Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4385/2022 05.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və mənəvi zərərin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13500 manat məbləğində pulun və 5000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, 19 may 2022-ci il tarixdə o, “tap.az” elan saytında axtarış apararkən “Hyundai Elentra” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satıldığını özündə göstərən elanı görmüş və elə həmin tarixdə də adının sonradan Cavabdeh1 olduğunu öyrəndiyi şəxsə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Nazlı” yanacaq doldurma məntəqəsinin qarşısında 100 manat beh vermişdir. Səhəri gün saat 11-12 radələrindən yenə də Cavabdeh1la görüşərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Nazlı” yanacaq doldurma məntəqəsinin qarşısında görüşərək 13400 manat miqdarında olmaqla, ümumilikdə 13500 manat miqdarında pul vəsaitini Cavabdeh1 vermişdir. 21 may 2022ci il tarixdə Cavabdeh1 baş etibarnamə əsasında 2011-ci il istehsalı, BAN:KMHDH4AE9CU318039 olan, "Hyundai Elentra" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomaşını ona satmışdır, lakin vaxtının az olması səbəbindən həmin avtomobili öz adıma rəsmiləşdirə bilmədmişdir. 31 may 2022-ci il tarixdə Bakı şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən notariat kontorunda olarkən məlum olmuşdur ki, ona verilmiş baş etibarnamə verildikdən 4 gün sonra ləğv edilmişdir. Bu barədə dərhal Cavabdeh1la əlaqə saxlayaraq pulu geri istəmişdir. Növbəti gün Cavabdeh1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək əlaqə saxlamışdır. Bu zaman sonuncu ona bildirmişdir ki, avtomobilin keçmiş sahibi X2 ilə X7 arasında mübahisə mövcuddur. Bu səbəbdən də etibarnamə ləğv edilmişdir. Bundan sonra mülkiyyətindən məhrum olmuş və maddi zərər çəkmiş olan o, müvafiq ərizə ilə hüquq mühafizə orqanlarına müraciət etmiş, ərizə üzrə toplanılmış materialla bağlı 03 iyul 2022-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Allahquliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, "Hyundai Elentra" markalı avtomaşına dair ona verilmiş etibarnamə Cavabdeh2 tərəfindən ləğv edilmişdir. Üstəlik ibtidai istintaq orqanında araşdırma zamanı verdiyi izahatında Cavabdeh1 qeyd edilən halları etiraf etmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh1 və Cavabdeh2 sonuncuya məxsus olan "Hyundai Elentra" markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasından birbaşa xəbərləri olmuş, ona avtomaşını özgəninkiləşdirmək və digər hüquqları tanıyan etibarnaməni özləri vermişdir. Daha sonra qısa zaman ərzində, yəni 4 gün sonra sözügedən etibarnamə ləğv edilmişdir. Belə olan halda onun qanuni əsaslarla əldə etmiş olduğu əmlakdan məhrum olmuşdur. Qanuni əsaslarla əldə etmiş olduğu əmlakdan məhrum olmağı onun psixi sarsıntılar və iztirablar keçirməməsi, hüquqlarımın bərpası üçün zaman sərf etməyinə səbəb olmuşdur. Bununla yanaşı onu da qeyd etməyi vacib bilir ki, qardaşı X6 30 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Ailəsinin və qardaşının ailəsinin yeganə qazanc mənbəyi odur. O da öz qazancını istifadəsində olan nəqliyyat vasitəsi ilə təmin edir. Qeyd olunanlar səbəbindən artıq aylardır ki, işsizdir və gəlir əldə edə bilmir. Ailəsinin və qardaşının ailəsinin artmaqda olan xərclərini ödəməkdə çox böyük çətinliklər çəkir. Bu halların mövcudluğu ona dəymiş maddi ziyanla eyni zamanda, ona vurulmuş mənəvi zərərin də əvəzini tələb etmək hüququ verir. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, mübahisə predmeti olan avtomobili “Tap.az” internet web saytında görmüşdür. Satışa qoyulan avtomobil əzik vəziyyətdə olmuşdur. O, avtomobili Babazadə Kürsüm adlı şəxsdən 9000 manata almış və maşının təmiri üçün 6000 manat xərc çəkmişdir. Avtomobili aldıqdan 6 ay sonra isə 14500 manata satışa qoymuşdur. İddiaçı ona zəng edərək, avtomobili almaq istədiyini bildirmiş və maşını 13500 manata baş etibarnamə ilə satmışdır. Lakin maşını satandan 3-4 gün sonra Coşqun ona zəng edərək, etibarnamənin ləğv edildiyini bildirmişdir. Daha sonra iş polisdə olanda məlum olmuşdur ki, Babazadə Kürsümün avtomobilin mülkiyyətçisinə borcu olmuş və əsas mülkiyyətçi bu səbəbdən, etibarnaməni ləğv etdirmişdir. O, vicdanlı alıcıdır. Cavabdeh2 nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, o, taksi fəaliyyəti ilə məşğuldur. Kürsüm Babazadə adlı şəxs ona yaxınlaşayaraq, maşın ilə təlim keçdiyini və onun maşınını icarəyə verməyini təklif etmişdir. Aralarındakı razılığa əsasən, Kürsüm Babazadə ona hər ay 1000 manat icarə haqqı verməli idi. Kürsüm Babazadə 8 ay müddətinə maşından istifadə edərək ona icarə haqqı vermişdir. Daha sonra avto-qəza törətmiş və maşın yarasız hala düşmüşdür. Kürsüm Babazadə ona pulu olmadığını, lakin avtomobili ondan almaq istədiyi bildirmişdir. Aralarındakı razılığa əsasən, Kürsüm ona maşına görə 20000 manat pul verməli idi. O, sığortadan aldığı 5000 manat pulu da Kürsüm Babazadəyə vermişdir. Lakin Kürsüm indiyədək ona ümumilikdə 1650 manat pul vermişdir. Pulunu Kürsümdən tələb etdikdə isə, ona hələ ki, imkanı olmadığını və əlinə pul keçən kimi ödəniş edəcəyini bildirmişdir. Bir müddət sonra oğlu Əli mübahisə predmeti olan avtomobilin internetdə satışa qoyulduğunu demiş və o, dərhal avtomobilə dair etibarnaməni ləğv etdirmişdir. O bu hadisələrdən sonra Masallı rayon məhkəməsində Kürsüm Babazadəyə qarşı avtomobilin geri qaytarılması barədə iddia qaldırmış və iddiası təmin edilərək, avtomobilin ona qaytarılması qət edilmişdir. İddiaçı və Cavabdeh1 real alıcılardır və onun iddiaçı və cavabdehə qarşı heç bir pretenziyası yoxdur. Şahid qismində cəlb edilmiş X2 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, avtomobili Heydərov Əli adlı şəxsdən etibarnamə ilə almışdır. O, təlimçi kimi fəaliyyət göstərir və maşından təlim keçmək üçün istifadə edir. Cavabdeh2 onun tələbəsi olmuşdur. Orxan ona avtomobillərini satdığını bildirmiş və o, Orxanın atası Əli adlı şəxs ilə hər ay 1000 manat ödəniş etməklə ümumi 17 000 manat ödəməklə maşını almaq barədə razılığa gəlmişdir. O, 15 ay ödəniş etdikdən sonra avto-qəza törətdim və nəticədə avtomobilə ziyan dəymişdir. Bu səbəbdən də, avtomobili qəzalı vəziyyətdə internetdə satışa qoymuş və maşını Cavabdeh1 9000 manata satmışdır. Eyni zamanda, sığortadan da, 5000 manat pul almışdır. Bu puldan 1600 manatı Heydərov Əliyə vermişdir. Məlumat üçün bildirir ki, o, ödənişləri əlbəəl etdiyi üçün ödənişlərlə bağlı heç bir sübutu yoxdur. Heydərov Əli borcla bağlı o, ödəniş etdikcə öz dəftərində qeydlər aparsa da, hal-hazırda Heydərov Əli dəftərin itdiyini bildirmişdir. Hal-hazırda nə Heydərov Əli nə də ki, Cavabdeh2 ilə heç bir əlaqəsi yoxdur. X9 350 manat borcu qalmışdır. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 03 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən Cavabdeh1 tərəfindən imzalanaraq tərtib edilmiş izahatdan görünür ki, o, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə bir yerdə yaşayır, özü isə «Nazlı» YDM- nin yaxınlağında yerləşən avtomobil təmiri servisində rəngsaz işləyir. İşlədiyi avtomobil təmiri servisində özü və 25 yaşlı Güloğlan adlı göməkci ilə bir yerdə işləyir. Coşqun Lezgiyevlə «Tap.Az» sosial şəbəkədə tanış olmuşdur. Göstərdiyi sosial şəbəkəyə «Hunday Elantra», ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin satışını 15.800 manata qoyaraq ***-***-**-** mobil nömrəsini göstərmişdir. Göstərdiyi avtomobili isə əsli Salyandan olan X1 9000 manata almışdır. Avtomobili aldıqda avtomobilin arxası vurulmuş vəziyətdə idi. Təxminən 20 gün keçmiş metronun «20 Yanvar» stansiyasının yaxınlığında X3 Heydərovla görüşmüş və bir yerdə «Şamaxinka» adlanan yerin yaxınlığında notariusa gedərək avtomobili sənədləşdirmək istərkən notarius vaxtı olmadığından avtomobili sənədləşdirə bilməmişlər və sonradan özü iştirak etmədən Orxan etibarnamə almış və 04 noyabr 2021-ci il tarixdə tərtib edilmiş etibarnaməni ona təqdim etmişdir. Lakin şəxsən özü notariusda iştirak etməmişdir. Bundan sonra avtomobilin üzərinə 6200 manat pul qoyaraq avtomobili düzəltmiş və 13500 manata «Nazlı» YDM-nin yaxınlığında yerləşən servisdə Qoşqundan pulu alaraq avtomobili satmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidi dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı “tap.az” elan saytında satışa qoyulan “Hyundai Elentra” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almaq üçün Cavabdeh1 ümumilikdə 13500 manat məbləğində pul vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, "Hyundai Elentra" markalı avtomaşına dair Cavabdeh1 tərəfindən iddiaçıya verilmiş etibarnamə dörd gendən sonra “Hyundai Elentra” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyərçisi Cavabdeh2 tərəfindən ləğv edilmiş və nəticədə İddiaçı həm sözügedən avtomobildən, həm də Cavabdeh1 ümumilikdə 13500 manat məbləğində ödədiyi puldan məhrum olmuş, verdiyi pulu tələb etsədə pul ona qaytarılmamış və göstərilən xüsusatlar tərəflərin izahatı və iş materialları ilə tam təstiq olunur. Odur ki, Cavabdeh1 heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, məhkəmə hesab edir ki, Cavabdeh1 13500 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissədə qeyd edir ki, bununla bağlı məhkəmə iclacında iddianın təmin edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən həmin hissədə iddia rədd edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki,iddia tələbinin 5000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı da sübutlar müəyyən edilmədiyindən, bu hissədə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 13500 manat məbləğində pul İddiaçı qaytarılsın. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4385/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4385/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver