx.2021-ci il tarixdə Mikayıl adlı şəxs iddiaçının atası İddiaçı2 zəng edərək AK-15 markalı avtomobil yağının Bakı şəhərində hazır olduğunu bildirmişdir. Mikayıl təşkil etdiyi AK-15 markalı avtomobil yağının fotoşəklini mobil telefon vasitəsilə iddiaçının atası İddiaçı2 çəkib göndərmişdir. İddiaçı1 atası İddiaçı2 Cavabdeh zəng edərək Mikayılın təşkil etdiyi AK-15 markalı avtomobil yağına baxmasını, yaxşı olacağı təqdirdə təhvil alıb gətirməsini xahiş etmişdir. Cavabdeh Əliyev X5 adlı şəxsin təşkil etdiyi yağa baxıb markasına uyğun olduğunu, yağda problem olmadığını iddiaçılara bildirmişdir. Razılaşmalarına əsasən Cavabdeh özünə məxsus “DAF” markalı avtomobillə həm Mikayılın təşkil etdiyi, həm də özünün təşkil etdiyi yağı ayrı-ayrı çənlərə yüklədərək yanacaq doldurma məntəqəsinə gətirməli olmuşdur. Cavabdeh İddiaçı1 atası, digər İddiaçı2lə neçə illərdir ki, birgə işləmiş və onlar arasında xatir-hörmət olmuşdur. Cavabdeh 30000 (otuz min) litr AK-15 markalı avtomobil yağının Bakı şəhərindən Tovuz rayonunun Dönük Qırıqlı kəndinə özünə məxsus “DAF” markalı avtomobili ilə aparılmasına görə əlavə olaraq 600 (altı yüz) manat pul vəsaiti alacağını bildirmişdir. Tərəflər arasında razılıq əldə olunmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə Mikayılın təşkil etdiyi 15000 litr AK-15 markalı avtomobil yağını qoşquda ayrı çənə və özünün təşkil etdiyi 15000 litr AK-15 markalı yağı digər çənə vuraraq yağla birlikdə Tovuz rayonu, Dönük Qırıqlı kəndində İddiaçı1 təhvil verərkən, iddiaçı Həsənov X2 təşkil etdiyi yağın rənginin yaxşı olduğunu, Cavabdeh aldığı yağın isə rənginin fərqli olduğunu bildirmişdir. İddiaçı1 cavabdehin özünün təşkil etdiyi yağın başqa çənə boşaldılmasını məsləhət görsə də, Cavabdeh yağların hər ikisini eyni çənə boşaltmışdır. Yağlar çənə boşaldıqdan 5 dəqiqə sonra digər İddiaçı2 yanacaq doldurma məntəqəsinə gələrək yağa baxmış, yağın keyfiyyətsiz olduğunu, AK-15 markalı yağın rəngində olmadığını bildirmişdir. Ona görə də, İddiaçı1 zəng edərək Cavabdeh yağ boşaldılan çənin yanına çağırmışdır. Cavabdeh öz boşaltdığı yağa baxaraq onun gətirdiyi yağ olmadığını bildirmişdir. Hansı ki, yanacaq doldurma məntəqəsində Cavabdeh gətirdiyi yağdan əlavə yağ yox idi. İddiaçı1 Cavabdeh gətirdiyi yağın yükləyib geriyə aparmasını, aldığı pul vəsaitlərinin qaytarılmasını tələb etsə də, cavabdeh özünü həyasızlığa qoyaraq qışqır-bağır salmış, özünün gətirdiyi yağı aparacağını, Mikayıldan aldığı yağı geri aparmayacağını bildirmişdir. Axı, yağ boşaldılarkən İddiaçı1 Cavabdeh boşaldılan yağların ayrı-ayrı çənlərə boşaldılmasını desə də, məhz özünün gətirdiyi yağın keyfiyyətsiz olduğunu bilərək yağları qəsdən eyni (bir) çənə boşaltmışdır. Həmin vaxt cavabdeh yağları necə ayıra bilərdi? Cavabdeh etibardan sui-istifadə edərək bilə-bilə İddiaçı1 aldadaraq iki ayrı-ayrı çəndə olan yağları bilərəkdən bir çənə boşaltmışdır ki, iddiaçı sonradan onun təşkil etdiyi yağı ayıra bilməsin. Cavabdeh gətirdiyi yağı geri qaytarmaqdan və aldığı pul vəsitini sahibinə verməkdən imtina etdikdən sonra iddiaçı cavabdehə məxsus “DAF” markalı, **-GU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının yanacaq doldurma məntəqəsində saxlanılaraq Tovuz rayon RPŞ-nə müraciət etməsini bildirsə də, cavabdeh güclə aradan çıxmaq istəmiş, lakin maşının açarları onun əlindən alınaraq, Tovuz rayon RPŞ-yə məlumat verilmişdir. Tovuz rayon RPŞ-də araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarından sui-istifadə edərək keyfiyyətsiz yağ gətirməsi nəticəsində İddiaçı1 39500 (otuz doqquz min beş yüz) manat maddi zərər vurmuşdur. Lakin iddiaçılarla cavabdehin aralarındakı münasibətlərə görə razılaşmışlar ki, Cavabdeh vurduğu 39500 (otuz doqquz min beş yüz) manat maddi zərərin 2000 (iki min) manatını və əlavə olaraq yağın gətirilməsinə görə aldığı 600 manat pul vəsaitini Cavabdeh güzəştə getmişlər. Zərərçəkmiş şəxslərə dəymiş 39500 (otuz doqquz min beş yüz) manat pul vəsaitinin 2000 (iki min) manatını cavabdeh Hüseynə güzəştə getdikdən sonra tərəflər razılaşmışlar ki, Cavabdeh gətirdiyi 30000 litr AK-15 markalı avtomobil yağını özü ilə yükləyib aparmaqla razılaşdıqları 37500 manat pul vəsaitinin yarısını, yəni 18750 (on yeddi min beş yüz) manatını 10 gün müddətinə, yarısını isə 30 gün müddətinə ödəyəcəyinə söz vermişdir. Həmin gündən etibarən Cavabdeh özünə məxsus “DAF” markalı, **-GU-*** dövlət nömrə nişanlı yanacaq daşıyan avtomobili ilə iddiaçıya gətirdiyi 30000 (otuz min) litr AK-15 markalı avtomobil yağını və əvəzində İddiaçı1 gətirdiyi 30000 (otuz min) litr AK-15 markalı avtomobil yağına görə aldığı 39500 (otuz doqquz min beş yüz) manat pul vəsaitini özü ilə apararaq 10 gün müddətinə 18750 manatın, 30 gün müddətinə isə razılaşdıqları pulun qalıq hissəsinin-yəni 18750 manatının İddiaçı1 qaytaracağına Tovuz RPŞ- də söz versə də, hazırki vaxtadək sözünə əməl etməmiş, bu vaxtadək dələduzluq etdiyi pul vəsaitindən bir hissə olsa belə İddiaçı1 geri qaytarmamışdır. Cavabdeh dələduzluq yolu ilə əldə etdiyi pul vəsaitinin İddiaçı1 qaytaracağına Tovuz RPŞ-də söz vermişdir. Buna görə də Tovuz RPŞ-də tərəflər arasında yaranmış münaqişə alqı-satqı münasibətlərindən irəli gəldiyinə görə başlanmış cinayət işi rədd edilmiş, mülki xarakterli olduğuna görə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Artıq hadisədən iki ilə yaxın müddət keçir, cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmamış, aldığı pula görə gətirdiyi 30000 (otuz min) litr AK-15 markalı avtomobil yağını da özü ilə aparıb bəhrələnmişdir. Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı cənab Elşən Məsimovun araşdırmalarına əsasən, Cavabdeh ilə İddiaçı1 arasında yaranan mübahisə alqı-satqı münasibətlərindən irəli gəldiyinə görə mülki xarakterlidir və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona aid olan pul vəsaitini əldə etməklə ondan yararlanan Cavabdeh 2 (iki) il müddətinə qaytarılması razılaşdırılmış 37500 (otuz yeddi min beş yüz) manat pul vəsaitini saxlamaqla ondan yararlandığına görə ən azı həmin pul vəsaitinin 5%-i miqdarında əlavə haqq verməlidir. Yəni, 2 il müddətinə 37500 manat pul vəsaitini qanunsuz saxlamaqla yararlandığına görə Azərbaycan Respublikası MM-nin 439-cu maddəsinə əsasən, həmin pul vəsaitinin ildə beş faizi miqdarında ona əlavə haqq verməlidir. Həmin pulun illik 5%-i 1875 manat, 2 illik ödəmə 3750 manat təşkil edir. Bundan əlavə, vəkillə bağlanmış 321 (üç yüz iyirmi bir) manatlıq müqavilə haqqının və 204 (iki yüz dörd) manat dövlət rüsumunun, ümumiyyətlə 525 (beş yüz iyirmi beş) manat pul vəsaiti Cavabdeh alınıb ona verilməlidir. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin (bundan sonra Mülki Prоsеssuаl Məcəllə adlandırılacaq) 185.5. mаddəsinə əsаsən işə оnun iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Mülki Prosessual Məcəllənin; 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus yanacaqdoldurma məntəqəsində 5 ildir ki, operator işləyir. Cavabdeh oraya əvvəlcə yanacaq, sonra isə yağ gətirmişdir. Cavabdehin gətirdiyi yağ 30 tona yaxın olmaqla AK-15 tipli yağ olmuşdur. Bu barədə müdirə bildirmişlər. İddiaçı2 yağı yoxlayarkən yağın yararsız olduğunu demişdir. 2021-ci ildən sonra cavabdehlə əməkdaşlıq kəsilmişdir. Səbəb isə əvvəlki tip yağ gətirməməsi olmuşdur. Yağın gətirilməsi üçün 39700 manat pul ödənilmişdir. Cavabdeh həmin puldan 18500 manatını ödəyəcəyini vəd etsə də, heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 həm həmkəndlisi, həm də dostudur. Cavabdeh tərəfindən iddiaçılara məxsus yanacaqdoldurma məntəqəsinə gətirilən yağın iddiaçılar tərəfindən boşaldılmasına icazə vermədiklərini görmüşdür. Onun orada bağı olduğu üçün yolu düşərkən iddiaçıların yanına da gedir. Cavabdeh hər zaman oraya gəlib-getmişdir. Tərəflər arşında yağın keyfiyyətsiz olması ilə bağlı narazılıq olmuş Hüseyin yağın pulunu iddiaçılara ödəyəcəyinə söz vermişdir. Məhkəmə, iddiaçıların nümayəndəsi-vəkilinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası DİN-in MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh Əliyev X6 rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 5, mənzil 11 ünvanında qeydiyyatdadır. -Tovuz rayon X7 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X9 xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı1 və Cavabdeh şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, təhqiqat zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, özünə məxsus “Daf’ markalı 99-GU- 194 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə neft emalı zavodundan dizel və benzin yanacağı alıb ayrı-ayrı şəxslərə məxsus yanacaq doldurma məntəqələrinə daşıyır. Tovuz rayonu Dönük Qırıqlı kənd sakinləri İddiaçı1 və atası Ələddini uzun müddətdir ki, tanıyır. Belə ki, Pənahın atası Ələddinə aid yanacaq doldurma məntəqələrinə uzun müddət dizel və benzin yanacağı gətirmişdir. Təxminən 1 ay bundan əvvəl Ələddin ona zəng edərək 15000 (on beş min) litr “AK-15” markalı avtomobil yağı lazım olduğunu bildirmişdir. O, Ələddinə həmin yağı təşkil edə biləcəyini demişdir. 15000 (on beş min) litr “AK-15” markalı avtomobil yağı alıb gətirməyi üçün Ələddinlə 20800 (iyirmi min səkkiz yüz) manata razılaşmışdır. Həmin vaxtı zavod işləmədiyi üçün yağı alıb gətirməsi bir qədər gecikmişdir. xx.xx.2021-ci il tarixdə Ələddin ona zəng edərək Tovuz rayon sakini Mikayıl adlı şəxsin də onun üçün 15000 (on beş min) litr yağ aldığını deyərək həmin yağa baxıb onu da avtomobili ilə gətirməyini istəmişdir. Avtomobili xarab olduğu üçün o, xx.xx.2021-ci il tarixdə Mikayılın yanına getmişdir. Mikayılın təşkil etdiyi yağın şəklini çəkib Ələddinə göndərmişdir. Ələddin yağı bəyəndiyini bildirmiş və avtomobilinə yükləyib gətirməyini xahiş etmişdir. O, həmin tarixdə Mikayılın və özünün təşkil etdiyi ümumilikdə 30000 (otuz min) litr yağı avtomobilinə yükləyib xx.xx.2021-ci il tarixdə Ələddinə məxsus Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən yanacaq doldurma məntəqəsinə gətirmişdir. X4 yağa baxıb yoxlamış və çənə boşaltmağını istəmişdir. O, yağı çənə boşaltmışdır. Avtomobillə yanacaq doldurma məntəqəsindən uzaqlaşıb getdikdən təxminən 20 dəqiqə sonra Ələddin zəng edərək yağın rənginin dəyişdiyini bildirmiş və buna görə də geri qayıtmasını istəmişdir. O, geri qayıtmışdır. Yanacaq doldurma məntəqəsində Ələddin yağın keyfiyyətsiz olduğunu, ona görə də geri qaytarıb pulunu ödəməyini istəmişdir. Belə ki, Ələddin ona 15000 (on beş min) litr yağ üçün 20800 (iyirmi min səkkiz yüz) manat pul vermişdir. Mikayıla eyni həcmdə yağ üçün 20650 (iyirmi min altı yüz əlli) manat pul vermişdir. O, yağı Pənaha göstərib verdiyi üçün düşünmüşdür ki, onlara məxsus çənin içərisində hər hansı maye olmuş, ona görə də yağın rəngi dəyişmişdir. Ələddin Mikayılla əlaqə saxlasa da, Mikayıl yağı geri qaytara bilməyəcəyini demişdir. Həmin vaxt o, Ələddinə gətirdiyi 15000 (on beş min) litr yağı geri qaytarıb pulunu ödəyəcəyini, Mikayıla aid yağı isə bir müddət sonra satıb pulunu qaytaracağını bildirmişdir. Bu təklifi Ələddinlə uzun müddət münasibəti olduğu üçün etmişdir. Lakin Ələddin onunla razılaşmayıb notarial qaydada sənəd imzalamağını tələb etmişdir. Əks təqdirdə avtomobilini buraxmayacağını demişdir. O. uzun müddət münasibəti olduğundan Ələddinin hərəkətinə əsəbiləşmiş və təklifi ilə razılaşmamışdır. Ələddin isə ona məxsus avtomobili xx.xx.2021-ci il tarixə qədər məcburi qaydada yanacaq doldurma məntəqəsində girov saxlamış, avtomobilin açarını da əlindən almışdır. Ona görə də o, xx.xx.2021-ci il tarixdə Tovuz RPŞ-уэ bu barədə ərizə ilə müraciət etmişdir. O, Ələddinə keyfiyyətsiz yağ gəlirməmişdir. Ona məxsus çəndə problem olduğu üçün yağın rəngi dəyişmişdir. Belə ki, o, Ələddinə qarşı heç bir dələduzluq etməmişdir. Razılaşdıqları vaxtda, razılaşdıqları qiymətdə və keyfiyyətdə yağ gətirmişdir. Lakin aralarında olan münasibətə görə o, Ələddinlə hazırda öz aralarında razılığa gəlmişdir. Belə ki, hazırda Ələddinə 30000 (otuz min) litr yağ üçün 37500 (otuz yeddi min beş yüz) manat pul ödənilməlidir. Həmin pulun yarısını 10 gün müddətində, yarısını isə 30 gün müddətində ödəyəciyinə söz vermişdir. Ona görə də razılaşmaya əsasən avtomobilini və yağı götürüb qeyd olunan müddətdə Ələddinə məxsus pulu geri qaytaracaqdır. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı2 ilə Cavabdeh yanacaqdoldurma məntəqəsinə 15000 litr AK-15 markalı keyfiyyətli avtomobil yağının gətirilməsi üçün 20800 manat, Mikayıl adlı şəxsin təşkil etdiyi 15000 litr AK-15 markalı avtomobil yağının gətirilməsi üçün 18700 manat pul ödəməsi barədə razılığa gəlmişlər. Bundan əlavə cavabdeh 30000 litr avtomobil yağının Bakı şəhərində Tovuz rayonunun Dönük Qırıqlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə aparılması üçün əlavə olaraq 600 manat pul alacağı barədə iddiaçılarla razılaşmışlar. Razılaşmalarına əsasən, cavabdeh özünə məxsus “Daf” markalı avtomobillə həm özünün, həm də Mikayıl adlı şəxsin təşkil etdiyi avtomobil yağını ayrı-ayrı çənlərə yüklədərək yanacaq doldurma məntəqəsinə gətirməsi barədə öhdəlik götürmüşdür. Nəhayət cavabdeh qeyd olunan yağları ayrı-ayrı çənlərə yükləyərək xx.xx.2021-ci il tarixdə Bakı şəhərindən Tovuz rayonunun Dönük Qırıqlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə aparıb təhvil verərkən iddiaçılardan İddiaçı1 Mikayılın təşkil etdiyi yağın rənginin yaxşı olduğunu, cavabdehin özünün təşkil etdiyi yağın rənginin isə fərqli olduğunu bildirmişdir. Bu səbəbdən də İddiaçı1 cavabdehin özünün təşkil etdiyi yağı başqa çənə boşaldılmasını məsləhət görsə də, cavabdeh yağların hər ikisini də eyni çənə boşaltmışdır. Bundan sonra cavabdehlərdən İddiaçı2 yanacaqdoldurma məntəqəsinə gələrək yağa baxmış və yağın keyfiyyətsiz olduğunu görmüşdür. İddiaçı1 cavabdehə zəng edərək çənin yanına çağırmış, cavabdehin özü də gələrək yağa baxaraq gətirdiyi yağın olmadığını bildirmişdir. İddiaçı1 cavabdehdən gətirdiyi yağı yükləyib geri aparmasını, vermiş olduqları pulu geri qaytarmasını tələb etsə də, cavabdeh yalnız özünün gətirdiyi yağı aparacağını, Mikayıl adlı şəxsdən gətirdiyi yağı aparmayacağını bildirmişdir. Cavabdeh bundan imtina etdiyi üçün iddiaçı cavabdehə məxsus avtomobilin açarlarını əlindən almış və bu barədə Tovuz Rayon Polis Şöbəsinə müraciət etmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən keyfiyyətsiz yağa görəv iddiaçılara 39500 manat maddi zərər dəymiş, lakin iddiaçılar aralarında olan münasibətə görə cavabdehə 2000 manat güzəşt etmiş və sonra cavabdeh gətirdiyi 30000 litr yağın özü ilə yükləyib aparmaqla 37500 manat pulun yarısını, yəni 18750 manatını 10 günə, qalanını isə 30 gün müdətində qaytaracağı barədə razılığa gəlmişlər. Lakin cavabdeh hazırkı vaxta qədər həmin məbləğdə pulu qaytarmamışdır. İddiaçı bununla bağlı Tovuz rayon Polis Şöbəsinə şikayət etsə də, oradan ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Odur ki, iddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının izahatından, şahid ifadələrindən, iş materiallarında olan sənədlərdən iddiaçıların iddia tələbi öz təsdiqini tapır. İddiaçıların Cavabdeh keyfiyyətli avtomobil yağının gətirilməsi məqsədi ilə 39500 (otuz doqquz min beş yüz) manat pul verməsi iş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda öz əksini tapmışdır. Belə ki, cavabdeh öz izahatında iddiaçıların 30000 litr avtomobil yağı üçün 20800 manat və 20650 manat pul ödədiklərini, həmin zərərə görə iddiaçılara ödənilməli olan 37500 manat pulun yarısını 10 gün, yarsını isə 30 gün müddətində ödəyəcəyinə söz vermişdir ki, məhkəmə həmin sənədi sübut kimi qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın həmin hissəsi təmin edilməli, cavabdehdən 37500 manat pul vəsaiti tutularaq iddiaçılara ödənilməlidir. Mülki Məcəllənin: 449.1. maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən, izahatında üzərinə götürdüyü öhdəlik üzrə ödənilməli olan 37500 manat pul məbləğini tam şəkildə ödəmədiyindən, başqa sözlə, pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçıların ödənilməmiş pul vəsaitindən cavabdeh faydalandığı üçün həmin vəsait üzrə faizlərin ödənilməsinin bank uçot dərəcəsinə uyğun olaraq məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki Məcəllənin 445.7 maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qanunvericiliyin tələblərini və Plenum qərarının mövqeyini tədqiq edib iddiaçıların iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdehin öhdəliyini vaxtında icra etməyərək gecikdirməsi borclunun iddiaçılar qarşısında gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyini yaratmışdır. Məhkəmə 37500 manat pul vəsaitinə görə illik 5 faiz bank uçot dərəcəsinin tutulmasını sadə riyazi üsulla hesablayaraq, (37500 x 5 faiz/100=1875x2) 3750 manat faiz məbləğini hesablamışdır. Bu səbəbdən də, iddia ərizəsi həmin hissədə də təmin edilməli, cavabdehdən iki il müddətə illik 5 faiz hesablanmaqla ödənilməmiş 3750 manat pul vəsaiti iddiaçıların xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olunanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil. Varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədəuyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd edilən normalarını nəzərə alaraq və işdə olan sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar həqiqətə uyğundur və həmçinin də bu fakt iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Bu səbəbdən də tələb sübutlara əsaslandığı üçün iddia tələbi təmin edilməlidir. Məhkəmə xatırladır ki, Mülki Prosessual Məcəllənin : 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 204 (iki yüz dörd) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X3 hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil hesabına 321 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı2 Ələddin oğlunun etibarnamə üzrə nümayəndəsi X3 hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil hesabına 225 manat pul ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən İddiaçı1 tərəfindən ödənilmiş 204 (iki yüz dörd) manat məbləğində dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 546 manat vəkil xərci cavabdehə aid edilməli və həmin məbləğlər cavabdehdən alınaraq İddiaçı1 xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən hallarını qiymətləndirərək və qanunun göstərişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 37500 (otuz yeddi min beş yüz) manat, illik 5 faiz hesablanmaqla ödənilməmiş 3750 manat, ödənilmiş dövlət rüsumuna görə 204 (iki yüz dörd) manat və vəkil xərcinə görə 546 (beş yüz qırx altı) manat məbləğində pul vəsaiti alanaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 37500 (otuz yeddi min beş yüz) manat, illik 5 faiz hesablanmaqla ödənilməmiş 3750 manat, ödənilmiş dövlət rüsumuna görə 204 (iki yüz dörd) manat və vəkil xərcinə görə 546 (beş yüz qırx altı) manat məbləğində pul vəsaiti alanaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4378/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4378/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver