Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4390/2020 16.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbi və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1 -ci maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi səlahiyyəti olan şəxs tərəfindən imzalanmalıdır. Məhkəməyə ünvanlanmış hazırki iddia ərizəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsini icra edən R.F.Kərimovun verdiyi etibarnamə əsasında səlahiyyətli nümayəndə Aynur Şıxıyeva tərəfindən imzalanmışdır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsini icra edən R.F.Kərimovun həqiqətən həmin vəzifənin icraçısı olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının xx.xx.2015-ci il tarixli 01 saylı Protokolundan görünür ki, X4 İdarə Heyətinin sədri vəzifəsinə təsdiq edilmişdir. Lakin onun hazırda həqiqətən həmin vəzifədə olması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrindən qeydiyyatdan keçməsi barədə Çıxarışı iddia ərizəsinə əlavə etməmişdir. Yəni Dövlət qeydiyyatına alınması məlum deyildir. Göründüyü kimi imza etmə səlahiyyəti verən şəxsin həmin səlahiyyətə malik olması təsdiq olunmur. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1. və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3, X1 və X2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4390/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4390/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver