Məhkəmə qərarları › İş №2(012)-4398/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4398/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4398/2023 23.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 1000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin aidiyyəti üzrə Sabunçu rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və öz növbəsində mülki işin aidiyyəti üzrə Sabunçu rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 57 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Hazırki iddia tələbi aidiyyət qaydalarına riayət edilmədən icarata qəbul edilidiyi aşkara çıxarıldığından, iddia tələbinə cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə məhkəmədə baxılmalıdır. Beləliklə də, hazırki iş üzrə cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində qeydiyyatda oldundan, ümumi aidiyyət qaydalarına uyğun olaraq iddia tələbi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar