Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4391/2023 30.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyana görə 4340 (dörd min üç yüz qırx) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 63,40 (altmış üç manat qırx qəpik) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflər qarşılıqlı razılığa gələrək barışıq sazişi bağladıqlarını bildirmiş və sadə yazılı formada bağladıqları barışıq sazişini məhkəməyə təqdim edərək onun təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişindən görünür ki,
1. Cavabdeh X2 iddia tələbində göstərilən 4340 (dörd min üç yüz qırx) manat.məbləğində pulu 1000 (min) manat barışıq sazişinin imzalandığı an, yerdə qalan hissəsini 2024-cü ilin yanvar ayından başlayaraq hər ayın biri 110 (yüz on) manat olmaqla tam olaraq İddiaçı ödəməyi öhdəsinə götürür.
2. İddiaçı ödənişləri sazişin birinci bəndində göstərilən qaydada cavabdeh X1 qəbul etməyi öhdəsinə götürür.
3. Cavabdeh X2 hər ay ödəməli olduğu ödənişi bir ay gecikdirdiyi halda qalan ödənişi tam həyata keçirəcəyini öhdəsinə götürür.
4. Barışıq sazişinin şərtləri icra edilməzsə Məhkəmənin barışıq sazişinin təsdiq edilməsi barədə qərardadı əsasında icra vərəqəsinin verilməsinə etirazlarının olmadığını bildirirlər. Tərəflər barışıq sazişindən irəli gələn vəzifələrini yerinə yetirməyi öhdələrinə götürürlər və mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Məhkəmə, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, tərəfləri dinləyib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3. maddəsində göstərilir ki, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5. maddəsinin mənasından görünür ki, tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. Eyni zamanda, həmin Məcəllənin 191.2. maddəsinin mahiyyətindən görünür ki, işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin:
1. Cavabdeh X2 iddia tələbində göstərilən 4340 (dörd min üç yüz qırx) manat.məbləğində pulu 1000 (min) manat barışıq sazişinin imzalandığı an, yerdə qalan hissəsini 2024-cü ilin yanvar ayından başlayaraq hər ayın biri 110 (yüz on) manat olmaqla tam olaraq İddiaçı ödəməyi öhdəsinə götürür.
2. İddiaçı ödənişləri sazişin birinci bəndində göstərilən qaydada cavabdeh X1 qəbul etməyi öhdəsinə götürür.
3. Cavabdeh X2 hər ay ödəməli olduğu ödənişi bir ay gecikdirdiyi halda qalan ödənişi tam həyata keçirəcəyini öhdəsinə götürür.
4. Barışıq sazişinin şərtləri icra edilməzsə Məhkəmənin barışıq sazişinin təsdiq edilməsi barədə qərardadı əsasında icra vərəqəsinin verilməsinə etirazlarının olmadığını bildirirlər. Tərəflər barışıq sazişindən irəli gələn vəzifələrini yerinə yetirməyi öhdələrinə götürürlər və mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. 2(012)-4391/2023 №-li mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov