Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-439/2023 14.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 X5rşı dəymiş ziyanın əvəzinin tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 X5rşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onların xeyrinə 2860 manat maddi zərər məbləği və 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələb bununla əsaslandırılmışdır ki, 20 aprel 2022-ci il tarixdə, saat 18:00 radələrində Azərbaycan Dillər Universitetinin tələbəsi Cavabdeh1 X1 məxsus “Hyundai- Sonata” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Hüseyn küçəsi ilə üzü Biləcəri qəsəbəsinin mərkəzi istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsinin mərkəzinə çəkilmiş 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparan zaman əks istiqamətli hərəkət zolağı ilə hərəkət edən TİR markalı yük avtomobil ilə toqquşmadan yayınmaq üçün sükanı sağ tərəfə istiqamətləndirib eyni zolaqla hərəkət edən yetkinlik yaşına çatmayan xx xxxx 2007-ci il təvəllüdlü nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan İddiaçı2 atası İddiaçı1 məxsus olmaqla idarə etdiyi “Hyundai-Sonata” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması nəticəsində həmin avtomobil yolun sağ tərəfində quraşdırılmış işıq dirəyi və yol nişanına dəyəndən sonra, idarəetməni itirib yolun sol tərəfində olan bardyura çırpılması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan İddiaçı2 sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən aparılmış araşdırma nəticəsində sözügedən yol-nəqliyyat hadisəsində “Hyundai-Sonata” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirinin olması müəyyən edilmişdir. “Hyundai-Sonata” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq “Hyundaı-Sonata” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı2 sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyindən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O cümlədən “Hyundai-Sonata” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə 7060 manat məbləğində zərər vurmuşdur. Göründüyü kimi, təhlükə mənbəyini idarə edən sürücü Cavabdeh1 İddiaçı2 sağlamlığına və İddiaçı1 əmlakına zərər vurmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. Cavabdeh2n nümayəndəsi Nümayəndə1 iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdən görünür ki, “Hyundai-Sonata” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı1dur. İşdə olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin TŞ-nin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı2 xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti alması faktı əsasında toplanmış HK-1 296 saylı təhqiqat materialı üzə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmiş, İddiaçı1 barəsində Azərbaycan Respublikasının İXM-nin 335.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmişdir. İşdə olan "xxxx" MMC-nin ME0059/22 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 2007-ci buraxılışlı, “Hyundaı-Sonata” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə 7060 manat maddi ziyan dəymişdir. İşdə olan dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 2007-ci buraxılışlı, “Hyundaı-Sonata” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə 7060 manat maddi ziyan dəymişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəmə qəbzindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 7060 manatlıq zərər vurulmuş 2007-ci buraxılışlı, “Hyundaı-Sonata” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə görə zərərin 85,06 % olan 4253,01 manat "xxxx" ASC tərəfindən İddiaçı1 ödənilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/873 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Hyundaı-Sonata” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6860 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Hyundai-Sonata” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Biləcəri qəsəbəsində yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı İddiaçı1 məxsus, lakin onun övladı İddiaçı2 tərəfindən idarə edilən avtomobilə zərər dəymişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin TŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı2 xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti alması faktı əsasında toplanmış HK-1 296 saylı təhqiqat materialı üzə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmiş, İddiaçı1 barəsində Azərbaycan Respublikasının İXM-nin 335.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 idarə etdiyi avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. "xxxx" ASC tərəfindən dəymiş ziyan qiymətləndirilərək ümumilikdə 7060 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən sığorta ödənişi ilə bağlı İddiaçı1 4253 manat pul ödənilmişdir. Hazırda iddiaçılar avtomobilin xərcinin ödənilməmiş hissəsi olaraq 2860 manat pulu cavabdehlərdən tələb edirlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının oğlu İddiaçı2 idarə etdiyi avtomobilə vurulmuş zərərin ümumi məbləği 6860 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən sığorta qurumunun tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktı deyil, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/873 saylı rəyini daha mötəbər sübut növü kimi qəbul edir. Dəymiş zərərin 4253 manat hissəsi sığorta qurumu tərəfindən İddiaçı1 ödənildiyindən, məhkəmə hesab edir ki, qalan 2607 (6860-4253) manat pul delikt törətmiş Cavabdeh1 tutularaq İddiaçı1 qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq tələb edilən 2607 manat pul vəsaitinin cavabdehdən tutulmasını ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Dəymiş ziyanın məbləği ekspert rəyi ilə tamamilə təsdiq olunur. İşdən görünür ki, baş vermiş qəzada digər cavabdehlərin təqsiri mövcud deyildir və belə olan halda onlardan delikt nəticəsində dəymiş ziyanın əvəzinin tələb edilməsi yolverilməzdir. Bundan başqa, İddiaçı2 hazırda yetkinlik yaşına çatmadığından onun hazırki iddianı qaldırmaq səlahiyyəti yoxdur və bu baxımdan məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı yalnız İddiaçı1 hesab olunur. Mülki Prosessual Məcəllənin 49.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh1 dövlət nəfinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı1 xeyrinə 2607 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-439/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-439/2023
14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver