Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4382/2023 17.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Əliyev Cavid Mətləb oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4000 (dörd min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı X3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Əliyev Cavid Mətləb oğlundan 4000 (dörd min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə etmiş və mülki işin aidiyyəti üzrə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki işin aidiyyəti üzrə göndərilməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. -AZE 08069376 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev Cavid Mətləb oğlu Laçın rayonu, Minkənd kəndində qeydiyyatdadır. -Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Sumqayıt Şəhəri üzrə Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2666 saylı arayışdan görünür ki, Əliyev Cavid Mətləb oğlu Laçın rayonu, Minkənd kəndindən məcburi köçkün düşmüş Əliyev Cavid Mətləb oğlu Sumqayıt şəhərində müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmışdır. Mülki Prosessual Məcəllənin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Hazırki iddia tələblərindən məlum olduğu kimi isə, mübahisə predmeti pul tələbidir ki, həmin iddia tələbi də ümumi aidiyyət qaydalarına uyğun olaraq cavabdehlərin rəsmi qeydə alındığı ünvan üzrə məhkəmədə baxılmalıdır. Beləliklə də, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Əliyev Cavid Mətləb oğlu Sumqayıt şəhərində qeydiyyatda olduqlarından, ümumi aidiyyət qaydalarına uyğun olaraq iddia tələbi cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsində, Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Əliyev Cavid Mətləb oğluna qarşı pul tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4382/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4382/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver