Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4413/2024 27.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Həsənova Elnurə Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 1850 manat məbləində pulun və maddi ziyan olaraq 300 manat məbləğində pulun, ümumilikdə 2150 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, 2024-cü ilin iyun ayında tik-tok sosial şəbəkəsində reklam olunan **-FM-*** dövlət qeydiyyat nömrəli, Volvo markalı maşını görmüş və həmin maşını almaq məqsədilə maşının sahibi Cavabdeh əlaqə saxlayıb maşını almaq istədiyini cavabdehə bildirmişdir. Cavabdeh onu maşına baxmaq üçün axşam saat 21:00-22:00 radələrində Abşeron rayonunun, Ceyranbatan qəsəbəsinə dəvət etmişdir. O, cavabdehin dediyi yerə getmiş və cavabdeh tərəfindən ona təklif olunan **-FM-*** dövlət qeydiyyat nömrəli, Volvo markalı avtomobilə əyani şəkildə baxış keçirtmiş, lakin hava qaranlıq olduğu üçün avtomobilə tam baxış keçirdə bilməmişdir. Cavabdeh ona avtomobilin heç bir problem olmadığını, əgər hər hansı bir problem olarsa avtomobili geri qaytara biləcəyini bildirmişdir. Beləliklə, sözügedən avtomobili 1800 manata alacağına dair cavabdehlə razılığa gəlmiş və onlar cavabdehlə birlikdə gecə saatlarında Abşeron rayonu, Masazır kəndnə gəldik və orada avtomobilin satış dəyər olan 1800 manat məbləğində pulu cavabdehə vermişdir. Bundan əlavə cavabdeh ondan əlavə olaraq 50 manat da etibarnamə üçün pul almışdır. Səhəri gün avtomobili adına keçirtmək üçün notariusa getmişlər, lakin Qurban bayramı ilə əlaqədar olaraq notariuslar işləmədiyindən avtomobili adına keçirə bilməmişdir. Həmin günün səhəri gün isə cavabdehdən aldığı **-FM-*** dövlət qeydiyyat nömrəli, Volvo markalı avtomobili tanıdığım ustalara göstərmişdir. Ustaların hamısı ona bildirmişdir ki, sözügedən avtomobilin həm mühərriki, həm korobkası, həm hidrovliki və vozkamerində ciddi nasazlıqlar vardır. Bundan sonra o, dərhal Cavabdeh ilə əlaqə saxlamış və avtomobildə olan nöqsanları bildirərək, avtomobili geri qaytaracığını söyləmiş və sözügedən avtomobili cavabdehin yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki həyətinə qoymuşdur. Cavabdeh də. avtomobili təhvil almış və 1850 manat məbləğində pulu 3 həftə ərzində ona qaytara biləcəyini söyləmiş və buna dair xx.xx.2024-cü il tarixdə vərəqə yazılı şəkildə imza edərək öhdəlk götürmüşdür. Lakin, 2 ay müddət keçməsinə baxmayaraq cavabdeh ondan aldığı pulu ona qaytarmamışdır. Qeyd edir ki, cavabdehin bu hərəkət nəticəsində sarsıntılar keçirtmiş və 10 gün Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasında yatmışdır. Beləliklə, cavabdeh ona əlavə olaraq 300 manat maddi ziyan vurmuşdur. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ona məxsus **-FM-*** dövlət qeydiyyat nömrəli, Volvo markalı maşını elanda görmüş və almaq istədiyini bildirmişdir. Bundan sonra o, iddiaçını maşına baxmaq üçün axşam saatlarında Abşeron rayonunun, Ceyranbatan qəsəbəsinə dəvət etmişdir. İddiaçı baxdıqdan sonra maşını almaq istədiyini bildirmiş və ona 900 manat pul vermişdir. Sənədləşdirmə işləri üçün onlar səhəri günə razılığa gəlmişlər. Lakin növbəti gün onun iştirakı olmadan iddiaçı maşını ustaya aparmış, ustanın maşında nasazlıq olduğunu bildirməsindən sonra iddiaçı maşını onun həyətinə gətirmiş və pulu geri istəmişdir. İddiaçı etibarnamə və sənədləşmə olmadan maşını aparması və sonradan ustaya aparması düzgün deyildir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X1 ifadəsində bildirmişdir ki, o, usta işləyir. İddiaçı oğlu onun yanında fəhlə işləyir. Belə ki, iddiaçı sosial şəbəkədə elanda **-FM-*** dövlət qeydiyyat nömrəli, Volvo markalı maşını görmüş və almaq istəmişdir. O, iddiaçı ilə birlikdə cavabdehin dediyi yerə Abşeron rayonunun, Ceyranbatan qəsəbəsinə gəlmişlər. Qaranlıq olduğundan maşına tam baxa bilməmiş, lakin cavabdeh maşına tam cavabdeh olduğunu bildirmişdir. Onlar maşını almış və iddiaçı cavabdehə 1850 manat pul vermişdir. Bundan sonra onlar maşını iddiaçının həyətinə aparmışlar. Növbəti gün notariusa getməyi planlasamışlar. Lakin o, maşını tanıdığı ustalara aparmış, ustalar ona maşının motorunun pis vəziyyətdə olduğunu və maşının bir çox problemləri olduğunu bildirmişdir. Bundan sonra iddiaçı maşını iddiaçıya qaytarmış, lakin cavabdeh iddiaçıya pulu qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Yevlax rayonu, Yevlax şəhəri, Əhməd Cavad küçəsi, mənzil 11, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı iddiasına görə o, cavabdehdən 1850 manat ödəyərək maşın almış, lakin sonrada maşının nasaz olduğu və maşının bir çox problemlərinin olduğu məlum olmuşdur. Bundan sonra iddiaçı maşını qaytarmış, lakin cavabdeh maşının pulunu iddiaçıya qaytarmamışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək, 1850 manat məbləində pulun və maddi ziyan olaraq 300 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı sözügedən maşına görə cavabdehə ümumilikdə 1850 manat məbləğində pulu verməsi şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Cavabdeh isə iddiaçının ona maşına görə 900 manat pul verdiyini bildirərək qismən etiraf etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin pul məbləğinin 900 manat məbləğində almasını etiraf etməsini və qalan məbləğin ona verilməməsini qeyri səmimi hesab edirək qeyd edir ki, tərəflər arasında avtomobilin qiyməti 1850 manat məbləğində danışılmış, bu şahid ifadəsində də öz təsdiqini tapmış, lakin həmin qiymətdən iki dəfə avtomobilin cavabdehə satılması inanadırıcı deyil, məhkəmə bunu cavabdehin məsuliyyətdən yayınması cəhdi kimi qiymətləndirir. Ona görə də, məhkəmə daxili inamına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələbində 300 manat maddi ziyanın cavabdehdən tutulmasını xahiş etsə də, qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1850 (min səkkiz yüz əlli) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4413/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4413/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver